11/07/2020 02:04
728 x 90

Bakı-Naxçıvan təyyarə reyslərinin bərpası ilə bağlı Operativ Qərargaha müraciət edildi

img

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov nümayəndəliyə olan çoxsaylı müraciətlərlə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reyslərinin bərpası ilə baģlı məktubla müraciət edib.

Baki-xeber.com xəbər verir ki, bu barədə daimi nümayəndəliyin rəsmi saytında (ndn.az) məlumat yerləşdirilib.

Qeyd edək ki,2020-ci il aprel ayının 5-də COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reysləri dayandırılıb.

Son xəbərlər