12/07/2020 04:45
728 x 90

Mingəçevirdə dəhşətli qəza - qadın sürücü 10-u uşaq olmaqla, 13 nəfəri vurdu

img

Mingəçevirdə avtomobil 10-u uşaq olmaqla, 13 nəfəri vurub. İnterfax yazır ki, bu barədə TƏBİB məlumat verir.

“Qəza nəticəsində xəstəxanaya yerləşdirilən 13 nəfərdən 9-na ambulator yardım göstərilərək evə buraxılıb. Həmçinin, qəza nəticəsində 2 uşaq kəllə-beyin travması alıb, onların vəziyyəti ağır kimi qiymətləndirilir. Xəsarət alan daha iki uşağın isə vəziyyəti orta ağırdır”, - məlumatda deyilir.

Yerli KİV-in məlumatına görə, avtomobil idarə etməyi öyrənən xanım “Opel” markalı maşının idarəetməsini itirib və avtomobil yaxınlıqda toplaşan kütləyə çırpılıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər