Cümə günü, 13 noyabr 2026
     

Bakıda sosial məsafə və maska taxmaq normasının pozuntusu yenə baş alıb gedir – taleyimiz yenə vətəndaş məsuliyyətsizliyindən asılı vəziyyətə qayıda bilər

Image


Xüsusi karantin rejiminin yumşaldılması səbəbilə artıq iyunun 1-dən etibarən iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bərpa olunub. İki aydan çoxdur qapıları alıcıların üzünə bağlı qalan ticarət mərkəzlərində, az da olsa, canlanma hiss olunur.

Nazirlər Kabinetinin göstərişlərinə əsasən, fəaliyyəti bərpa olunan "Mall"ara maska və əlcəksiz daxil olmaq qadağandır. Məlumata görə, "Mall”arın hər bir girişi mühafizə xidmətləri tərəfindən nəzarətdədir. İçəri daxil olarkən hökmən vətəndaşın əlində əlcək, üzündə isə maska olmalıdır. Ticarət mərkəzindən olan bütün icarədarlara yazılı şəkildə bildirişlər olunub. Bildirişdə qeyd olunub ki, heyət maska və əlcəklərdən istifadə etsin. "Mall”arda audi və videoşüarlar səsləndirilir, davranış qaydaları və gigiyenaya nəzarət edilməsi bildirilir.

O da qeyd olunur ki, "Mall"ların mühafizə xidmətinin əməkdaşları daxildə maskasız şəxs aşkar edərlərsə, onlardan yenidən taxmaları tələb olunacaq.

Bu qayda tək “Mall”ar üçün deyil, fəaliyyətinə icazə verilən digər iri alış-veriş mərkəzləri üçün də nəzərdə tutulub. Məlumdur ki, ölkədə miqyasına görə ən böyük alış-veriş mərkəzi “Sədərək” və “Binə” ticarət mərkəzləridir. Qeyd olunan ticarət mərkəzlərində çalışan işçilərin mütləq tibbi maska və əlcək taxması tələb olunur. Ancaq təəssüf ki, iri ticarət mərkəzlərində nə sosial məsafəyə riayət edilir, nə də qoruyucu vasitələrdən istifadə olunur.

  • “…həmin müəssisə sahibkarlarının üzərinə mühüm məsuliyyət düşür”

Ekspert Azər Allahverənov qeyd etdi ki, insanların ticarət obyektlərində sosial məsafəni gözləmələri, onların qoruyucu maskalardan istifadə etmələrinə stimul yaratmaq istiqamətində həmin müəssisə sahibkarlarının üzərinə mühüm məsuliyyət düşür: "İnsanların sıx olduğu yerlərdə sosial məsafənin gözlənilməsi və qoruyucu vasitələrin taxılması olduqca vacib məsələdir. Zaman-zaman nəinki market və ticarət mərkəzlərində, hətta ictimai nəqliyyatda da əksər hallarda sosial məsafənin gözlənilmədiyinin, habelə qoruyucu vasitə olan maskaların taxılmadığının, əlcəklərin geyilmədiyinin də şahidi oluruq. Belə vəziyyət isə, təbii ki, pandemiyanın yayılmasına birbaşa səbəb olan amillərdir. Son günlər iki dəfə ticarət mərkəzində sosial məsafəni gözlədiyim halda, digər bir neçə vətəndaşın gəlib qarşıma keçərək kassa ilə aramda yenidən sıxlığa gətirib çıxaran mənzərənin yaranmasına səbəb olduqlarının şahidi oldum. Bu da məhz sosial məsafənin gözlənilməməsinin nəticəsidir. Sərnişin nəqliyyatında da analoji vəziyyət hökm sürür. Şahidi oldum ki, sərnişinlər məsafə gözləmədən avtobusun içinə doğru daxil olmağa çalışırdılar. Həmçinin, avtobusda olanların əksəriyyəti maska taxmır. Bunlar hamısı xoşagəlməz hallardır. Digər tərəfdən, artıq ticarət mərkəzləri, “Moll”ar da açılıb. Belə olan halda, təəssüf ki, həmin obyektlərdə də eyni mənzərənin yaşanacağına əminəm.

Bu fonda hər bir ticarət mərkəzinin rəhbəri, ilk növbədə, zəruri təhlükəsizlik tədbirlərini həyata keçirməlidir. Ən azından, ticarət mərkəzlərinin girişində müxtəlif məlumatlandırıcı lövhələr asılmalıdır. Sosial məsafələri göstərən elanlar və zolaqlı xətlər qoyulmalıdır. Başqa bir tərəfdən, bütün ticarət mərkəzlərində texniki vasitələrlə səsli mesajlar verilməlidir. Ərəb ölkələrində yayımlanan reportajlarda gördüm ki, bu dövlətlərdə fəaliyyət göstərən ticarət mərkəzlərinin qarşısında quraşdırılan xüsusi videokameralar vasitəsilə görüntülər verilir. Nəticədə ticarət mərkəzinə daxil olan hər bir şəxs həmin kameraların önündən keçir. Buradakı nəzarətçi nəticədə ticarət mərkəzinə daxil olan şəxsin sağlamlığı, temperaturu barədə informasiya əldə edir. Belədə, hər hansı bir şəxsdə xəstəlik əlamətləri üzə çıxarsa, o dərhal obyektdən uzaqlaşdırılır və ondan müvafiq qaydada analizlər götürülür. Bu kimi tədbirlər beynəlxalq praktikada var. Azərbaycanda da fəaliyyəti bərpa olunan ticarət və digər obyektlər belə tədbirlərdən istifadə etməlidir".

Həmsöhbətimizin fikrincə, bu zaman mümkün resurslardan istifadə etmək daha vacibdir: "Hökumət istəmir ki, ticarət mərkəzləri uzun müddətə qapalı qalsın və minlərlə insan işsiz olsun. Yəni həmin məntəqələrin açılması ehtiyacdan doğaraq vacibdir. Bəlli məsələdir ki, onların əvvəlki fəaliyyətlərini bərpa etməsi üçün bir neçə ay zaman lazımdır. Yəni hökumət əhalinin müxtəlif qrupları və özəl sektoru anlayaraq bu addımı gedib. Belədə, vətəndaşlarımız da bunu anlaşıqlı qəbul etməli və müəyyən olunmuş qaydalara uyğun davranmalıdırlar. Yəni ticarət mərkəzlərinin sahibi olan sahibkarlar da zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsindən çəkinməməlidir. Ola bilər, bu proses müəyyən məsrəf tələb etsin. Amma düşünürəm ki, burada istənilən məsrəf və gəlirdən üstün əhalinin sağlamlığı məsələsidir. Heç bir sahibkar istəməz ki, idarə etdiyi müəssisədə kiminsə hansısa bir səhlənkar davranışı virusa yoluxmanın miqyas almasına gətirib çıxarsın. Düşünürəm ki, sadaladığım bu kimi məsələlər daim nəzərdə saxlanmalıdır. Ümid edirəm ki, qaydalara əməl edilsə, müsbət nəticələr əldə olunacaq. Bu addımlar pandemiyanın yayılmasının qarşısının alınmasına və yayılmamasına gətirib çıxaracaq, münbit şəraitin təşkilinin şahidi olacağıq. Buna, ən azından, ümid edirəm".

Günel CƏLİLOVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ