07/08/2020 01:47
728 x 90

Bakı Biznes Universitetinin təşkilatçılığı ilə daha bir beynəlxalq onlayn iclas keçirildi

img

Koronavirus (COVİD-19) pandemiyası şəraitində Bakı Biznes Universitetində tədris prosesi ilə bərabər, digər istiqamətlərdə də işlər onlayn şəkildə müvəffəqiyyətlə davam etdirilməkdədir.

Belə ki, Universitetin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus + layihəsinin icrasının fasiləsizliyini təmin etmək məqsədilə layihənin bütün tərəfdaş universitetlərinin – İngiltərənin Middlesex Universitetindən dosent George Dafaoulasın, İspaniyanın Alikante Universitetindən doktor Denis Galvinin, Litvanın SMK Tətbiqi Elmlər Universitetindən dosent Inga Juknytė-Petreikienėnin, İsveçin Kral Texnologiya İnstitutundan doktor Viktor Kordosun və 11 Azərbaycan universitetinin məsul şəxslərinin iştirakı ilə növbəti onlayn iclas keçirilib. İclasda “Daxili Keyfiyyət Təminatına dair Qaydalar”ın hazırlanması müzakirə edilib, tərəflərin razılığı ilə sənədin hazırlanmasının onlayn şəkildə həyata keçirilməsinə və ekspertlər tərəfindən rəy verilməsinə dair qərar qəbul edilib. Həmçinin, Bakı Biznes Universitetinin layihələr şöbəsinin müdiri, layihənin icraçı koordiantoru Gülşən Bayramova tərəfindən yerli tərəfdaş universitetlər tərəfindən yekun hesabatların hazırlanaraq Bakı Biznes Universitetinə göndərilməsi tərəfdaşların diqqətinə çatdırılıb. Eyni zamanda, layihənin 1 il müddətinə uzadılması ilə əlaqədar olaraq layihənin iş planında 2020-ci il üçün nəzərdə tutulmuş yerli tərəfdaş universitetlərin tələbələrinin Litvanın SMK Tətbiqi Elmlər Universitetinə səfəri, Avropalı ekspert Inga Juknytė-Petreikienė tərəfindən Azərbaycan universitetlərində aparılacaq monitorinqlər, eləcə də keyfiyyət təminatına dair “QPR  proqram təminatı” ilə  əlaqədar Bakı Biznes Universitetində nəzərdə tutulan təlimlərin 2021-ci ilə təxirə salınması qərara alınıb.

Son xəbərlər