Sosial şəbəkələrdə Bakıda sərtləşdirilmiş karantin rejiminə nəzarəti həyata keçirən bir neçə polis əməkdaşının bir binanın həyətində Azərbaycan Respublikasının Dövlət Himni səslənərkən farağat vəziyyətində dayandığını göstərən video yayılıb.
Baki-xeber.com xəbər verir ki, görüntülərdə öncə binalardakı məzillərdən birində mahnı səsləndirilir və ardınca anidən Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməyə başlanır. Həmin vaxt binanın həyətində xidmət aparan polis əməkdaşları farağatda dayanıblar. Həyətdə xidməti maşında olan polislər də çölə çıxaraq, onlara qoşulublar.
Görüntülər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.