Cümə günü, 13 noyabr 2026
     

Məşhurların yas yerlərində kütləvi karantin qayda pozuntularına daha çox rast gəlinir…

Image


Məlum olduğu kimi, ölkəmizdə pandemiyaya yoluxma hallarının azaldılması üçün toy, nişan, xınayaxdı, ad günü şənlikləri, ümumiyyətlə, qadağan olunub, yas mərasimlərində isə 10 nəfərdən çox olmayaraq insanın iştirakına icazə verilib. Çox təəssüf ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi bu qərarın icrasına bəzi vətəndaşlar laqeyd yanaşırlar.

Ümumiyyətlə, bütün vətəndaşların riayət etməli olduğu bu qaydanı əksər halda tanınmış şəxslər və onların ailə üzvləri pozurlar. Tanınmış sənətkarların dəfn mərasimlərində kütləviliyin təmin olunduğunun şahidi oluruq. Pandemiya dövründə vəfat edən populyar şəxslərin dəfn mərasiminə yalnız ailə üzvləri deyil, ictimaiyyət də qatılır.

Məsələn, pandemiyanın ilk dövrlərində dünyasını dəyişən Xalq artisti Rəfael Dadaşovun dəfn mərasimində yaşanan kütləvilik bu günlərdə koronavirusdan həyatını itirən 82 yaşlı Xalq artisti Teymur Mustafayevin də dəfn mərasimində yaşanıb.

Halbuki, koronavirusdan vəfat edən şəxsin dəfn mərasimi dövlətin müvafiq qurumları tərəfindən xüsusi qayda ilə həyata keçirilir. Amma Xalq artisti Teymur Mustafayevin dəfn mərasimi belə təşkil edilmədi. Koronavirusdan vəfat edən T.Mustafayevin Cəlilabad rayonunda dəfn olunduğu məlumdur. Onu da bildirək ki, sosial şəbəkələrdə mərhumun dəfn mərasimindən paylaşılan fotoda 10-dan çox şəxsin iştirak etdiyi görünür. Sözügedən mənzərə müzakirələrə səbəb olub.

Bu barədə dəfn mərasimində iştirak edən Əməkdar artist Yusif Mustafayev mətbuata bildirib ki,  dəfndə sosial məsafəyə diqqət edilib, çox adam yox, hardasa 50 nəfər iştirak edib.

Y.Mustafayev koronavirusdan dünyasını dəyişən xanəndənin ənənəvi qaydada dəfn edildiyini söyləyib: “Heç yas mərasimi olmadı, ancaq dəfn etdik, evə gəldik. Torpağa tapşırılması da ənənəvi qaydada oldu. Bizə belə dedilər. Molla dua oxudu, dəfn etdik. Yasda məndən başqa heç bir incəsənət üzvü iştirak etmədi”.

Qeyd edək ki, bəzi saytlar yas yerində 80 nəfərin iştirak etdiyini, burada sosial məsafənin gözlənilmədiyini, hətta buna görə 5 nəfər mərasim iştirakçısının cərimələndiyini yazırlar.

Ümumiyyətlə, populyar adamların ailə üzvləri dəfn mərasimlərini təşkil edərkən vəziyyətlə əlaqədar olaraq nümunə göstərməli, kütləviliyə qarşı çıxmalıdırlar. Amma təəssüf ki, biz bunları görə bilmirik.

  • “…həm qanunvericiliyin, həm də karantin rejiminin pozulması baxımından qəbuledilməzdir”

Məsələ ilə bağlı İNK baş katibi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə bildirdi ki, pandemiya, bütün dünyada olduğu kimi, Azərbaycanda da yeni yaşam tərzi diqtə edir. “Biz artıq yeni dövrün tələbinə uyğun yaşamalı, adət-ənənələrimizi buna uyğunlaşdırmalıyıq. Görürük ki, nəinki yas mərasimləri, eləcə də icazə verilməsə belə, nişan-toy mərasimlərinin də daha çox insanın iştirakı ilə keçirilməsinə səylər göstərilir. Bu da qanunvericiliyn, bir neçə normativ aktın pozulması deməkdir. Bilirsiniz ki, karantin dövründə həm Operativ Qərargah qərar verdi, sonra isə qanunvericilikdə dəyişiklik edilərək 10 nəfərdən artıq insanın bir yerə toplaşması ilə bağlı qadağa qüvvəyə mindi. Digər tərəfdən, yas, toy və digər mərasimlərin mövcud qaydalara uyğun təşkil edilməsi mümkündür. Yəni qanunvericilik on nəfərdən artıq insanın bir yerə toplanmasını qadağan edirsə, yas mərasimlərinin yalnız ailə üzvlərinin iştirakı ilə keçirilməsini tənzimləyir. Bu qanun varsa və Operativ Qərargah da elan edirsə ki, dəfn mərasimində iştirak etmək istəyənlər DİN-dən SMS-lə müvafiq icazə almalıdır, bu o demək deyil ki, minlərlə insan yas yerində iştirak etmək üçün icazə almalıdır. On nəfərdən artıq toplanmaya icazə verilmirsə, onda insanlar bu qadağanı nəzərə almalıdırlar. Bizim həyata keçirdiyimiz monitorinqlər və təcrübə göstərir ki, Azərbaycanda koronavirus daha çox toy, yas və şənliklərdə, insanların daha çox toplaşdıqları məkanlarda baş verir. Bizim insanlar bu mərasimlərdə bir-birilə qucaqlaşır, öpüşür, sosial məsafə saxlamır, maskadan isə istifadə etmirlər. Maskasız yas mərasiminə gedən qadınlar bir-birilə qucaqlaşıb öpüşdüyü, yaxın təmasda olduqları üçün, bir neçə rayonda koronavirus geniş yayılıb. Dünyada insanlar maska taxır, sosial məsafəni qoruyur, bütün etik normalara, qaydalara riayət etsələr də, Azərbaycanda təəssüf ki, belə deyil. Azərbaycan insanı düşünür ki, qucaqlaşıb görüşməsələr, yaxın təmas qurmasalar, bu, soyuqluq kimi qəbul ediləcək. Bu zaman çox isti, hərarətli görüşmənin şahidi oluruq. Xüsusən də bunu mərasimlərdə müşahidə edirik. İnsanlarımız bundan qaçmalıdırlar. Tanınmış insanların dəfn mərasimlərində 10 nəfərdən artıq insanın iştirakına gəlincə, bir neçə gün əvvəl dünyasını dəyişən Teymir əminin də, ondan əvvəl vəfat edən Rəfael Dadaşovun da dəfn mərasimində 10-dan artıq insanın iştirak etdiyinin şahidi olmuşuq. Çox təəssüf ki, pandemiya dövründə vəfat edən populyar şəxslərin dəfn mərasimində çoxlu sayda insanın iştirakı, hətta bunun jurnalistlər tərəfindən çəkilərək sosial mediada və digər yerlərdə yayılması həm qanunvericiliyin, həm də karantin rejiminin pozulması baxımından qəbuledilməzdir. Əlbəttə, tanınmış insanların ailə üzvləri özləri bu məsələdə xüsusi nümunə olmalı və bunu sadə insanlara da göstərməlidirlər. Sadə insanlar görsünlər ki, populyar adamların dəfn mərasimlərində ailə üzvlərindən və molladan başqa heç kəs iştirak etmir, bu halda onlar da dəfn mərasimlərini bu cür keçirəcəklər. Yəni dəfn mərasimində onlarla insanın iştirakına yol verməyəcəklər” - deyə A.X.Əbilovun sözlərinə görə, yas mərasimində kütləvilik yığışdırılmalıdır. “Operativ Qərargahın qərarı varsa, biz ictimai xadimlər də, tanınmış insanlar da bu qərara uyğun yeni yaşam tərzinə uyğunlaşmalı, mərasimlərimizi bu qərara uyğun təşkil etməliyik. Biz yeni dünyagörüşü, yeni həyat tərzi formalaşdıraraq xalqımıza təqdim etməliyik ki, xalq da bundan istifadə etsin. Yoxsa, günü-gündən epidemiya geniş vüsət alacaq və dünya bizə qeyri-ciddi bir xalq kimi baxacaq” - deyə A.X.Əbilov vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ