12/07/2020 09:43
728 x 90

Kürdəmirdə 61 nəfər koronavirusa yoluxdu…

img

Azərbaycanın regionlarında xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bir-neçə rayonda infeksiyaya yoluxma hallarında artım müşahidə olunub.

“Report” xəbər verir ki, son iki gündə Kürdəmir rayonunun təkcə Sığırlı kəndində 13 nəfərin koronavirus testi müsbət nəticələnib. Onların içərisində 1 yaşlı körpə də var.

Kürdəmir Rayon İcra Hakimiyyəti, Kürdəmir Rayon Polis Şöbəsi, Kürdəmir Mərkəzi Xəstəxanasının və Gigiyena və Epidemiologiya şöbəsinin əməkdaşları Sığırlı kəndində olublar. Sakinlərdən elə yerindəcə yaxma analizləri götürülüb.

Onlara zərurət olmadığı halda evdən bayıra çıxmamaq, tibbi maskalardan və əlcəklərdən istifadə etmələri tövsiyə edilib.

Bundan başqa rayonun digər ərazilərində də bu kimi tədbirlərin mütəmadi keçirilməsi nəzərdə tutulur.

Rayon üzrə son 24 saat ərzində ümumilikdə 7 nəfərdə COVID-19 aşkarlanıb.

Bununla da Kürdəmirdə yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 61 nəfərə çatıb. Onlardan 16 nəfəri sağalıb. COVID-19 daşıyıcıları arasında ölən yoxdur. 

Son xəbərlər