Bu gün daha 155 Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə gətirilib. Xarici İşlər Nazirliyindən baki-xeber.com-a bildirilib ki, Dağıstanda olan 155 nəfər avtobuslarla Azərbaycana təxliyə olunub.
Azərbaycan vətəndaşlarının xarici ölkələrdən vətənə gətirilməsi prosesi davam edir.