Cümə günü, 13 noyabr 2026
     

Bu ildən Bakı Mühəndislik Universiteti daha bir mühüm ixtisas üzrə kadrlar hazırlayacaq... - FOTO

Image


Bakı Mühəndislik Universitetinin (BMU) 2020/2021-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə tələbə qəbulu planında bir sıra yeni ixtisaslar əks olunub. Onların sırasında Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) ixtisası yer alıb.

Bu ixtisasla bağlı suallarımızı BMU-nun Mexanika mühəndisliyi kafedrasının dosenti, t.e.n., logistika və nəqliyyat sahələri üzrə tanınmış mütəxəssis Rauf Məmmədov cavablandırır:

- Rauf müəllim, Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) ixtisasının qəbul planına əlavə olunması hansı zərurətdən irəli gəlir?

- Azərbaycan öz  geosiyasi və coğrafi mövqeyinə görə mühüm tranzit ölkədir, ərazisindən Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri keçir. Bu hal Azərbaycanı Avropa-Qafqaz-Asiya tranzit daşımalarında çox cəlbedici və vacib bir ölkə kimi irəli çıxarır. Azərbaycanda beynəlxalq iqtisadi əlaqələrin və ticarətin intensiv inkişafı nəqliyyat prosesinin daha səmərəli təşkilini tələb edir.

Nəqliyyatda servis - sərnişinlərə, yükgöndərənlərə, yükalanlara daşımaların təmin edilməsi, kompleks xidmətlərin göstərilməsi və əlavə işlərin icra edilməsi daxil olmaqla yüksək keyfiyyətli xidmətin göstərilməsidir. Bu məqsədə nail olmaq üçün ən ilkin və vacib vəzifələrdən biri peşəkar, beynəlxalq tələblərə cavab verən nəqliyyat kadrlarının hazırlanmasıdır. Bu kadrlar müasir tələblərə cavab verən ali təhsil müəssisələrində hazırlanmalıdır ki, BMU da belə bir ali təhsil müəssisəsidir. Buna görə də Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) ixtisasının BMU-nun bakalavriat qəbul planına daxil edilməsi zərurətdən doğan qanunauyğunluqdur.

- Bu ixtisasın tədrisi üçün universitetdə gərəkli maddi-texniki baza və mütəxəssislər varmı?

- BMU-da yeni ixtisasın tədrisi prosesini təmin etmək üçün yüksək ixtisaslı elmi-pedaqoji kadrlar vardır. Bununla yanaşı, universitetin müasir maddi-texniki bazası yeni ixtisas üzrə mütəxəssislərin lazımi səviyyədə hazırlığını təmin etmək üçün müvafiq tələblərə cavab verir. Belə ki, kifayət qədər auditoriya fondu, laboratoriya otaqları, tədris və elmi ədəbiyyat fondu olan kitabxana, internet şəbəkəsinə qoşulmuş kompüterlərlə təchiz edilmiş otaqlardan istifadə imkanı vardır. Tələbələrin istehsalat təcrübələrini təşkil etmək üçün “Abşeron” Logistika Mərkəzi, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “166 Yük Taksisi” və onlarla digər nəqliyyat-logistika şirkətləri ilə əlaqələr qurulub.

- Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) ixtisasını abituriyentlər nə üçün seçməlidir? O baxımdan ki, müasir ixtisaslar həm də əmək bazarındakı  tələbata cavab verməlidir. Nəqliyyatda servis ixtisası müasir əmək bazarının tələblərinə cavab verirmi və hazırlanan mütəxəssislərə tələbat olacaqmı?

- Peşə kompetentliyi istənilən biznesdə müvəffəqiyyətin rəhnidir. Bununla əlaqədar olaraq Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) ixtisasını seçən abituriyentlər beynəlxalq  nəqliyyat daşımaları bazarına buraxılmaq üçün əsas meyarlardan biri kimi peşə səriştəliliyi səviyyəsinə malik olma imkanını qazanacaqlar.

Sualınızın ikinci hissəsinə gəldikdə isə, əmək bazarı bu gün nəqliyyat mütəxəssislərinə yüksək və universal kompleks tələblər qoyur. Buna görə də nəqliyyatda servis mütəxəssisləri beynəlxalq daşımaların hüquqi tənzimlənməsi, tranzit daşımalarda gömrük və nəqliyyat prosedurları, nəqliyyat vasitələrinin konstruksiyasına və istismarına qoyulan tələblər haqqında biliklərə yiyələnməli, həmçinin daşımaları həyata keçirmək üçün uyğun hərəkət tərkibini, ən effektiv daşıma marşrutunu seçməyi bacarmalı, beynəlxalq daşımaları düzgün təşkil etməyi bilməli, hərəkət tərkibinin və sürücülərin iş rejimini planlaşdırmalı, uçot və nəzarəti həyata keçirməlidirlər. Mütəxəssislər yükün nəql edilməsi, sığortalanması şərtlərini və beynəlxalq daşımalar haqqında müqavilələrə görə daşıyıcının məsuliyyətini bilməlidirlər. Nəqliyyat terminallarının işi və beynəlxalq daşımaların informasiya təminatı haqqında biliklərə malik olmalıdırlar. Yüklərin çatdırılması şərtlərinə görə beynəlxalq qaydaları, spesifik yüklərin-təhlükəli, iriqabaritli və ağırçəkili yüklərin, tez korlanan yüklərin, həmçinin konteynerlərin daşınmasını təşkili etməyi və s. bacarmalıdırlar.

Yeni ixtisasın mütəxəssisləri təhsil müddətində bu qeyd olunan işlər üzrə ən müasir və fundamental biliklərə, bacarıqlara, vərdişlərə yiyələnəcəklər və onlara nəqliyyatın ən müxtəlif sahələrində həmişə yüksək tələbat olacaqdır.

- Bu ixtisasda tələbələr hansı bilik və bacarıqlara yiyələnirlər? Ümumiyyətlə yeni ixtisasda təhsilin üstünlükləri və ixtisasın aktuallığı barədə nə deyə bilərsiniz?

- Nəqliyyatda servis ixtisası müxtəlif nəqliyyat (hava, dəmir yolu, su və avtomobil) növlərinin istehlakçılarına xidmətlərin göstərilməsini təşkil edən və yerinə yetirən ixtisaslı mütəxəssislərin hazırlanması istiqamətidir.

Nəqliyyatda servis ixtisası servis fəaliyyətinin əsaslarının, nəqliyyat daşımaları prosesində xidmətlərin təşkili, nəqliyyatda təhlükəsizlik, nəqliyyat müəssisələrində servis obyektlərinin ekspertizası, diaqnostikası və sertifikatlaşdırılması, nəqliyyatda servisin təşkili və idarə edilməsi, nəqliyyatda risklərin və sığortanın, tarif tənzimlənməsinin dərindən öyrənilməsi ilə bağlı unikal təhsildir. Bu ixtisas çərçivəsində əldə edilmiş səriştələr sərnişin və yüklərin daşınması ilə məşğul olan istənilən nəqliyyat müəssisəsində (aeroportlarda, aviaşirkətlərdə, nəqliyyat xidmətləri satışı agentliklərində, dəmir yolu şirkətlərində, dəniz və çay vağzallarında, avtomobil nəqliyyatı müəssisələrində, nəqliyyat terminallarında, nəqliyyat-logistik mərkəzlərdə və s.) işləməyə imkan verəcək. Tədris proqramında tələbələrin nəqliyyat müəssisələri bazasında tədris, istehsalat təcrübələrində professional fəaliyyətin reallıqlarına lazımi qədər dərindən yiyələnməsi nəzərdə tutulur, burada tələbələr peşəkar təcrübə rəhbərlərinin nəzarəti altında nəqliyyatda servis xidmətinin strukturu, işçi prosesin məzmunu və mərhələləri ilə tanış olacaqlar, vərdişlərə yiyələnəcəklər.

Bu ixtisasın aktuallığı əhəmiyyətli dərəcədə böyükdür. Müasir qlobal nəqliyyat bazarında strateji üstünlüklərə nail olmaq üçün nəqliyyatda servis prosesinin səmərəli təşkili və idarə olunmasını təmin etmək üçün yüksək ixtisaslı kadr hazırlamaq məqsədi daşıyan yeni perspektivli təhsil proqramıdır. Alınmış təhsil məzunları müxtəlif nəqliyyat müəssisələrində və müxtəlif profilli şirkətlərdə geniş iş imkanları ilə təmin edəcək.

Baki-xeber.com




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ