Cümə günü, 13 noyabr 2026
     

Bütün şəhərlərimizin tibbi avtomobil parklarının yenidən qurulması "Şamaxıdan başlayır"...

Image


Son illər ölkəmizin müxtəlif sahələrində avtomobil parkının yenilənməsi, köhnəlmiş, istismar müddətini başa vurmuş avtomobillərin daha müasir nəqliyyat vasitələri ilə əvəzlənməsi tendensiyası başlanıb. Burada təcili tibbi yardım parkının yenilənməsinə də xüsusi əhəmiyyət verilir.

Bildiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı rayonunda olublar. Burada onlar, həmçinin, Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalara baxıblar.

Bir sıra sahələrdə, o cümlədən, şəhər təsərrüfatı, kommunal, səyyar tibbi və digər sahələrdə xidmətin keyfiyyətini yaxşılaşdırmaq üçün Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, Şamaxı rayonuna çoxlu sayda nəqliyyat vasitəsi və xüsusi texnika ayrılıb.

Nəqliyyat vasitələri ilə tanış olan Prezident İlham Əliyev ölkəmizin başqa şəhərlərinin də belə texnika və nəqliyyat vasitələri ilə təchizatını təşkil etmək üçün təkliflər hazırlanması barədə tapşırıq verib. “Avtobuslar gərək bu gündən xətlərə çıxsın. Ondan sonra təcili tibbi yardım maşınları. Şamaxı rayonunun təchizatı ilə bağlı görülən işlər indiki mərhələdə kifayətdir. Həm Prezidentin ehtiyat fonundan, həm də dövlət büdcəsindən vəsait ayrıldı. Gərək biz, prinsipcə, bütün şəhərlərimizdə texnika ilə təchizatı yüksək səviyyəyə qaldıraq. Bu baxımdan Şamaxı birinci şəhərdir. Mən demişəm, digər şəhərlərdə, bir çox yerlərdə şəhər nəqliyyatı bərbad vəziyyətdədir. Kommunal texnikanın çatışmazlığı problemlər yaradır, təkliflər hazırlayın, bizim bütün şəhərlərimizdə müasir texnika təchizatı təmin edilməlidir - həm sərnişin nəqliyyatı, kommunal texnika, həm də təcili tibbi yardım maşınları. Bakı şəhərində bu, öz həllini tapıb. Baxmayaraq ki, Bakıda da hələ köhnədən qalan avtobuslar var, onlar da yavaş-yavaş yeniləri ilə əvəzlənir. Bir çox şəhərlərə təcili tibbi yardım maşınlarının göndərilməsi təmin edilmişdir. Ancaq vaxt keçir, onların da istismar müddəti başa çatır, sıradan çıxır, qəzaya uğrayır. İndi Şamaxı rayonunun timsalında biz, prinsipcə, görürük ki, əhalini nəzərə alaraq, nə qədər texnika lazımdır. Ona görə digər rayonlarda da nə qədər texnika lazımdır, biz bunları kompleks şəkildə, tədricən həll edək”.

Prezident İlham Əliyev, həmçinin, qeyd edib ki, o, Şamaxı şəhərinin avtomobil yollarının da təmiri ilə bağlı tədbirlərin görülməsi barədə göstəriş verib: “Kənd yollarının bir çoxu asfaltlanıb, hətta ucqar kəndlərə də asfalt yollar çəkilib. Amma şəhər yolları o qədər də yaxşı vəziyyətdə deyil. Ona görə də həm kənd yollarının çəkilişinin davam etdirilməsi, eyni zamanda, Şamaxı şəhərinin yol infrastrukturunun müasirləşməsi ilə əlaqədar əlavə tədbirlər görülməlidir. Dayanacaqlar da pis vəziyyətdədir. Ona görə bu yeni texnika bütün şəhər infrastrukturunun müasirləşməsinə xidmət göstərəcək. Əsas məsələ insanların sağlamlığı və təhlükəsizliyidir. Bu müasir təcili tibbi yardım maşınları hər yerdə lazımdır, özü də ən aparıcı şirkətlərin istehsalıdır. Əlbəttə ki, yeni avtobuslar həm rahatlıq gətirəcək, həm də təhlükəsizlik baxımından çox vacibdir”.

Nəqliyyat üzrə tanınmış ekspert Azər Allahverənov baki-xeber.com-a bildirdi ki, bölgələrin nəqliyyat - abtobus, xüsusən də gecə-gündüz yorulmadan insanların xidmətində duran təcili tibbi yardım avtomobil parkının yenilənməsinin əhəmiyyəti böyükdür. A.Allahverənovun sözlərinə görə, təcili tibbi yardım parkı müasir tələblərə cavab verən və olduqca təhlükəsiz hesab edilən nəqliyyat vasitələri ilə təchiz olunur, bunda da başlıca səbəb, məqsəd bölgələrdə yaşayan insanların sağlamlığının təmin olunmasıdır. “Burada məqsəd bölgələrdə yaşayan insanların sağlamlığının, təhlükəsizliyinin maksimum təmin edilməsi məsələləridir. Biz həmişə avtomobil parkının yenilənməsi barədə danışanda xüsusilə burada insan rahatlığının, təhlükəsizliyinin təmin olunduğunu vurğulayırıq. Çünki burada söhbət yenilənən ictimai nəqliyyat və təcili tibbi yardım parkından gedir. Biz hər zaman təəssüflə qeyd edirdik ki, bu istiqamətdə yenilənmə daha çox paytaxt Bakı ilə bağlı olur, bölgələrdə isə vəziyyət acınacaqlıdır. Amma Şamaxı rayonunda gerçəkləşdirilən bu məsələ, xüsusilə də Şamaxı rayon təcili tibbi yardım avtomobilləri parkının dünyanın aparıcı şirkətlərinin istehsalı olan, müasir tələblərə cavab verən təcili tibbi yardım maşınları ilə təchiz olunması və bu avtomobillərin insanların ixtiyarına verilməsi olduqca vacib bir hadisədir. 3 təcili yardım və reanimasiya maşını verilib. Sevindirici haldır ki, artıq bu proses bölgələrdə də başlayıb. Şamaxı bu prosesin başlandığı ilk rayonlardandır. Burada, qeyd etdiyimiz kimi, yalnız təcili tibbi yardım parkı deyil, həmçinin, bütövlükdə nəqliyyat sektorunun yenilənməsindən söhbət gedir. Təhlükəsiz daşınma üçün nəzərdə tutulan avtobusların Şamaxı şəhər sakinlərinin istifadəsinə verilməsi, təbii ki, müsbət haldır. Əminəm ki, bu proses davam edəcək, biz digər bölgələrdə də istər təcili tibbi yardım avtomobil parkının, istərsə də ictimai nəqliyyat parkının yenilənməsinin şahidi olacağıq”.

A.Allahverənovun vurğuladığına görə, Prezident İlham Əliyev çıxışında qeyd edib ki, Şamaxı və ümumilikdə, o bölgə turizmin inkişaf etdiyi yerdir, çox intensiv şəkildə nəqliyyat vasitələrinin mübadiləsi baş verir, bu baxımdan həm yolların, həm də nəqliyyat vasitələrinin tələblərə cavab verməsi vacibdir. “Burada söhbət ondan gedir ki, həm Şamaxının özündə ictimai nəqliyyat sektoru kifayət qədər avtomobil və avtobus parkına malik olsun. Eyni zamanda, insanların sağlamlığının qorunması sahəsində fəaliyyət göstərən qurumların da maddi-texniki təchizatı məsələlərinə diqqət yetirilsin. Bu baxımdan, Şamaxıda müasir tələblərə cavab verən təcili tibbi yardım avtomobillərinin istifadəyə verilməsi çox əhəmiyyətli məsələdir. Çünki bilirik ki, bölgələrdə istifadədə olan təcili tibbi yardım avtomobillərinin çoxu uzun illərdir istismar olunan avtomobillərin siyahısındadır. Şamaxıdakı kimi, digər rayonların da təcili tibbi yardım avtomobilləri parkının yenilənməsinə ciddi ehtiyac var və düşünürəm ki, tezliklə başqa rayonlarımızda bu müsbət dəyişikliyin şahidi olacağıq. Pandemiya ilə mübarizə dövründə cənab Prezident öz çıxışlarında bir neçə dəfə xüsusi diqqət yetirib ki, bizim üçün önəmli olan vətəndaşlarımızın sağlamlığıdır, onların tibbi təhlükəsizliyi məsələsidir və bu gün bütün resurslar insanların sağlamlığının müdafiəsinə yönəldilib.

Yəni əsas məsələ insanları təhlükələrdən qorumaq, onları sığortalamaqdır. Bu bir neçə aspektdə həyata keçirilən siyasətdirsə, onlardan biri də maddi-texniki baza, texniki təchizat, onların elementləri və seqmentləri məsələsidir. Bu baxımdan təcili tibbi yardım maşınlarının istifadəyə verilməsi çox vacibdir. Bunun da önündə duran məqsəd ölkə əhalisinin sağlamlığını, tibbi təhlükəsizliyini təmin etməkdir. Müasir tələblərə cavab verən və texniki cəhətdən kifayət qədər yüksək təchiz edilmiş təcili tibbi yardım maşınlarının istifadədə olması mümkün risqləri zəiflətmiş olur və göstərilən təcili yardım xidmətinin keyfiyyətini artırır. Burada çox vacib iki nüans var. Biri risqin azaldılması, o biri isə keyfiyyəti artırmaqdır. Hesab edirəm ki, bu çox vacib məsələdir və bu siyasətin digər bölgələrimizdə də davam etdiriləcəyinə əminəm” - deyə A.Allahverənov qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ