26/05/2020 23:30
728 x 90

DİN-in aqrar sektorda və iaşədə “məcburi əmək monitorinqləri” barədə təşəbbüsü dəstəklənir

Müslüm İbrahimov: “Sahibkarlıq subyektlərində yoxlamaların aparılması zərurətdir”

img

Ölkədə sahibkarlıq sahəsində sistemli tədbirlər keçirilir. Görülən tədbirlərdən biri də sahibkarlıq sahəsində aparılan yoxlamaların 2021-ci ilədək dayandırılmasıdır. Məlumdur ki,  “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun tətbiqindən sonra bu sektorda aparılan yoxlamalar dayandırılıb.

Ancaq ekspertlər hesab edirlər ki, yoxlamalar dayandırılmamalıdır. Aqrar sektorda və iaşə obyektlərində yoxlamaların aparılmasına ehtiyac var.

Daxili İşlər Nazirliyi bəzi sahələrdə yoxlamaların bərpa olunması barədə məsələ qaldırıb. Bunu Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov parlamentin son keçirilən plenar iclasında deyib. O qeyd edib ki, müvafiq qanunvericilik aktlarına əsasən, sahibkarlıq subyektlərində yoxlamalar dayandırıldığı üçün son illər kənd təsərrüfatı, ictimai iaşə və digər sahələrdə məcburi əmək faktlarının aşkarlanması üzrə monitorinqlər aparılmır. Ancaq məsələnin əhəmiyyəti nəzərə alınaraq, həmin yoxlamaların bərpa olunması üçün Daxili İşlər Nazirliyi tərəfindən aidiyyəti üzrə məsələ qaldırılıb.

  • “…çatışmazlıqlar barədə mütəmadi olaraq məlumatlana bilsin”

İqtisad elmləri doktoru Müslüm İbrahimov bildirdi ki, sahibkarlıq subyektlərində yoxlamaların aparılması zərurətdir: “Kənd təsərrüfatı sahəsində yoxlamaların aparılmasına ehtiyac var. Yoxlamalar ona görə aparılmalıdır ki, dövlət sahibkarlıqda mövcud olan çatışmazlıqlar barədə mütəmadi olaraq məlumatlana bilsin. Yoxlamalar təkcə cəzalandırmaq demək deyil. Bəzən qanunazidd situasiyaların yarandığı hallarda olur. Yoxlamaların daha dərin və böyük məqsədləri var”.

Günel CƏLİLOVA

Son xəbərlər