Cümə günü, 13 noyabr 2026
     

Qarşıdakı 15 günlük karantin qaydalarında hansı dəyişikliklər edildi - yeniliklər daha çox məsuliyyətli vətəndaşlar üçündür...

Image


Məlum olduğu kimi, son bir neçə həftədə respublika ərazisində karantin rejiminin mərhələli yumşaldılması prosesi baş verdi. Bu prosesdən sui-istifadə hallarına yol verənlər, intizamsız davrananlar da olur. Təəssüf ki, bəzi vətəndaşlar dövlətin vətəndaşlarımızın sağlamlığı, təhlükəsizliyi naminə atdığı addımları düzgün dəyərləndirə bilmirlər. Bu da virusa yoluxanların sayının artması ilə müşayiət olunur. 

Bildiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyəti təhlil edərək xüsusi karantin rejiminin iyunun 15-dən iyulun 1-i saat 00:00-dək uzadılmasına qərar verib. Karantin müddətinin uzadılmasına səbəb ölkə ərazisində koronavirus infeksiyasının yayılma səviyyəsinin artmasıdır.

Operativ Qərargahın ölkədə karantin qaydalarının sərtləşdirilməsi barədə budəfəki qərarına əsasən, 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərləri və Abşeron rayonu ilə yanaşı, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində yalnız fəaliyyətinə icazə verilən şəxslərin gediş-gəlişinə və ya yaxın qohumunun dəfn mərasimində iştirak etmək üçün evdən çıxmağa icazə veriləcək.

Məlum olduğu kimi, budəfəki məhdudiyyət ötən həftənin sonunda tətbiq edilən prosesdən fərqlənir. Qeyd edilənə görə, keçən həftəsonu sərtləşdirilmiş karantin rejimində fəaliyyətinə icazə verilən şəxslərin yalnız fəaliyyət göstərdikləri müəssisələrin xidməti avtomobilləri ilə hərəkətinə icazə verilirdisə, budəfəki qərarda bu məqam nisbətən yumşaldılıb. Yəni həmin şəxslər iş yerlərinə gedib-gəlmək üçün yalnız xidməti deyil, şəxsi avtomobillərindən də istifadə edə bilərlər. Bundan başqa, yaxın qohumunun dəfn mərasiminə qatılmaq istəyən şəxs də həmin mərasimə şəxsi avtomobili ilə gedib-gələ biləcək.

Yeni qərara əsasən, çörək zavodları və bu tip müəssisələrdə çalışanlar iyunun 15-də saat 16:00-dan etibarən istehsal üçün iş yerlərinə gedə biləcəklər.

Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov “Trend”ə açıqlamasında bildirib ki, çörək istehsal edən müəssisə işçilərinin bir gün əvvəldən işə çıxmasına icazə verilməsi növbəti iş gününə mağazalarda çörək satışının təmin olunması ilə bağlıdır: "Ötən həftə sərt karantin günlərində ölkədə çörək təminatı ilə bağlı problem olmayıb. Lakin Operativ Qərargah qərara alıb ki, iyunun 16-da mağazaları çörəklə təmin etmək üçün iyunun 15-də saat 16:00-da çörək sexi işçiləri işə gələ bilər".

Operativ Qərargahın budəfəki qərarında daha bir fərqlilik ev heyvanlarının gəzdirilməsinə icazə ilə bağlıdır. Qərara görə, ev heyvanları saxlayan şəxslər həmin heyvanları sərt karantin günlərində küçəyə çıxarmaqda sərbəstdirlər. Lakin bu prosesdə vətəndaşlar sui-istifadə hallarına yol verməməlidirlər.

  • “Gərək bu dəfə yasa gedənlər, ev heyvanlarını gəzdirmək üçün bayıra çıxaranlar, yaxud iş icazəsi olanlar...”

“Vəfa” Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli bizimlə söhbətində bildirdi ki, önümüzdəki 15 günlük karantin qaydaları kifayət qədər yeniliklərlə diqqəti çəkir. “Son həftələr ölkəmizdə karantin rejiminin yumşaldılması ilə bağlı verilən qərarlardan sonra bəzi vətəndaşlar sanki daha “pandemiya bitib” təfəkkürü ilə davrandılar. Əlbəttə, bu da vətəndaşın özünə böyük ziyan vurdu. Bildiyimiz kimi, karantin rejimi yumşaldıldıqdan sonra virusa yoluxanların statistikasında artım baş verdi, vətəndaş məsuliyyətsizliyi nəticəsində yoluxma halları artmağa başladı. Keçən həftənin sonunda ikigünlük sərt karantin rejiminə keçilməsi birbaşa bu artımın qarşısını almağa yönəlmişdi. Vətəndaşların 95 faizi dövlətin qərarına böyük anlayışla yanaşsalar da, bəzi məsuliyyətsiz şəxslər müxtəlif bəhanələrlə evdən bayıra çıxdılar. Sözsüz ki, bu da yaxşı nəticə vermədi, virusun daha çox insanı tapmasına şərait yaratdı. Operativ Qərargah tərəfindən verilən yeni qərar da sırf vətəndaşların sağlamlığının qorunması, virus təhlükəsindən uzaqlaşdırılması ilə bağlıdır.

Ötən həftə respublikanın 4 şəhərində və 1 rayonunda insanların yaşayış yerini, evini tərk etməməsi göstərilirdisə, mağazalar, apteklər, digər müəssisələr bağlanmışdısa, bu dəfə bir qədər yanaşma fərqlidir. İndi bu qaydalar Yevlax, Kürdəmir, Salyan və İsmayıllı rayonlarında da tətbiq ediləcək. Yeni qərara görə, iyunun 15-də çörək zavodları işləyəcək, eləcə də ev heyvanları saxlayan adamların heyvanlarını bayırda gəzdirməsinə icazə veriləcək, bəzi işləyən müəssisələr isə işçilərinin işə gəlməsini təmin etmək üçün müvafiq qurumdan elektron qaydada icazə alacaqlar. Bilirsiniz ki, ev heyvanları saxlayan adamlar o heyvanları müəyyən müddətdə havaya çıxarmalı, gəzdirməlidirlər. Keçən həftə bu mümkün olmamışdı, amma bu dəfə mümkün olacaq. Karantin rejimi ilə bağlı tətbiq edilən yeni qaydalar vətəndaşların sağlamlığı, təhlükəsizliyi, virusa yoluxmaması üçündür. Dövlət gərəyi olan bütün tədbirləri görür və vətəndaş da bu qaydalara uyğun davranmalıdır.

Bir məsələni də deyim ki, yeni qaydaya əsasən, yaxın qohumunun dəfn mərasiminə qatılmaq istəyən şəxs də həmin mərasimə şəxsi avtomobili ilə gedib-gələ biləcək, amma bu, gərək sui-istifadə halı yaratmasın. Yəni vətəndaş ona yaradılan şəraitdən başqa məqsədlə istifadə etməsin, əylənmək, gəzmək üçün küçələrə çıxmasın. Bilirsiniz ki, SMS icazə sistemi mövcud olanda bir çox vətəndaş “yasa gedirəm” adı altında başqa məqsədlər üçün evlərini tərk etmişdi. Amma gərək bu dəfə yasa gedənlər, ev heyvanlarını gəzdirmək üçün bayıra çıxaranlar, yaxud iş icazəsi olanlar dövlətin yaratdığı şəraitdən, göstərdiyi humanizmdən doğru şəkildə istifadə etsinlər. Bu qərarların uğurlu icrası biz vətəndaşlardan asılıdır və məsuliyyətli vətəndaşlar onsuz da qaydalara əməl edəcəklər, indiyə qədər məsuliyyətsiz davrananlar da nəhayət ki, məsuliyyətlərini dərk etməlidirlər. Vətəndaş nə qədər məsuliyyətli olarsa, respublika ərazisində virusa yoluxma halları da azalar. Virusa yoluxanların sayının azalmasında vətəndaşların bütün qaydalara əməl etməsi böyük rol oynaya bilər” - deyə F.Hacıbəyli qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ