01/06/2020 03:29
728 x 90

Deputat seçiciləri adından Prezidentə təşəkkür etdi

img

Millət vəkili Rəşad Mahmudov Astara rayonunun 3 kəndinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırlmasına görə seçiciləri adından dövlət başçısına təşəkkür edib.

Baki-xeber.com-un xəbərinə görə, bu barədə məşhur kardiocərrah, millət vəkili özünün “Facebook” səhifəsində yazıb. R.Mahmudov yazır:“Bu gün adıçəkilən ucqar dağ kəndlərində işlər tam yekunlaşdırılıb. Dövlətimizin qüdrəti, inkişaf tendensiyası və idarəetməsi imkan verir ki, bütün çətinliklər mərhələli şəkildə öz həllini tapsın. Seçicilərim adından aidiyyəti qurumlara və xüsusilə cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm.”

Xatırladaq ki, bir müddət əvvəl Prezident İlham Əliyev Astara rayonunun 3 yaşayış məntəqəsində – Diqo, Dolu və Sekaşan kəndlərində elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsi və dayanıqlılığını artırmaq məqsədilə müvafiq sərəncam imzalamışdı.

Son xəbərlər