Dövlət Gömrük Komitəsinin rəsmi "Telegram" kanalı t.me/gomrukaz istifadəyə verilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin xəbərinə görə, kanalda gömrük orqanlarının fəaliyyəti ilə bağı vacib xəbərlər, həyata keçirilən yeniliklər, tədbirlər, gömrük qanunvericiliyi və s. məlumatlar paylaşılacaq.
"Telegram" tətbiqini smart cihazlara yükləməklə @gomrukaz kanalına abunə olmaq mümkündür.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin "Facebook", "Twitter", "İnstagram", "Youtube" və "LinkedIn" sosial şəbəkələrində səhifələri fəaliyyət göstərir.