Cümə günü, 13 noyabr 2026
     

Dəyanət Osmanlı - 55

Image


Dəyanət Osmanlının "Həsrətin həzzi" şeirlər kitabını çapdan öncə oxumaq, tanış olmaq imkanı qazandım və dərhal da eksklüziv yazmaq qərarına gəldim. Deyim ki, iyirmi ildən çoxdur şairin yaradıcılığını izləyirəm; onu çağdaş milli poeziyamızda "Ağ şeir"in yaradıcılarından biri kimi tanıyıram.

 

  • Bədirxan Əhmədli
  • filologiya elmləri doktoru, professor

"Ağ kitab"ından sonra "İlk... Və Son..." və “Nəfəsimin qatili” şeirlər kitablarını oxumuşam. Poetikasının ilmə-ilmə, addım-addım necə bir təkamül yolu keçdiyinin şahidi olmuşam. Və həmişə də bu şeirlərin təhlilinin vacibliyi haqqında düşünmüşəm. Hərçənd bu şeirlər asanlıqla təhlilə gəlmir, ənənəvi təhlilə heç gəlmir, nədən ki, şairin şeirlərinin özü bütün fakturası, strukturu, bədii təsvir və ifadə vasitələri, təşbehləri, obrazları, ruhu və canı ilə yenidir, orijinaldır... Onun şeirləri ənənəvi deyil, moderndir, həyatın özü qədər təzədir. Hər gələn gün əvvəlkinə bənzəmədiyi kimi, onun da şeirləri heç zaman bir-birinə bənzəmir. Lakin bu yenilik nədir və nədədir? Bunun üçün şairin yaradıcılığı bütün yönləri – estetik funksiyaları üzrə təhlil edilməlidir. Bu cür imkanımız olmasa da, mövcud həcm və imkan daxilində oxucularına bəlirləyici ipucu verməyə çalışacam. O nəsnələr üzərində dayanacağam ki, çoğunluqla D.Osmanlı şeirinə, poeziyası və poetikasına məxsusdur.

D.Osmanlı şeirlərində düşüncəni irəli çıxaran, düşünən və düşündürən şairdir; lakin bu düşüncə poetik təfəkkürə əsaslanır, ən rasional fikrin ifadəsində belə poetik obrazlara müraciət edir və obrazlı danışır. Şeirlərində azadlığın, ümidin, yağışın, qaranlığın, işığın, tənhalığın, həsrətin, sevginin, sevgisizliyin, ölümün və daha nə qədər rastlaşmadığımız varlıq və yoxluqların obrazını yaradır. Lakin bu obrazlar içərisində elələri var ki, şairin poetik məkanının daimi sakinləridir. Bu cəhətdən şairin yaradıcılığının ana xəttini insanın daxili, mənəvi ruhi azadlığı, vətən və yurd azadlığı təşkil edir. Ancaq Dəyanət bunu o qədər orijinallqla edir ki, oxucunu özündən itələmir, əksinə özünə çəkir. O, vətən azadlığını "dağları silkələyən ana bozqurd səsində", "aşiq olduğu hilal"da görür. Şair obrazların yaradılması üçün ənənəvi hazırlıq görmür, bəzən bu obrazlar cəmi bir neçə sətirdə şəkillənir və formalaşır. Obrazyaratma çox zaman şeirin adından başlayır:

Azadlıq...

üzü paralanmış
vətən göylərində
uçmağa can atan
və hər başarısız cəhdində
yerə düşərkən
ürəyi ağzına gələn
anasız quş balasına bənzər.

Dəyanətin şeirinin üfüqləri genişdir, açıqdır və açıcıdır. Şeiri oxuduqca düşüncələrin daha da açılır, genişlənir, fikir üstünə fikir gəlir. Bədii fikrin nəhayətsizliyi şeirboyu məntiqi ardıcıllıqla davam edir.

"Saat tələsir gələcəyə keçmişi döyə-döyə...", "Saat yatıb inildəyir qaranlıq" və s. şeirlərində bu fəlsəfi məntiqi izləmək mümkündür. Birinci şeirdə şair keçib gəldiyi keçmişə nəzər salaraq özündən narazılığını ifadə edir, anılarda yaşamaq üçün işlərinin yetərli olmadığını bildirir. "Qaranlıqda döyükən tale", "bir cüt qocalmış təngnəfəs ayaq", "qanla dolu ufacıq ürək" və s. bədii detallar obrazın həyatının o qədər də yaxşı keçmədiyini göstərir. Lakin məmnundur ki, bir kimsədən haqsız söz götürməyən "keçmişi bəlli bir qüruru"nu gələcəyə aparır. Ümumiyyətlə, şairin şəxsi qüruru bütün şeirlərində poetik "mən"in əsas xüsusiyyətinə çevrilir. Dəyanətin şeirlərini bəlirləyən faktorlardan biri də sözlərin seçimi, yerində işlədilməsi və sözlər arasında qurulan bağların fikir bağlarına çevrilməsidir. Bütün bunlar hər şeirin özünəməxsus ritmini yaratmış olur. Onun şeirlərində, demək olar, ritorik heç nə yoxdur. Şeirlərin forması və ritmi elə seçilir ki, heç buna ehtiyac da qalmır. Hər şeirin içində bir fikir, hər fikirdə bir bədii ideya var, bu ideya bəzən gözlə görünür, bəzən isə şeirin sonunda hadisələrin məntiqindən aydın olur. Bizcə, onun şeirlərini yaşadan faktorlardan biri poetik ideyanınorijinallığı və yaşarılığıdır. İdeya şeiri sxematiklikdən çıxarır, ona ruh və can verir.

Dəyanətin şeirlərində vətən, Qarabağ, yurd bir çox hallarda ağrı kimi təqdim olunur. Vətəninazadlığını həmişə hər şeydən irəlidə görür. Onun bu şeirləri sanki bir poetik duadır, elə bir dua ki, hər kəsonu deməli, onunla yaşayıb nəfəs almalıdır:

Vətəndən gələnin olsun...

dolanbac yolların tozlansın

əllərin düşmən qanına batsın.

Yaşıl çəmənlərində

yaşıl otların tapdansın.

Bayılsın ətrinə ruhum

məni yanında görüncə

yaşıl gözlərində islansın üzüm.

Dəyanət şeirləri ilə türk dilini qorumağın yollarını göstərir, türk şeiri poetikasının dilini bəlirələyir,yaddan çıxmış türk sözlərini pasportlaşdırır. Şeirlərinin poetik cümlə quruluşundan tutmuş, bədii təsvir vəifadə vasitələrinə qədər türk dilinin icəliklərinə əməl edir. Yazarın bir amacı da mənsub olduğu xalqındilini yaşatmaq, sözlərə yeni həyat, yeni can verməkdir. "Ağaclar ağladı kirimişcə ilboyu", "Ölməz anısıvardı dünya başına dardı", "Azadlığı öyməyə bircə kutsal gün olsun", "Yanan umudların işığında", "İnsanqafasından ucalmış minarələr başında", "Unudulmaz anıların, tükənmək üzrə olan anların" və s. Poeticbirləşmələr şeirdə funksionallıq qazanır.

D.Osmanlı poeziyasının son dərəcə verimli estetik düşüncə məkanı var. Onun şeirləri Azərbaycanın poetik ərazisinə yeni bir intonasiya gətirmiş, forma və məzmun xəritəsini zənginləşdirmiş, bədii düşüncəsini çoxsəsli etmişdir. İnanıram ki, oxucular şairin bu intonasiyasını, ritmini tuta biləcək, poetik obrazlarını sevəcək, bədii-estetik fikrininn işıqlarından süzülən ideya ilə bəslənəcək, kədərinə, sevincinə və uğuruna şərik olacaqlar.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ