06/07/2020 23:14
728 x 90

Dağıstanda 6 Azərbaycan vətəndaşında koronavirus aşkarlandı

img

Dağıstanda daha 6 Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı aşkar olunub. Baki-xeber.com İnterfax-a istinadən xəbər verir ki, bu barədə Dərbənd şəhərində Mərkəzi xəstəxanadan məlumat verilir.

“Xəstəxananın baş həkimi Əbdülqafar Şıxməhəmmədov müvəqqəti saxlanc məntəqəsindən gətirilən Azərbaycan vətəndaşlarının olduğu üçüncü müvəqqəti hospitalda olub. Ümumilikdə 13 nəfər xəstəxanaya yerləşdirilib, onlardan Covid-19 üçün götürülən analiz nümunələri müsbət çıxan bir nəfər birinci müvəqqəti “kovid” hospitalı, 12 nəfər – müvəqqəti hospitala göndərilib. Testin ikinci mərhələsinin nəticəsi əldə olunandan sonra daha 5 Azərbaycan vətəndaşında Covid-19-a yoluxma faktı təsdiq olunub və onların “kovid” hospitalına köçürülməsinə dair qərar qəbul olunub”, - xəstəxananın İnstagram səhifəsində qeyd olunur.

Beləliklə, Covid-19-a yoluxan Azərbaycan vətəndaşlarının sayı 6 nəfər təşkile dib, qalan 7 nəfərin testlərinin nəticələri gözlənilir.

Baş həkimin sözlərinə görə, hazırda zəruri müalicə aparlılır, əsas məsələ yoluxanların sağalması və müvafiq testin mənfi nəticəsi ilə Azərbaycana qayıtmasıdır.

Mayın 29-da Dağıstanda olan və vətənə qayıtmaq üçün icazə gözləyən 11 Azərbaycan vətəndaşında Covid-19 aşkar olunub.

Son xəbərlər