Cümə günü, 13 noyabr 2026
     

Məsuliyyətsiz vətəndaşların üzündən Azərbaycan icazə ilə evdən çıxma rejiminə yenidən qayıtmaq zorunda qaldı - 21 iyundan 5 iyuladək...

Image


Azərbaycanda xüsusi karantin rejimi avqustun 1-dək uzadılır. “Trend”in məlumatına görə, bunu Operativ Qərargahın keçirdiyi brifinqdə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

Onun sözlərinə görə, Azərbaycanda epidemioloji vəziyyət təhlil olunub və bu qərar qəbul olunub.

  • Bəzi şəhər və rayonlarda xüsusi karantin rejimi tətbiq edilir

L.Abdullayeva deyib ki, 1-ci klastr üzrə ciddi karantin şərtlərinə ehtiyac yaranıb. Onun sözlərinə görə, 21 iyundan 5 iyul 06:00-a qədər ciddi karantin rejimi elan olunacaq. 1-ci klastr üzrə Bakı, Gəncə, Yevlax, Sumqayıt, Lənkəran şəhərləri və Masallı, Cəlilabad, Abşeron rayonları üzrə SMS xəbərdarlıq və xüsusi icazə ilə evdən çıxmaq qaydası tətbiq ediləcək, eləcə də ticarət mərkəzlərinin fəaliyyəti, ictimai iaşə obyektlərində yerində xidmətlər dayandırılacaq:

"Həmçinin, bərbərxana və gözəllik salonları, muzeylərin fəaliyyəti dayandırılacaq. 65 yaşdan yuxarı şəxslərin hərəkəti qadağan edilmir. Bakı metropoliteninin fəaliyyəti məhdudlaşdırılmır. Park və istirahət mərkəzləri də fəaliyyət göstərəcək".

  • Azərbaycanın karantin təcrübəsi dünya ölkələri tərəfindən təqdir olunur

XİN sözçüsü bildirib ki, Azərbaycanın karantin təcrübəsi dünya ölkələri tərəfindən təqdir olunur. Onun sözlərinə görə, əsas məqsəd ölkədə virusun qarşısının alınmasıdır: "Bunun üçün biz qaydalara riayət etməliyik, infeksiyanın yayılmasının qarşısını almalıyıq. Biz bunun üçün lazım olan bütün tədbirləri görürük".

  • Buraxılış və qəbul imtahanları təxirə salınacaq?

Buraxılış və qəbul imtahanları ilə bağlı müzakirələrin aparıldığını deyən L.Abdullayevanın sözlərinə görə, 2 həftə ərzində buraxılış və qəbul imtahanları təxirə salına bilər: "Buraxılış və qəbul imtahanları növbəti həftələrə keçirilə bilər. Bu barədə Təhsil Nazirliyi ilə də müzakirələr aparılır. Nazirlər Kabinetinin qərarında bu məsələyə aydınlıq gətiriləcək, amma ola bilsin ki, Naxçıvanda bu imtahanlar vaxtında keçirilsin".

  • Sərhədlər avqustun 1-dək bağlı qalacaq

L.Abdullayeva bildirib ki, sərhədlərin bağlı qalma müddəti də avqustun 1-dək uzadılır. Onun sözlərinə görə, bəzi ölkələrin Azərbaycana aviareysləri bərpa etməsi ölkələr arasında razılıq əsasında həyata keçirilə bilər: "Artıq xarici ölkələrdə müvəqqəti olan vətəndaşların Azərbaycana gətirilməsi istiqamətində işlər görülür. Mərhələli halda vətəndaşlar Azərbaycana gətirilir. Bunun karantin rejimində dayandırılması gözlənilmir. Amma sərhədlər avqustun 1-dək bağlı olacaq. Beynəlxalq reyslər isə qarşılıqlı razılıq əsasında bərpa oluna bilər".

  • …metro və marşrut avtobusları işləyəcək

L.Abdullayeva bildirib ki, xüsusi karantin dövründə metropolitenlə yanaşı, avtobuslar da fəaliyyətini davam etdirəcək. Onun sözlərinə görə, ictimai nəqliyyatın fəaliyyətinə qadağa olmayacaq: "Şəxsi avtomobillərdən istifadəyə isə yalnız işləməsinə icazə verilən şəxslərə iş saatları ərzində icazə veriləcək. Digər vaxtlarda avtomobillərin hərəkəti qadağan ediləcək".

  • Son bir ayda 1000-ə yaxın vətəndaş Azərbaycana gətirilib

XİN sözçüsü bildirib ki, Rusiyada yaşayan vətəndaşlarımız səbrli olmalı və Azərbaycana gətirilmələrini gözləməlidirlər. Onun sözlərinə görə, Azərbaycanın digər ölkələrdə qalan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində işlər davam edir: "İki ölkə Prezidenti arasında bu barədə telefon danışığı olub. Son bir ay ərzində 1000-ə yaxın vətəndaş Azərbaycana qaytarılıb. Proses həm hava, həm də quru yolla həyata keçirilir. "Evegedirem" portalından qeydiyyatdan keçməklə həmin şəxslər geri qaytarılır. Bu prosesdə əsasən yaşlılar, qadın və uşaqlar nəzərə alınır. Amma bəziləri portaldan qeydiyyatdan keçsə də, sərhəd məntəqələrinə üz tutur. Azərbaycanın Rusiyadakı səfirliyi və biz dəfələrlə müraciət etmişik ki, qeydiyyatdan keçən şəxslər cavab gözləsinlər. Onlar geri qaytarılacaq. Sadəcə, səbr nümayiş etdirsinlər, olduqları ölkənin qanunlarına riayət etsinlər".

  • Azərbaycanda xəstəliyin yayılması sürəti yüksəkdir

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı isə bildirib ki, Azərbaycanda epidemioloji vəziyyət qənaətbəxş deyil, ölkəmizdə xəstəliyin yayılması sürəti yüksəkdir.

Onun sözlərinə görə, iyunun 18-də 338 nəfərdə COVID-19-a yeni yoluxma faktı aşkar edilib. İndiyədək 139 nəfər dünyasını dəyişib, virusa yoluxmuş 6192 nəfər xəstə sağalıb, hazırda 4998 aktiv xəstə var.

  • Xəstələrin sağalma müddəti uzanır - 12-14 gün…

R.Bayramlı qeyd edib ki, artıq ölkədə koronavirus xəstələrinin sağalma vaxtı uzanaraq, 12-14 günədək çəkir. TƏBİB sədri bildirib ki, bununla əlaqədar yeni yoluxanların və sağalanların sayında fərq yaranır, xəstəxanada uzun müddət qalanların sayı çox olur.

O, əlavə edib ki, adətən, xəstəxanaların çarpayı fondunun 15 faizi reanimasiya şöbəsi üçün nəzərdə tutulur: “Xəstələrin böyük əksəriyyətinin oksigenə ehtiyacı yaranır. Bu, COVID-19 xəstəliyi üçün xarakterikdir. 3 ay ərzində bunları nəzərə alaraq, xəstəxanalar üçün oksigen generatorları gətirilib”.

R.Bayramlı qeyd edib ki, modul tipli xəstəxanalarla birlikdə 7000-ə yaxın çarpayı fondu var, artıq xəstələrin sayı 5000-ə çatır.

Onun sözlərinə görə, ötən həftə uzunmüddətli məhdudiyyətlərin tətbiqi üçün hazırlıq dövrü oldu: “Son iki həftə ərzində tətbiq olunan qısamüddətli məhdudiyyətlər düşünülmüş şəkildə edilmişdi. Bu, bizə imkan verdi ki, uzunmüddətli məhdudiyyətlərin tətbiqi üçün vaxt qazanaq”.

  • Koronavirusa yoluxan kifayət qədər ağır xəstə var

R.Bayramlı bildirib ki, ölkədə vəziyyəti ağır olan və intensiv terapiya tələb edən koronavirusa yoluxmuş kifayət qədər xəstə var. Bu, çox narahatedicidir. Onun sözlərinə görə, COVID-19 virusuna yoluxanlar arasında xəstəxanaya gec müraciət edənlər çoxdur.

  • Simptomları zəif olan xəstələrlə poliklinika həkimləri məşğul olacaq

TƏBİB sədri bildirib ki, yalnız COVID-19-a yoluxan deyil, yuxarı tənəffüs orqanlarının xəstəliklərindən əziyyət çəkən, amma simptomları zəif olan insanların evdə müşahidə altında saxlanması üçün müvafiq tədbirlər görülüb.

Onun sözlərinə görə, artıq poliklinika həkimləri simptomları zəif olan xəstələrin müalicəsi ilə məşğul olacaq. Bunun üçün beynəlxalq təcrübə əsasında hazırlanan mobil tətbiq əlavəsindən istifadə ediləcək. “E-təbib” adlanan bu mobil tətbiq əlavəsi vasitəsilə evdə müalicə alan xəstələr müşahidə altında saxlanacaqlar: “Onların evi tərk etməməsi üçün müvafiq qurumlar tərəfindən nəzarət tədbirləri həyata keçiriləcək. Burada 14 günlük karantinin olması, belə xəstələrin təlimatlara əməl etməsi vacibdir. Poliklinikada çalışan həkimlər 12 saatdan bir ev telefonu vasitəsilə xəstələrin səhhəti ilə bağlı sorğular göndərəcək və bu məlumat elektron sistemə daxil ediləcək. Bunun əsasında pasiyentin müalicəsini evdə və ya xəstəxanada davam etdirməsi barədə qərar qəbul ediləcək”.

  • Çarpayıların doluluğu - regionlarda 30, Bakıda 40 faiz…

R.Bayramlı qeyd edib ki, bir sıra xəstəxanalarda əhalinin dializi və s. kimi problemləri üzrə tibbi xidmətlərin göstərilməsi davam etdiriləcək. Vətəndaşlar əmin ola bilər ki, digər xidmətlər üzrə hər hansı axsama müşahidə olunmayacaq. Onun sözlərinə görə, bir sıra xəstəxanaların xüsusi rejimli xəstəxanaya çevrilməsi barədə qərar qəbul edilib: “Təhlillər onu göstərir ki, regionlarda çarpayıların doluluğu 30, Bakıda 40 faiz olub. Ölkəmizin bütün regionlarında rayon xəstəxanaları var. Bu xəstəxanaların hər birinin çarpayı fondu işə salınır”.

  • Vətəndaşlara deksametazon xəbərdarlığı…

“Məlumat almışıq ki, apteklərdən deksametazon dərmanı ilə maraqlananlar olub. Amma vətəndaşlar bu dərmanı COVID-19-a qarşı profilaktik məqsədlə işlətmək istəsələr, immun sistemlərini sıradan çıxara bilərlər” – deyən TƏBİB sədrinin sözlərinə görə, bu hala qətiyyən yol vermək olmaz: “Azərbaycanda virusla bağlı bütün müalicə protokolları tətbiq edilir. Deksametazon isə yenilik deyil. Bu dərman həmişə iltihab əleyhinə müalicə üçün istifadə edilib”.

  • Çimərliklərdən istifadəyə məhdudiyyət qoyulur

R.Bayramlı bildirib ki, karantin rejiminin sərtləşdirilməsi ilə bağlı çimərliklərdən istifadəyə məhdudiyyətlər qoyulacaq. Onun sözlərinə görə, əvvəlki məhdudiyyətlərdən fərqli olaraq, SMS sistemi ilə çıxışa icazənin verildiyi müddət ərzində park və bulvar açıq olacaq: “Hazırda bu məsələ üzərində işlənir. Bununla bağlı əlavə məlumat veriləcək”.

  • Xəstələrin 50 faizini itirmək təhlükəsi ilə üzləşə bilərik...

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov isə deyib ki, heç bir dövlət, heç bir millət tərəfindən arzu olunmayan vəziyyətlə qarşı-qarşıyayıq. Onun sözlərinə görə, pandemiyanın bizə diqtə etdiyi vəziyyətlə mübarizə aparmaq məcburiyyətindəyik: "Bu prosesdə günahkar axtarmaq lazım deyil. Lakin cəmiyyətin bir hissəsinin epidemioloji qaydalara əməl etməməsi hökuməti sərt qərarlar verməyə məcbur edir. Yumşalma mərhələsindən sonra yenidən sərtləşdirməyə qərar verməyə məcbur olduq.

Xəstəxanada çarpayıların getdikcə məhdudlaşması, COVID-19-la mübarizədə yeni nəticələr bizi ciddi şəkildə qorxudur. Dövlət başçısının tapşırığı ilə ilkin mübarizə tədbirləri bütün dünya ölkələri üçün nümunə idi. Amma indi yaranmış vəziyyət Azərbaycan dövlətini yenidən sərt addımlar atmağa vadar edir".

R.Mahmudov deyib ki, Azərbaycan əhalisinin bir hissəsinin koronavirusa inanmadığı halda, biz daha ciddi problemlərlə üz-üzə qala bilərik. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları hamılıqla bunu dərk etməli və mübarizə aparmalıdırlar: "Səhiyyə ləvazimatlarını nə qədər artırsaq da, bu, effektli deyil. 50 faiz xəstələri itirmək təhlükəsi ilə üzləşə bilərik. Bu qədər məlumat əlimizdə varkən bu məsələdə həssas olmalıyıq. Bu xəstəliklə birlikdə mübarizə aparmalıyıq. Həkimlərimiz aylardır dayanmadan xəstəliklə mübarizə aparırlar. Bu reallığa görə biz özümüz-özümüzü qorumalıyıq".




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ