“Kütləvi informasiya vasitələrinin nümayəndələrindən və sosial şəbəkə istifadəçilərindən xahiş edirəm ki, daxili işlər orqanları əməkdaşlarının, o cümlədən, Daxili Qoşunların hərbi qulluqçularının xidməti fəaliyyətinə dair qeyri-rəsmi mənbələrdən əldə etdikləri məlumatları, anonim çəkilmiş foto-videogörüntüləri Daxili İşlər Nazirliyinin Mətbuat xidməti ilə dəqiqləşdirsinlər".
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur. Bildirilir ki, razılaşdırılmış, rəsmi münasibət bildirilmiş məlumatların, foto-videoların çapı KİV ilə DİN-in Mətbuat xidməti arasında olan işgüzar əlaqələrin inkişafı, eləcə də ictimaiyyət üçün daha faydalı ola bilər: “Əminəm ki, hörmətli media nümayəndələri və sosial şəbəkələrdə aktiv olan vətəndaşlarımız mənim bu müraciətimi anlayışla qarşılayacaqlar”.
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, DİN-in media nümayəndələrinə və sosial şəbəkə istifadəçilərinə müraciətini təqdir edir: “Məlumdur ki, adıçəkilən qurumun Mətbuat xidməti media ilə açıq işləyir.
Müşfiq Ələsgərli: “Media nümayəndələri Azərbaycan polisi ilə bağlı istənilən məlumatı mütləq rəsmi mənbədən dəqiqləşdirməli, sonra onu ictimailəşdirməlidirlər”
Pandemiya dövründə Azərbaycan polisinin fədakarlığını ayrıca vurğulamaq lazımdır. Lakin polislərin məlum fədakarlığı bəzi şəxsləri ciddi şəkildə narahat edir. Həmin şəxslər Azərbaycan polisini gözdən salmaq üçün uydurma və təsadüfi görüntüləri paylaşıb, ictimai rəyi çaşdırmaq istəyirlər. Bu səbəbdən də hesab edirəm ki, Daxili İşlər Nazirliyinin məlum çağırışını təqdir etmək lazımdır. Media nümayəndələri Azərbaycan polisi ilə bağlı istənilən məlumatı mütləq rəsmi mənbədən dəqiqləşdirib sonra onu ictimailəşdirməlidirlər. Təəssüf ki, biz bunun əksi ilə rastlaşırıq. Bəzən elə hal olur ki, 10-15 il əvvəl baş vermis hadisəni yenidən ictimailəşdirib sosial şəbəkədə paylaşırlar. Və ya başqa ölkədə baş vermis polis şiddətini paylaşaraq bunun Azərbaycan polisi tərəfindən törədildiyini iddia edirlər. Bu kimi hallara son qoyulması üçün Daxili İşlər Nazirliyi media təmsilçilərinə və sosial şəbəkə istifadəçilərinə çağırış edib”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Daxili İşlər Nazirliyi medianı yanlış məlumat yaymamağa çağırır: “Onu da qeyd edim ki, adıçəkilən qurumun çağırışı olmasa belə, jurnalist məlumatı dəqiqləşdirdikdən sonra onu tirajlamalıdır”.
Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli qəzetimizə açıqlamasında qeyd etdi ki, sosial şəbəkədə polislə bağlı xoşagəlməz görüntülər yayılır. Araşdırma zamanı məlum olur ki, həmin görüntülər təxribat məqsədilə yayılır: “Media təmsilçiləri bu kimi halları yaymazdan öncə rəsmi mənbədən dəqiqləşdirməli, sonra ictimailəşdirməlidirlər. DİN-in bu müraciətindən sonra qeyd olunan mövzuda onlara müraciət edənlərin sayı kifayət qədər artacaq”.
Günel CƏLİLOVA