12/07/2020 11:34
728 x 90

Lənkəranda xüsusi karantin və sanitar rejimin tələblərinə nəzarət gücləndirilib - FOTO

img

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əhalinin sıx olduğu ərazilərdə, həmçinin ticarət mərkəzləri, bank filialları və bankomatların qarşısında, avtobus dayanacaqlarında və digər obyektlərdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər təşkil edilir və vətəndaşlarla maarifləndirici söhbətlər aparılır. Keçirilən növbəti belə tədbir zamanı vətəndaşlara sosial məsafənin gözlənilməsinin vacibliyi, bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində tibbi maskadan istifadə edilməsinin zəruriliyi çatdırılıb. Eyni zamanda ticarət və xidmət obyektlərinin sahiblərinə bir daha xəbərdarlıq edilib ki, həmin obyektlərdə çalışanların, eyni zamanda müştərilərin və xidmətdən yararlanan şəxslərin gigiyenik vasitələrdən istifadə etməsi təmin edilsin. İctimai nəqliyyatda da sərnişin sayının normalar çərçivəsində tənzimlənməsi, istər sürücü, istərsə də sərnişinlərin tibbi maskadan istifadəsinin təmin edilməsi ilə bağlı tədbirlər davam etdirilir, izahat-maarifləndirici söhbətlər aparılır. Keçirilən tədbirlər zamanı həmçinin Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən vətəndaşlara mütəmadi olaraq tibbi maskalar da paylanır.

Son xəbərlər