Ali məktəblərə qəbul imtahanlarının iyulun sonundan keçirilməsinə başlamaq nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib.
Onun sözlərinə görə, imtahan tarixlərinin müəyyən edilməsi pandemiya ilə əlaqədar yaranan şəraitdən asılıdır.