02/07/2020 22:34
728 x 90

Azərbaycanda İİV infeksiyasının daha çox yayıldığı ərazilər - Şirvan, Hacıqabul, Lənkəran, Masallı, Yevlax, Bakı....

img

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Azərbaycanda İİV infeksiyasının yayılma göstəricisinin yüksək olduğu ərazilərin adlarını açıqlayıb.

Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov Trend-ə bildirib ki, ölkədə İİV infeksiyasına yoluxma halları daha çox Şirvan, Hacıqabul, Lənkəran, Masallı, Yevlax və Bakıda müşahidə edilir.

Onun sözlərinə görə, cənub rayonlarında İİV-ə yoluxma göstəricisinin yüksək olmasının səbəbi ölkəyə qanunsuz narkotikin daha çox cənub sərhədindən keçirilməsi ilə bağlıdır.

N.Zülfüqarov əlavə edib ki, Azərbaycanda İİV-ə yoluxanların təxminən 20 faizi Bakıda yaşayır. Lakin Bakıda əhalinin sayı çox olduğu üçün burada hər min nəfərə düşən İİV-ə yoluxma halı azdır.

Son xəbərlər