Cümə günü, 13 noyabr 2026
     

Koronavirusa yoluxduğunu gizlədənlər var - Azərbaycanda iş qrafiki dəyişə bilər...

Image


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirib. “14-16 iyun tarixlərində xüsusi karantin rejimində yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın icazə verdiyi dövlət və özəl qurumların əməkdaşları icaze.gov.az saytı vasitəsilə icazə ala biləcəklər”. “Trend”in məlumatına görə, bunu brifinqdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Ü.Mehdiyev bildirib ki, hazırda olan məlumata görə, 210 minə yaxın işçi üçün artıq icazə alınıb: "Fəaliyyətinə icazə verilən qurumlar maksimum az işçilərinə icazə almalıdırlar. İcazə alınan şəxslər həmin işə uyğun olmasa, onların adı icazə sistemindən çıxarılacaq və həmin şəxslərə cərimələr tətbiq ediləcək. Ona görə də icazə alan qurumlar diqqətli olmalıdırlar”.

  • İcazə sisteminin qeyri-formal məşğulluğun aradan qaldırılmasında böyük rolu...

Ü.Mehdiyev qeyd edib ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilən xüsusi karantin rejimində 70 minə yaxın yeni əmək müqaviləsinin imzalanmasının şahidi olduq. Ü.Mehdiyev bildirib ki, icazələr sistemi aprel ayının 3-dən tətbiq edilməyə başladı: “Həmin dövrdə 70 minə yaxın yeni əmək müqaviləsinin bağlanmasının şahidi olduq. Yəni təşkilatlar icazə almaq üçün icazə sistemində işçinin mütləq əmək və ya xidməti müqaviləsinin olmasını göstərməli idi. Bu cür məhdudiyyətlər onları məcbur edib ki, indiyə qədər qeyri-rəsmi işlətdiyi işçiləri rəsmiləşdirsinlər.

Bu mənada icazə sistemi qeyri-formal məşğulluğun xeyli dərəcədə aradan qaldırılmasına səbəb oldu".

  • Fəaliyyətinə icazə verilən şəxslərə xəbərdarlıq...

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev isə deyib ki, sərt karantin rejimi ilə əlaqədar ötən həftə ilə müqayisədə bu həftə daha çox şəxsə icazə verilib. Onun sözlərinə görə, fəaliyyətinə icazə verilən şəxslərin avtomobilləri də qeydiyyatdan keçməlidir: "Həmin şəxslər öz avtomobilində ailə üzvlərini və ya digər şəxsi daşıya bilməz. O halda icazə verilə bilər ki, həmin sərnişinin də fəaliyyətinə icazə verilsin. İcazəsi olan şəxsə isə avtomobillə yalnız işə gedib-gəlməyə icazə verilir. Vətəndaşlardan xahiş olunur ki, sərt karantin qaydalarına riayət etsinlər".

  • Xüsusi karantin rejimi tətbiq olunan rayonlardan keçərkən avtomobili saxlamaq qadağandır

K.Əliyev deyib ki, fəaliyyətinə icazə verilən şəxslər sərt karantin elan olunan ərazilərdən öz maşınları ilə keçə biləcəklər. Onun sözlərinə görə, lakin fəaliyyətinə icazə verilməyən şəxslər gizli yollarla da keçməyə cəhd edərsə, məsuliyyətə cəlb olunacaqlar: "Sərt karantin rejimi tətbiq olunan rayonların kəndlərinə də giriş qadağandır. İsmayıllı rayonundan keçən magistral yollarda hərəkət olacaq. Başqa rayona gedən şəxslər bu yollardan keçə bilərlər. Lakin həmin ərazidə avtomobili saxlamaq qadağandır. Onsuz da həmin rayonların ərazisində heç bir obyekt işləməyəcək".

  • Sərt karantin elan olunan ərazilərdə hərəkətə nəzarət DİN-ə həvalə olundu

Sərt karantin elan olunan ərazilərdə hərəkətə nəzarətin Daxili İşlər Nazirliyinə həvalə olunduğunu deyən K.Əliyevin sözlərinə görə, iyunun 14-dən 16-dək sərt karantin elan olunan ərazilərdə mobil postlar da olacaq: "Yalnız fəaliyyətinə icazə verilən şəxslərin hərəkətinə icazə veriləcək. Digərlərindən xahiş edirik ki, karantin günlərində evlərini tərk etməsinlər. Vətəndaşlar yalnız təcili yardım xidmətinə ehtiyacı olanda və yaxın qohumlarının dəfn mərasiminə getmək üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verəndən sonra icazə əsasında evlərini tərk edə biləcəklər".

  • Qanuni tələblərə məhəl qoymayanlar polis bölməsinə aparıla bilər

K.Əliyev bildirib ki, sərt karantin qaydalarını pozan şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Onun sözlərinə görə, polisin qanuni tələblərinə məhəl qoymayan şəxslər polis bölməsinə aparıla bilər: "Əgər şəxs başqa adama virus yoluxdurarsa və bu, təsdiqlənərsə, həmin şəxs cinayət məsuliyyətinə cəlb edilir. Karantin qaydalarını pozan şəxs əgər polisə müqavimət göstərirsə, qanunun tələblərinə uyğun olaraq, həmin şəxs yaxınlıqdakı polis bölməsinə aparılır. Həmin bölmədə qanunvericiliyin tələblərinə uyğun məsuliyyət növü tətbiq edilir".

  • Yalnız blokun yaxınlığındakı qablara zibil atmaq üçün evdən çıxmaq olar

K.Əliyev qeyd edib ki, insanlar yalnız yaşadığı blokun yaxınlığındakı qablara zibil atmaq üçün evdən çıxa bilərlər. Onun sözlərinə görə, əgər məişət tullantıları qabı uzaqdadırsa, oraya getməyə icazə verilmir: "Həmin şəxs 200-300 metrlik məsafədə zibil atmaq üçün yaşayış yerini tərk edə bilməz. Bu üsuldan sui-istifadə edənlər məsuliyyətə cəlb ediləcəklər. Yəni zibil atmaq adı ilə yaşayış yerindən uzaqdakı əraziyə getmək qadağandır. 2 gün çox müddət deyil. Həmin zibilləri evdə qapalı qabda da saxlamaq olar".

  • Bəzi hallarda vətəndaş icazəli olduğunu deyir, amma...

K.Əliyev bildirib ki, bəzi hallarda vətəndaş icazəli olduğunu deyir, amma portalda adı çıxmır. Onun sözlərinə görə, ötən karantin günlərində həmin şəxslər inzibati məsuliyyətə cəlb ediliblər: "Polis həmin şəxsin yanında məlumatları portala daxil edib və ad çıxmadığı üçün inzibati xəta üzrə ona protokol yazıb. Polis heç bir halda qanunsuzluq etməyib. Ola bilər ki, vətəndaş evdən çıxandan 1 saat sonra adı portalda qeydiyyata alınıb. Bu ondan irəli gəlir ki, işəgötürən şəxs icazə portalına işçinin adını gec qeyd edir, amma işçini işə tez çağırır. Əgər bu prosesdə polisin günahından protokol səhvən yazılarsa, vətəndaş həmin faktı bizə təqdim etsin, biz o protokolu ləğv etməyə hazırıq".

  • Rayonlara getmək istəyənlər postlardan geri qaytarılacaq

Sərtləşdirilmiş karantin rejimindən əvvəl Bakı və Abşeron yarımadasında qeydiyyatda olan bəzi şəxslərin rayonlara getmək istədiklərini deyən K.Əliyevin sözlərinə görə, Bakı, Abşeron və ya Sumqayıt qeydiyyatı olan şəxslər karantin postlarından rayonlara buraxılmayacaqlar: "Karantin postları həmin şəxsləri geri qaytaracaq. Ona görə də heç kim digər rayonlara getməyə cəhd etməsin".

  • Yol polisinin karantin rejiminin pozulması ilə bağlı yazdığı cərimələr...

K.Əliyev bildirib ki, yol polisi mayın 13-dək karantin rejiminin pozulması ilə bağlı inzibati xəta barədə qərar verməyib. Onun sözlərinə görə, yol polisi tərəfindən həmin vaxta qədər protokollar üzrə də qərarlar çıxarılmayıb: "Bu qərarlar digər polis orqanlarının rəhbərləri və polis sahə müvəkkilləri tərəfindən çıxarılıb. Mayın 13-dən sonra bu səlahiyyət yol polisinə verildi və bu qərarlar yol polisi tərəfindən çıxarılmağa başlandı".

  • Koronavirusa yoluxduğunu gizlədən kifayət qədər insan var

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev isə COVID-19-a yoluxaraq evdə özünü müalicə etdirən və bu xəstəliyini gizlədən kifayət qədər insanın olduğunu deyib. Onun sözlərinə görə, belə halları gizlətmək vəziyyətin daha da pisləşməsinə səbəb olur.

Əhaliyə xəstəliklə bağlı halları gizlətməməyi tövsiyə edən V.Əliyev əlavə edib ki, pandemiya dövründə ölkədə ikinci dəfə sərt karantin rejimi tətbiq olunacaq: “Həftəiçi günlərdə də insanlar lazımi təlimatlara əməl etməlidirlər. Əsas məqsəd odur ki, həftə sonlarında, ikigünlük də olsa, insanların təmasları azalsın”.

  • TƏBİB təsdiqlədi - Teymur Mustafayev koronavirusdan dünyasını dəyişib

V.Əliyev qeyd edib ki, Xalq artisti Teymur Mustafayev koronavirusdan dünyasını dəyişib. Onun sözlərinə görə, onun hər iki ağciyərinə ciddi sətəlcəm diaqnozu qoyulmuşdu. Xalq artisti ilə təmasda olan insanlara tövsiyə edilir ki, müraciət etsinlər. Xəstə yaxınlarının bunun əksini iddia etməsi ola bilər: "Biz koronavirusdan ölən şəxsin yaxınlarına dəfnlə bağlı məsləhətlərimizi bildirmişik, dəfn bu qaydalarla həyata keçirilməlidir".

  • Xəstə sayının artması xəstəxanaların dolmasına və ölüm faktının çoxalmasına səbəb ola bilər

Bir çox insanın ailə üzvlərindən koronavirus olmasını gizlətdiyini deyən V.Əliyevin sözlərinə görə, xəstə sayı artdıqca, xəstəxanalarda yer tapmaqda çətinliklər ola bilər. Bu zaman xəstə olan şəxslər evdə müalicə olunacaqlar: "Xəstə sayının artması xəstəxanaların dolmasına və ölüm sayının artmasına səbəb ola bilər. Ona görə də vətəndaşlarımız bu xəstəliyə ciddi yanaşmalı, lazımi qaydalara əməl etməlidirlər".

  • Binaların qarşısında zibil atmaq üçün xüsusi konteynerlər olacaq

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev isə bildirib ki, paytaxtda binaların qarşısında zibil atmaq üçün xüsusi konteynerlər yerləşdiriləcək. Onun sözlərinə görə, artıq bu konteynerlərin quraşdırılması prosesinə başlanıb. Bu konteynerlər yalnız yaxınlığında zibil qabı olmayan binaların ətrafında qoyulacaq. Bununla əlaqədar artıq 1000 konteyner ayrılıb və bunlar yalnız iki gün üçün nəzərdə tutulub”.

E.Həbibullayev əlavə edib ki, bundan öncəki sərt karantin rejimi dövründə insanlar çörəyi aşırı dərəcədə alıblar və sonrakı günlərdə onları zibil qabına atıblar: “Atılmış çörəkləri görəndə belə təəssürat yaranmışdı ki, insanlar sanki çörəyi ikigünlük deyil, 1 həftəlik alıblar”.

E.Həbibullayev qeyd edib ki, Bakı şəhər İcra Hakimiyyətinin dezinfeksiya etdiyi ərazilər hər dəfə artırılır. Onun sözlərinə görə, bu işlərə 2 minə yaxın insan ayrılır: “İcra Hakimiyyəti nəzdində 11 min 415 bina mövcuddur və bu yaşayış yerlərinin blok, məhlələri və liftləri dezinfeksiya olunur. Bundan əlavə, həftə sonları genişmiqyaslı dezinfeksiya işləri aparılır ki, bu barədə mediada da məlumat verilir. Həmin ərazilər hər həftə artmaqda davam edir”.

  • Çimərliklərdə çətirlər arasında 4 metr məsafə...

Çimərliklərdə çətirlər arasında 4 metr məsafə olacağını deyən E.Həbibullayevin sözlərinə görə, Bakıda 6 ictimai çimərlik artıq istifadəyə hazırdır: “Çimərliklərdə sakinlərin istirahəti üçün lazımi şərait yaradılıb. Vətəndaşlar çimərliklərdə qoyulmuş qaydalara ciddi yanaşmalı, məsuliyyətli olaraq sosial məsafə saxlamalıdırlar. Çətirlər arasında azı 4 metr məsafə olmalıdır və bununla bağlı sahibkarlarla müvafiq söhbətlər aparılıb”.

  • Bəzi təşkilatların işə başlama vaxtı dəyişə bilər

E.Həbibullayev bildirib ki, sərt karantin günlərində bəzi təşkilatların işə başlama vaxtı dəyişə bilər. Onun sözlərinə görə, bu dəyişiklik günün pik saatlarında işə gəlmə zamanı ictimai nəqliyyatda sıxlığın aradan qaldırılması üçün nəzərdə tutulur: "Bu məsələ hazırda Operativ Qərargahda müzakirə olunmaqdadır. Ona görə də ola bilsin ki, müxtəlif təşkilatlar fərqli saatlarda işə başlasınlar”.

Qeyd edək ki, sərt karantin rejimi Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərləri, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında tətbiq ediləcək.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ