Bazar günü günü, 27 sentyabr 2026
     

Doqquz rayon və şəhərdə 2 gün evdən çıxmaq qadağan edilir... - YENİLƏNDİ

Image


Azərbaycan Respublikası ərazisində yeni nov koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilib və son günlərdə virusa yoluxma sayı, xəstəliyin yayılma dinamikası nəzərə alınaraq, ölkə üzrə xüsusi karantin rejiminin 1 iyul 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan baki-xeber.com-a bildirilib ki, Azərbaycanda virusa ilk yoluxma faktının qeydə alındığı tarixdən bu günədək COVID-19 testi musbət çıxmış 8191 nəfər aşkarlanıb, hazırda isə 3487 aktiv xəstə müalicəsini xüsusi karantin rejimli xəstəxanalarda davam etdirir.

Ölkə üzrə sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yüksək yoluxma faktları aşkar edilib. Bu baxımdan, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.

Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah aşağıdakıları qərara alır:

• 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin, onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda, yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisna olmaqla);

• 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir;

• sakinlər qeyd olunan müddətdə Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almaqla tərk edə bilər.

2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yalnız aşağıdakı qurum və xidmətlərin fəaliyyətinə icazə verilir:

• siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;

• hüquq-mühafizə və hərbi xidmət nəzərdə tutulmuş orqanların fəaliyyəti;

• xəstəxanalar, təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;

• sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən, əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;

• kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);

• elektrik enerjisinin istehsalı və təchizatı;

• meliorasiya və su təsərrüfatı;

• rabitə xidmətləri;

• teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;

• dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;

• boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;

• fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);

• neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

• çörək məhsullarının istehsalı (2020-ci il 15 iyun saat 16:00-dan etibarən);

• fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətlər.

Müəyyən olunmuş tarixlər üzrə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslər, onların xidməti və şəxsi avtomobillərinin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək. Fəaliyyətinə icazə verilən qurumlar, eyni zamanda, dövlət əhəmiyyətli, həyat təminatlı müəssisələrin və qurumların, həmçinin, fasiləsiz işləyən qurumların fəaliyyətləri zəruri hesab edilən işçilərini məhdud sayda cəlb etməklə tənzimlənəcək.

Xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.

COVID-19 virusu ilə mübarizədə, insanların sağlamlığı və təhlükəsizliyinin qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdə həmrəylik nümayiş etdirdiklərinə görə vətəndaşlarımıza bir daha təşəkkür edir, özünüzün və yaxınlarınızın səhhəti naminə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına əməl etməyə çağırırıq.

Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, digər günlərdə 65 yaşdan yuxarı insanların ciddi zərurət olmadan yaşayış yerlərindən və ya olduğu yerlərdən çıxmamaları tövsiyə olunur. Eyni zamanda, kütləvi yoluxma hallarının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi müddətində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağanına, qoruyucu vasitələrdən istifadə edilməsi qaydalarına ciddi əməl olunması tələb edilir.

Bu gün, həmçinin, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirib. Brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı jurnalistləri maraqlandıran suallara cavab verib.

  • Daxili uçuşlar iyunun 15-dən bərpa olunur

İ.Məmmədov deyib ki, daxili uçuşlar iyunun 15-dən bərpa olunacaq. Onun sözlərinə görə, ilk olaraq Naxçıvana uçuş olacaq: "Uçuş zamanı qaydalara nəzarət olunacaq. Xaricdən Azərbaycana çarter uçuşlar da davam edir. Dağıstandan bu gün 130 nəfər gətirilərək karantinə alınıb. İyunun 10-da isə Nyu-Yorkdan 210 nəfər Bakıya gətiriləcək. Xaricdə olan vətəndaşlarımızın gətirilməsi prosesi mərhələli şəkildə davam edəcək".

  • Sərhədlərin bağlı qalma müddəti uzadıldı

Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, dövlət sərhədindən giriş-çıxış qadağası 1 iyula qədər uzadılır: "İnfeksiyanın yayılması hallarının artması buna şərait yaradır. Yük daşımaları və çarter reysləri istisna olunur".

Ramin Bayramlı isə bildirib ki, ötən həftə sərt karantin günlərindən əvvəl çörək satışı ilə bağlı müəyyən problemlərin olduğunu gördük. Onun sözlərinə görə, insanlar bir qədər təşvişə düşmüşdü: "Ümid edirik ki, bir daha belə hallarla rastlaşmayacağıq”.

  • Şənbə günlərində 65 yaşdan yuxarı vətəndaşlar evdən çıxmasınlar

R.Bayramlı bu həftənin cümə günündə dövlət müəssisələrində qısa iş günü olmayacağını deyib. Onun sözlərinə görə, bəzi müəssisələrdə iş şənbə günləri də adi qaydada olacaq: “Tövsiyə edirik ki, şənbə günlərində 65 yaşdan yuxarı vətəndaşlarımız evdən çıxmasınlar. Ötən dəfə dializ xəstələri ilə bağlı müəyyən problem yaranmışdı. Amma bu həftə tibb müəssisələrində şənbə günlərində adi rejim olduğundan, dializ xəstələri də həmin gün dializ oluna biləcəklər”.

TƏBİB sədri qeyd edib ki, Azərbaycanda görülən tədbirlər nəticəsində koronavirusa yoluxan xəstələr arasında letallıqla nəticələnən hallar az baş verir. Onun sözlərinə görə, hazırda xüsusi rejimli xəstəxanalarda 3487 aktiv koronavirus xəstəsi müalicə edilir. Onların 136 nəfəri reanimasiya şöbəsindədir.

R.Bayramlı qeyd edib ki, test müayinəsi nəticəsində COVID-19 virusu aşkarlanmayan, amma klinikası COVID-19-a xas olan əlamətlərin müşahidə edildiyi xəstələr də var: “Onlar arasında vəziyyəti ciddi olanlar da var. Belə şəxslər COVID-19-un protokoluna uyğun olaraq müalicə edilirlər”.

  • Yoluxma halları artmaqda davam edir…

“Koronavirusa yoluxma hallarının sayında kumilyativ artım davam etməkdədir, yoluxanların sayı narahatedicidir” deyən R.Bayramlının sözlərinə görə, yeni yoluxanlarla sağalanlar arasında fərq heç də arzuolunan səviyyədə deyil: “Eyni zamanda, ağır vəziyyətdə olan xəstələrin də sayı artıb. 18-24 may tarixlərində 848 yeni yoluxan olmuşdu. Ondan sonrakı həftə ərzində 1372 yeni yoluxma olub. Həmin müddətdə yoluxanların sayı sağalanların sayından çox olub”.

R.Bayramlı qeyd edib ki, son həftələr ərzində koronavirus testi təkrar pozitiv çıxan xəstələrin sayı çoxalır. Buna görə də sağalan xəstələrin sayı azalır: “Güman edirik ki, virus insandan insana nə qədər çox yoluxursa, o qədər mutasiya edir. Buna görə də müalicəyə tabe olmayan halların sayında artım baş verə bilər”.

  • Əgər vətəndaşlar həmrəylik nümayiş etdirməsələr…

TƏBİB sədri bildirib ki, Bakı şəhərində koronavirusa yoluxma göstəricisi 43-46 faizədək müşahidə edilirdisə, bu faiz artıq 50 faizə yaxınlaşır. Onun sözlərinə görə, infeksiyanın yayılmasını nəzarət altında saxlamasaq, çox sürətlə say artımını görəcəyik: “Biz inkişaf etmiş ölkələrdə də bu vəziyyəti gördük. Səhiyyəsi nə qədər inkişaf etsə belə, xəstəliyin yayılması kontrol altında saxlanmasa, tibb müəssisələri onun öhdəsindən gələ bilməz”.

R.Bayramlı qeyd edib ki, tibb müəssisələri virusu vaxtında aşkarlamağa, vətəndaşlar isə mövcud qaydalara əməl etməyə borcludurlar: “Əgər vətəndaşlar həmrəylik nümayiş etdirməsələr, çox ciddi fəsadlar yarana bilər”.

  • Yas məclisləri kütləvi yoluxmalara səbəb olur

TƏBİB sədri bildirib ki, çox təəssüf ki, yas yerlərində kütləvi toplaşma və maskalardan istifadə etməmə halları kifayət qədərdir. Onun sözlərinə görə, yas məclislərində iştirak insanlar arasında kütləvi yoluxmalara səbəb olur: “Çox xahiş edərdik ki, insanlar mövcud qaydalara əməl etsinlər”.

  • Gənc yaş qruplarında koronavirusa yoluxma faizi artır

R.Bayramlı qeyd edib ki, gənc yaş qruplarında koronavirusa yoluxma faizi və xəstəliyi ağır keçirənlərin sayı artır. Onun sözlərinə görə, əvvəl yanaşı gedən xəstəlikləri olanlar bu xəstəliyi ağır keçirirdi: “Amma çox təəssüf ki, indi artıq gənclər də bu xəstəliyi ağır keçirirlər. Onların arasında həkim həmkarlarımız da var”.

  • Asimptomatik xəstələrin evdə müalicəsinə qərar verilə bilər

TƏBİB sədri qeyd edib ki, asimptomatik xəstələrin evdə müalicəsi ilə bağlı qərar qəbul edilə bilər. Onun sözlərinə görə, indiyədək bütün xəstələr xəstəxanalarda müalicə ediliblər: “Asimptomatik xəstələrin evdə müalicəsi ilə bağlı məlumatlar veriləcək. Bizi narahat edən odur ki, belə xəstələr evdə müşahidədən kənara çıxa və infeksiyanı başqalarına yoluxdura bilərlər. Buna görə də onlara xüsusi iltizamnamə imzaladılacaq”.

  • Dövlət qurumlarında koronavirusa yoluxma halları...

“Təəssüflər olsun ki, dövlət qurumlarında da koronavirusa yoluxma halları var” deyən R.Bayramlının sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 7, Prezident Administrasiyasında 19, Fövqəladə Hallar Nazirliyində 5 nəfərin bu virusa yoluxduğu müəyyən edilib.

R.Bayramlı bildirib ki, Azərbaycanda koronavirusun mövcudluğuna inanmayanların sayı çoxluq təşkil etmir. Onun sözlərinə görə, ölkədə virusa inanmayanlar da var: “Bu istiqamətdə maarifləndirici tədbirlər görülməlidir ki, insanlar ona inansınlar. İnanmamaqla özümüzü və yaxınlarımızı risq qarşısında qoya bilərik”.

  • Xaricdən vətəndaşlar mərhələlərlə ölkəyə gətirlir

İ.Məmmədov isə bildirib ki, hazırda vətəndaşların ölkəyə gətirilməsi ilə bağlı qrafik hazırlanır. Onun sözlərinə görə, hazırda qrafik tamamlanandan sonra ilk öncə MDB və Yaxın Şərq ölkələrində olan vətəndaşlarımız ölkəyə gətiriləcək: "3-cü mərhələdə isə Avropa ölkələrindəki vətəndaşlarımız gətiriləcək. Gətirilən vətəndaşlar karantinə alınacaq"

  • Rayonlara gediş-gəlişin bərpası gündəmdə deyil

İ.Məmmədov rayonlara gediş-gəlişin bərpasının gündəmdə olmadığını deyir. Onun sözlərinə görə, bu məsələyə hələ indiki mərhələdə baxılmır: "Ayın 15-dən etibarən Naxçıvandan reyslərə icazə veriləcək. Hələlik bu reyslər həftədə 2 dəfə həyata keçiriləcək. Növbəti mərhələdə isə reyslərin sayı artırıla bilər".

  • Onlayn medianın sərt karantin günlərində işləməsinə icazə verilmir

İ.Məmmədov onlayn medianın sərt karantin günlərində işləməsinə icazə verilmədiyini deyib. Onun sözlərinə görə, həmin günlərdə yalnız məhdud sayda televiziya və radio işçilərinin fəaliyyətinə icazə verilir: "Onlayn medianın evdən işləməsi mümkündür. Ona görə də həmin şəxslər evdən işləyə və həftənin 1-ci günündən fəaliyyətlərini bərpa edə bilərlər".

  • Sərt karantin günlərində kimlər şəxsi avtomobillərdən istifadə edə bilər...

Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri bildirib ki, bu həftə tətbiq ediləcək sərt karantin rejimində fəaliyyətinə icazə verilən şəxslərin işə gedib-gəlmək üçün şəxsi avtomobillərindən istifadəsinə icazə veriləcək.

Onun sözlərinə görə, həmin şəxslər iş yerlərinə gedib-gələ bilərlər: "Həmçinin, yaxın qohumunun dəfn mərasimində iştirak etmək istəyən şəxslər də şəxsi avtomobillərdən istifadə edə bilərlər. Digər şəxslərin isə hərəkəti qadağandır".

Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə 7876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4377 nəfər müalicə olunaraq sağalıb, 93 nəfər vəfat edib, 3406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ