Son günlər mətbuatda Azərbaycanda koronavirusa kütləvi yoluxmaya görə, daha bir yaşayış massivinin karantinə alındığı barədə məlumat yayılıb. Xəbərlərə görə, Kürdəmir rayonun Sığırlı kəndində 56 nəfər koronavirusa yoluxub.
Baki-xeber.com xəbər veri ki, Kürdəmir rayon Sığırlı kəndinin bələdiyyə sədri Bayram Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bu məlumatların yalan olduğunu bildirib. B.Həsənov deyib ki, kənddə 16 nəfərdə koronovirus aşkarlanıb: “Bizim kənddə 12 nəfərdə koronavirus aşkarlanmışdı. Bu günlərdə daha 4 nəfərin koronovirus testi müsbət çıxdı. Amma onların hamısının vəziyyəti qənaətbəxşdir. Kəndimiz karantinə alınmayıb”.
B.Həsənov deyib ki, kəndin hazırda 7337 nəfər sakini var: “Ola bilər ki, Kürdəmir rayonun digər kəndləri ilə müqayisədə 16 yoluxma çoxdur. Amma kəndin 7 mindən çox sakini olduğunu nəzərə alsaq, bu o qədər də böyük rəqəm deyil. Bununla belə kənddə bütün iaşə müəssisələrində dezinfeksiya işləri aparılıb. Amma kənd karantinə alınmayıb”.