Azərbaycanın dünya miqyasında tanınan kardiocərrahı, tibb elmləri doktoru Rəşad Mahmudov daun sindromlu körpə üzərində əməliyyat icra edib.
Baki-xeber.com xəbər verir ki, son dərəcə mürəkkəb və risq tələb edən uğurlu əməliyatdan sonra pasiyentin heç bir həyati təhlükəsi yoxdur və o özünü yaxşı hiss edir. Əməliyyat öncəsi Rəşad Mahmudov öz duyğularını bu cür ifadə edib:"Daun (down sindromu) xəstəlik yox, genetik bir fərqlilikdir, daha doğrusu, bir ayrıcalıqdır. Səbəbi hamımızda olan 46 xromosom yerinə 47 xromosomun olmasıdır. Demək ki, daun genetik 1 əskiklik yox, əksinə +1 üstünlükdür!.. Onlar dünyamızı gözəl və saf gülüşləri ilə bəzəyirlər. Amma bəzən xəstələnir, bəzən də əməliyyata bir az gecikirlər..."