07/07/2020 01:31
728 x 90

Ölkəmizdə pandemiya dövrünün ən maraqlı yeniliklərindən biri – koronavirusa yoluxmada gənclər və orta yaşlılar önə çıxır…

Adil Qeybulla: “Gənclərin koronavirus təhlükəsinə laqeyd qalması nəticəsində virus daha həssas qruplara ötürülür”

img

“İlk mərhələdə biz asimptomatik xəstələri görürdüksə, bugünkü gündə daha çox simptomlu pasiyentlərlə rastlaşırıq. Belə davam etsə, hər bir vətəndaşımızın ətrafında simptomatik və ağır şəkildə bu xəstəliyi keçirən şəxslər olacaq. Daha çox tənəffüs çatışmazlığı, boğulmalar, yüksək hərarət müşahidə olunur. Hətta mədə-bağırsaq sistemi tərəfindən olan simptomlarla da şikayətlər var.  Biz həmişə deyirdik ki, yaşlılar və xroniki xəstələr daha çox rəhmətə gedir. Bugünkü gündə biz bunun tərsini görürük. Belə davam etsə, bunu hər kəs görəcək”.

Bu sözləri TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva AzTV-də yayımlanan “Hədəf” verilişində deyib. O qeyd edib ki, koronavirusun aşkar olunduğu ilkin mərhələdə bu xəstəliyə daha çox yaşlı nəsil tutulurdu. Ancaq indi orta yaş və cavanlarda da koronavirus aşkar olunur.

Ekspertlər bunun səbəbini insanların sosial məsafəyə riayət etməməsi və tibbi maska taxmaması ilə əlaqələndirir.

  • “Çox adam başa düşmür və ya başa düşmək istəmir, nəticədə yoluxmaların sayı sürətlə artır"

Professor, həkim-ekspert Adil Qeybulla qeyd etdi ki, gənclərin koronavirus təhlükəsinə laqeyd qalması nəticəsində virus daha həssas qruplara ötürülür: “Cavanlarda simptomlar çox zəif hiss olunur. Hətta heç bir simptomsuz da keçirə bilərlər. Bu səbəbdən də belə bir səhv fikir yaranır ki, cavanlar koronavirusa yoluxmurlar. Sadəcə, cavanların immun sistemi güclü olduğundan və çoxunda yanaşı xəstəliklər olmadığından, daha yüngül keçirirlər. Ola bilər ki, boğulma hissi heç olmasın. Təkcə hərarət və ya öskürək koronavirusa yoluxduğunuzun xəbərçisi ola bilər. Həmin cavanlar izolyasiya olunmasalar, ətrafındakı insanları yoluxdura bilərlər. Çox adam başa düşmür və ya başa düşmək istəmir. Nəticədə yoluxmaların sayı sürətlə artır".

Həmsöhbətimiz onu da əlavə etdi ki, virusun törətdiyi atipik pnevmoniyadır. Ağ ciyərlərdə buzlu şüşə sindromu. Hər dəfə istər mətbuatda, istərsə də sosial şəbəkədə xəstəlik haqqında məlumat verirəm. Ötən dəfə sosial şəbəkə istifadəçilərindən biri xəstəliklə bağlı şərhimin altından "Olmayan xəstəlik haqqında yazırsınız” yazıb. Bəziləri xəstəliyə qarşı çox məsuliyyətsizdirlər. Virusa yoluxan xəstənin ciyərlərinin fotosunu çəkdim. Baxın, bu xəstə sağalsa belə, ömrü boyu normal adam olmayacaq, həmişə tənginəfəs, el arasında "yarıcan” deyirik buna”.

Günel CƏLİLOVA

Son xəbərlər