15/07/2020 06:49
728 x 90

Binəqədi bələdiyyəsi 28 May – Respublika Günü ilə bağlı məktəbli müsabiqəsi keçirdi

img

Bakının Binəqədi rayonunun Binəqədi qəsəbəsində məktəblərarası müsabiqə keçirilib. Binəqədi qəsəbə bələdiyyəsinin təşkilatçılığı, “Qızıl ay” İncəsənət Mərkəzi və “Arktika” İdman klubunun dəstəyi ilə keçirilən müsabiqə 28 May - Respublika Günü nə həsr edilib.

Tədbirin keçirilməsində məqsəd məktəblilərə 28 May- Respublika Günü nün mahiyyətini aşılamaq, gənc nəsildə bədii zövqün formalaşdırılmasını stimullaşdırmaq, yaradıcılıq duyğularını artırmaq, ətraf mühitə maraq yaratmaq, uşaqlarda sağlam bədən tərbiyəsinə marağı yüksəltməkdir.

Müsabiqə  məktəblilər arasında 4 nominasiya (rəsm, rəqs, bədii qiraət və idman hərəkətləri) üzrə təçkil olunub. Müsabiqənin qaliblərinin seçilməsi Binəqədi qəsəbə bələdiyyəsinin sosial şəbəkə səhifələri izləyiciləri vasitəsilə müəyyən edilib. Hər nominasiya üzrə birinci yerin qalibi münsiflər heyəti tərəfindən seçilib. Müsabiqəyə ümumilikdə 226 nəfər qatılıb. Onlardan 12 nəfərini sosial şəbəkə iştirakçıları,  4 nəfəri isə münsiflət heyəti seçib. Binəqədi qəsəbə bələdiyyəsində keçirilən tədbirdə qaliblərə fəxri fərman, diplomlar və hədiyyələr təqdim olunub.

Baki-xeber.com

Son xəbərlər