12/07/2020 05:04
728 x 90

Nazirlər Kabineti Macarıstanın “Wizzair” aviaşirkətinin Bakıya uçuşların bərpası elanına münasibət bildirdi

img

Nazirlər Kabineti Macarıstanın “Wizzair” aviaşirkətinin iyunun 19-dan Bakı-Budapeşt-Bakı reysini bərpa edəcəyi ilə bağlı elanına aydınlıq gətirib.

Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Trend-ə açıqlamasında bildirib ki, qurumda bu barədə heç bir məlumat yoxdur: "Bildiyiniz kimi ölkədə uçuşlar iyunun 15-ə kimi dayandırılıb. “Wizzair”in Bakıya uçuşları ilə bağlı isə bizə məlumat daxil olmayıb".

Qeyd edək ki, Türkiyə avişirkətilərindən biri də bu ay Bakıya uçuşların həyata keçiriləcəyi barədə məlumat yayıblar.

Son xəbərlər