05/07/2020 07:18
728 x 90

On il üçün Uşaq Strategiyası – Prezident Əliyev bu addımı hansı zərurətdən atdı…

Fatimə Hacıbəyli: “İmzalanan Uşaq Strategiyası sayəsində qayğıya ehtiyacı olan uşaqlar dəstəklənəcək”

img

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Strategiyanın həyata keçirilməsində əlaqələndirici orqan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən edilib.

Sərəncama əsasən, Nazirlər Kabineti Strategiyanın 2020–2025-ci illərdə icrası üzrə fəaliyyət planının layihəsini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli və bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

“Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın əhəmiyyəti barəsində danışan “Vəfa” Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli qeyd etdi ki, Strategiyada dövlət uşaq siyasətinin başlıca prinsipləri kimi uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması qeyd olunub: “Həmçinin, çətin həyat şəraitində olan uşaqlara son illərdə dövlətin qayğı və dəstəyinin daha da artırılması, sağlamlıq imkanları məhdud olan, valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təhsil imkanlarının genişləndirilməsi də adıçəkilən sənəddə qeyd olunur”.

Həmsöhbətimiz hesab edir ki, imzalanan Uşaq Strategiyası sayəsində qayğıya ehtiyacı olan uşaqlar dəstəklənəcək. Həm də uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri olan bütün işlər həyata keçiriləcək.

Günel CƏLİLOVA

Son xəbərlər