15/07/2020 06:26
728 x 90

Həftəsonu apteklər və marketlər tam bağlanacaq

img

Həftə sonunda bütün əczaçılıq subyektləri və marketlər tam qapadılacaq. Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, cümə günündə dövlə qurumlarında iş saatı 14.00-da bitəcək: “Vətəndaşlar bunu bir bayram kimi qəbul etməsinlər. Bu, vətəndaşlara əlavə vaxt kimi verilir. Həftə sonunda bütün əczaçılıq subyektləri və marketlər tam qapadılacaq. Vətəndaşlar arasında hər hansı təşviş yoxdur. Vətəndaşların zəruri ehtiyaclarını ödəmək üçün bu gün və sabah kifayət qədər vaxtları var”.

R.Bayramlı qeyd edib ki, həftə sonu belə qapanmalar tətbiq edilə bilər.

Son xəbərlər