Cümə günü, 13 noyabr 2026
     

Azərbaycanda koronavirusun ən çox aşkarlandığı şəhər, rayon və kəndlər… Aktiv və ağır xəstələrin sayı artıb

Image


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirib.

Brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı iştirak ediblər.

  • Yoluxmanın artdığı bölgə qapadıla bilər

İ.Məmmədov deyib ki, karantin rejiminin tələblərinə nəzarət ciddi olacaq. Belə ki, qoruyucu tibbi maskaların istifadəsi məcburi və mütləq sayılır. Hökumət rəsmisi bildirib ki, bununla bağlı müvafiq qərar imzalanıb: "Qaydalara əməl etməyənlər cərimələnəcək. Sərbəstlik artdıqca məsuliyyət artacaq. Cəzalar da sərtləşəcək. Cəzanın miqdarı hələ dəqiqləşməyib. Məsələ ilə bağlı sənəd parlamentə təqdim olunacaq. Cərimələrdən qaçmaq mümkün olmayacaq".

O qeyd edib ki, hansı rayonda yoluxma artsa, həmin bölgə qapadıla bilər və orada daha güclü karantin rejiminin tətbiq olunması mümkündür: "Ölkədə selektiv yanaşma metodu tətbiq edilə bilər. Bununla bağlı ərazilər nəzarətdə saxlanılır. Məsələn, hansısa rayonda kütləvi yoluxma aşkarlanarsa, orada xüsusi ocağın olduğu müəyyən edilsə, həmin rayon və ya şəhərə giriş-çıxış yasaqlanacaq".

Karantin qaydalarının pozulmasına görə cərimələrin məbləği müzakirə edilir

İ.Məmmədov deyib ki, məhdudiyyətlərin bir qismi aradan qaldırılsa da, bəziləri hələ də qalmaqdadır. Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəranda işçilər 100 faiz işə qaytarılır. Amma vətəndaşlar ehtiyatlı olmalıdırlar. Karantin rejimində iqtisadi artımlılıq bərpa olunsa da, paralel olaraq özümüzü qorumalıyıq.

Onun sözlərinə görə, karantin rejiminin tələblərinə qapalı yerlərdə, ictimai-iaşə və xidmət obyektlərində ciddi nəzarət ediləcək: "Bununla bağlı Nazirlər Kabineti yeni qərar imzalayıb. Xüsusi karantin qaydalarını pozmaq inzibati məsuliyyətdir. Hələlik bununla bağlı cərimələrin məbləği müzakirə edilir".

  • Ölkə daxilində və beynəlxalq uçuşlar...

İ.Məmmədov deyib ki, ölkə daxilində uçuşlar bərpa edilərsə, bu prosesə xüsusi nəzarət olunacaq. Onun sözlərinə görə, hələlik dövlət sərhədindən giriş-çıxış iyunun 15-dək qadağandır: "Əgər beynəlxalq uçuşlar bərpa olunarsa, bu məsələyə nəzarət ediləcək. Bununla yanaşı, xarici ölkələrdə aparılan koronavirus testlərin nəticələri başqa ölkədə tanınacaq. Yəni, əgər Azərbaycanda hansısa şəxs test edilibsə və onda koronavirus aşkarlanıbsa, həmin testin nəticələri başqa ölkələrdə də tanınacaq. O cümlədən, başqa ölkələrdə edilən testin nəticələri də Azərbaycanda qəbul ediləcək".

  • Aktiv xəstələr və ağır vəziyyətdə olanların sayı artıb

Ramin Bayramlı isə bildirib ki, ölkədə aktiv koronavirus xəstələrinin sayı ilə yanaşı, ağır vəziyyətdə olanların da sayı artıb.  Onun sözlərinə görə, bayram həftəsinin olmasına baxmayaraq, Operativ Qərargahın tibbi bölməsi əks-epidemik istiqamətdə fəaliyyətini fasiləsiz olaraq davam etdirib.

R.Bayramlı qeyd edib ki, bu gün ilk dəfə olaraq, 200-dən çox insanda koronavirus aşkarlanıb. Artıq daha çox hədəf qrupları üzərində testin aparılmasına üstünlük verilir: "Hazırda 22 xəstəxanada 1 806 aktiv xəstə müalicə edilir. Yoluxma sayı həftələr üzrə artan istiqamətdə qeydə alınıb. 18-24 may tarixlərində 848 nəfərdə, ondan əvvəlki həftə ərzində isə 755 nəfərdə koronavirus xəstəliyi aşkarlanıb”.

  • Koronavirusun daha çox aşkarlandığı şəhər, rayon və kəndlər…

TƏBİB sədrinin sözlərinə görə, ümumi yoluxmaların 47 faizi Bakının payına düşür. Onun sözlərinə görə, yoluxma göstəricisi Gəncə-Qzax bölgəsində 13,6 faiz, Aran rayonlarında 11,1 faiz, Abşeronda isə 9,2 faizdir. Digər bölgələrdə yoluxma göstəricisi təxminən 5 faizdən aşağıdır: “Son günlər ərzində yoluxma tempinin yüksək olduğu ərazilər adlarını qeyd etdiyim rayon və şəhərlərdir. Bu rayonların bəzilərində bir neçə kənddə xüsusi yoluxma halları qeydə alınır.

R. Bayramlı nəzərə çatdırıb ki, Gəncədə 481,  Masallıda 47, Xaçmazda 31 nəfərin koronavirusa yoluxması aşkar olunub. Masallının Əlişan kəndində 12 nəfər, Xaçmazın Köhnə Xaçmaz kəndində 12, Beyləqanın Şahsevən kəndində 5 nəfər koronavirusa yoluxub. Salyan, Cəlilabad, Yevlax və Kürdəmirdə yoluxma yüksək səviyyədədir. Kürdəmirin Sığırlı kəndində 31 nəfərdə yoluxma aşkarlanıb.

Bakı şəhəri üzrə ümumi yoluxma sayı üstünlük təşkil edir. Paytaxtın Yasamal rayonunda yoluxma göstəricisi 14,5 faiz, Nəsimidə 13 faiz, Binəqədidə 11,1 faizi , 10 Xətaidə 10 faiz, Qaradağda 7 faiz, Nizami rayonunda isə 5,9 faiz müşahidə edilib".

O əlavə edib ki, məhdudiyyətlərin tətbiq olunmağa başlanıldığı aprel ayının əvvəlində xəstə sayında azalma müşahidə edildi. Amma məhdudiyyətlərin aradan qaldırıldığı vaxtdan etibarən xəstələrin sayında artım baş verir: “Vətəndaşlarımızın qaydalara əməl etməməsi nəticəsində yoluxma sayında artım müşahidə edilir. İnfeksiyanı məhdudlaşdırmaq istəyiriksə, ya sərt karantin rejimi olmalıdır, ya da qaydalara əməl edilməlidir. Bütün dünyada olduğu kimi, biz də ikinci yolu seçməliyik. Lakin bu qaydalara əməl etməyi özümüzə aşılamalıyıq”.

R.Bayramlı qeyd edib ki, qaydalara əməl edilməməsi nəticəsində ölkədə virusa yoluxanların sayı sağalanların sayından çoxdur. Həmçinin ağır xəstələrin sayının artmasına baxmayaraq, vəfat edənlərin sayında ciddi artım müşahidə edilmir.

  • Bəzi obyektlərin açılması heç də epidemioloji vəziyyətin ürəkaçan olması ilə bağlı deyil

TƏBİB sədrinin sözlərinə görə, bəzi obyektlərin açılmasının səbəbi heç də epidemioloji vəziyyətin ürəkaçan olması ilə bağlı deyil. Onun sözlərinə görə, obyektlərin açılması barədə qərar verilərkən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri və dünya ölkələrinin təcrübələri nəzərə alınır.

R.Bayramlı bildirib ki, maskalara tələbat artacaq. Ölkədə istehsal edilən və satılan maska sayı kifayət qədərdir: “Amma maskaya tələbat artarsa, onun evdə hazırlanması ilə bağlı təlimat var. Bu qaydaları öyrənərək evdə maska hazırlana bilər və bunun üçün bəhanələr gətirilməməlidir”.

  • Daxili uçuşlar iyunun 8-dən bərpa ediləcək…

R.Bayramlı deyib ki, iyunun 8-dən sonra ölkə daxilində daxili uçuşların bərpası gözlənilir. Onun sözlərinə görə, istər daxili, istər beynəlxalq ucuşların sayında azalma olacaq. Təyyarələrdə sərnişinlərin sayında azalma olacaq. Bu da təyyarə sərnişinlərinin və ekipajın təhıükəsizliyinin qorunması üçündür.

  • “Sədərək” ticarət mərkəzinin doğurduğu narahatlıq...

R.Bayramlı əlavə edib ki, karantin tədbirlərinin yenidən sərtləşdirilməsi arzuedilən deyil. Amma epidemioloji vəziyyət yenidən bu barədə qərarın qəbul edilməsini zəruri edə bilər.

TƏBİB sədri əlavə edib ki, qapalı idman müəssisələrinin açılması da yaxın günlərdə gözlənilmir: “Bizi narahat edən məsələlərdən biri “Sədərək” ticarət mərkəzi ilə bağlıdır. Burada xidmət göstərənlər qaydalara ciddi əməl etməlidirlər".

  • Kafe və restoranlarda açıq bufetdən istifadə qadağası...

TƏBİB sədri deyib ki, kafe və restoranlarda açıq bufetdən istifadə etmək qəti qadağan edilir. Onun sözlərinə görə, kafe və restoranlarda masa arxasında olarkən maskadan istifadə etməmək olar, bütün digər hallarda maskadan istifadə olunmalıdır. İnsanlar restorandan çıxıb geri qayıtdıqdan sonra əllərini yumalıdırlar.

  • Metodiki tövsiyələrə əməl etməyən marketlər var...

Əksər marketlərdə metodiki tövsiyələrə əməl edilmədiyini deyən R.Bayramlının sözlərinə görə, bu müəssisələr xüsusi nəzarətə götürüləcək: “Biz bununla bağlı onlara müraciət edirik və qaydalara əməl etməyə çağırırıq. Əks halda, belə müəssisələrin sahibləri barəsində tədbir görüləcək”.

  • Yas mərasimləri yoluxanların sayını kütləvi şəkildə artırır...

R.Bayramlı qeyd edib ki, aparılan analizlər göstəririr ki, yoluxmaların çoxu yas mərasimlərində olur. Onun sözlərinə görə, yaslarda insanların, xüsusilə qadınların bir yerdə toplaşması yoluxanların sayını kütləvi şəkildə artmasına səbəb olur: “Bu, bizi narahat edir. Vətəndaşları diqqəti və məsuliyyətli olmağa çağırırıq”.

  • Həftə sonları xüsusi karantin rejimi tətbiq edilə bilər

R.Bayramlı bildirib ki, həftənin şənbə və bazar günlərində xüsusi karantin rejiminin tətbiq edilməsi mümkün ola bilər. O bildirib ki, bununa bağlı xüsusi alqoritmlər də var: "Epidemioloji vəziyyətdən asılı olaraq, növbəti günlərdə həftə sonları və iyun ayında olacaq bayram günləri ərzində ümumi qapanışa gedə bilərik".

  • Çarpayı fondu - 5 mindən 7 minə çatdırılacaq

“Çarpayı fondunun doluluq nisbətinə baxılsa, hələ çarpayı fondu ilə bağlı imkanlarımız var. Amma səhiyyə mütəxəssisələrinin tibb müəssisələrinə arasında paylaşdırılması bizim üçün yükdür” deyən TƏBİB sədrinin sözlərinə görə, koronaviruslu xəstələrin müalicəsi üçün müəyyən edilən xüsusi xəstəxanalarda 5000-dən artıq çaprayı ayrılıb: “İki minə yaxın çarpayı fondu modul tipli xəstəxanalarda olacaq. Bununla da, ümumilikdə 7 mindən çox çarpayı fondu olacaq”.

  • Toyların keçirilməsi yenə risqli sayıldı

İbrahim Məmmədov isə bildirib ki, sərbəstlik artdıqca koronavirusa yoluxanların sayı artır. Buna görə də toy mərasimlərinin keçirilməsinə başlamaq hələlik mümkün deyil. Onun sözlərinə görə, yoluxmaların sayı artmasaydı, toylar mərasimlərinə icazə verilə bilərdi: "Amma bu gün 230 yoluxma qeydə alınıb. Buna görə də toylara icazə verilməsi risqdir. Əgər yoluxma sayı azalarsa, bu məsələyə baxıla bilər".

  • İşsizlərə birdəfəlik ödəmə gələn ay da verilə bilər…

İ.Məmmədov bildirib ki, gələn ay da işsizlərə birdəfəlik ödəmənin verilməsi məsələsi Nazirlər Kabinetində müzakirə edilir. Onun sözlərinə görə, ilkin olaraq 190 manat işsizlik müavinəti aprel və may ayları üçün nəzərdə tutulub. Amma karantin rejimi iyun ayının 15-dək uzadılıb. Ona görə də bu məsələ ilə bağlı Nazirlər Kabineti müəyyən qərar verəcək.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ