02/07/2020 23:36
728 x 90

“Sədərək” TM sahibi dükan sahiblərindən icarə haqqı tələb edir – həm də iş olmayan karantin günləri üçün…

“Sədərək” Ticarət Mərkəzi - Kəmaləddin Qədimov: “Bazar bağlıdır, axı bağlı olan bazardan kim yer haqqı tələb edir, olmayan yerdən pul almaq olar?”

img

Bütün dünyanı təşvişə salan koronavirus təhlükəsi hər kəsi həyəcanlandırır. Dünyanı vahiməyə salan koronavirus 5 milyon 100 mindən çox insanda aşkarlanıb. Virus aşkar olunduğu ilk günlərdən etibarən sürətlə ölkələrə yayıldı. Nəticədə bütün dünya ölkələri koronavirusla mübarizə aparır.

Dünyada koronavirusa yoluxanların sayı 5 milyon 100 mini ötüb. Ölkəmizdə bu istiqamətdə ciddi işlər görülür. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, koronavirusla bağlı paytaxtda fəaliyyət göstərən iri ticarət mərkəzlərinin (“Mall”lar) fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. O cümlədən, “Sədərək” Ticarət Mərkəzinin fəaliyyəti dayandırılıb.

Artıq iki aya yaxındır adıçəkilən Ticarət Mərkəzi fəaliyyət göstərmir. Bu günlərdə belə bir məlumat yayıldı ki, “Sədərək” Ticarət Mərkəzində icarədarlardan pul tələb edilir: “Sədərək” rəhbərliyi birinci ay onlardan pul almayıb. Amma indi rəhbərlik icarədarları sıxışdırmağa başlayıb. “İkinci ayın pulunu verin” deyə icarədarları hədələyirlər”

Karantinlə bağlı “Sədərək” Ticarət Mərkəzi fəaliyyət göstərmədiyi halda, icarədarlardan pul tələb etmək nə dərəcədə doğrudur?

“Sədərək” Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədimov icarədarların iddiası ilə bağlı bidirdi ki, onlardan pul tələb olunmayıb: “Bazar bağlıdır. Axı bağlı olan bazardan kim yer haqqı tələb edir? Olmayan yerdən pul almaq olar? Biz özümüz işə çıxmırıq. İcarədarlara bazar bağlanmamış güzəşt olunub. Nazirlər Kabineti yanında Operativ Qərargah nə qərar versə, ona uyğun addımlar atılacaq”.

Günel CƏLİLOVA

Son xəbərlər