“CNC.AZ” MMC internet xidmətinin göstərilməsi haqqında bağlanmış müqavilə üzrə göstərdiyi xidmətləri təkmilləşdirmək, gələcəkdə geniş çeşidli və daha keyfiyyətli xidmətlər təqdim etmək məqsədilə telekommunikasiya xidmətləri sahəsində daha yeni nəsil şəbəkəyə və texniki infrastruktura malik olan “CityNet” ticarət nişanı ilə tanınan “Uninet” MMC ilə birgə əməkdaşlığa qərar verib.
Bu dəyişiklik tarif paketlərinə və xidmətin göstərilməsi qaydalarına təsir etməyəcək və hazırkı bildirişin tarixindən sonra 10 təqvim günü müddətində etirazınız daxil olmadığı təqdirdə tərəfimizdən göstərilən internet xidməti eyni şərtlərlə və qiymətlərlə təqdim ediləcək. Xidmətin dəyərinin ödənilməsi zamanı “CNC.AZ” və ya “Uninet” loqosunu seçməyinizi xahiş edirik.