Cümə günü, 13 noyabr 2026
     

Azərbaycanda karantin qaydaları yenidən sərtləşdirilə bilər – ancaq bayram və istirahət günlərində...

Image


Bu gün koronavirusa yeni yoluxmaların sayı 113, sağalan xəstələrin sayı 40 nəfərdir, 1 nəfər koronavirusdan ölüb. Hazırda xəstəxanalarda müalicə edilən aktiv xəstələrin sayı 1 333 nəfər olub. Ümumilikdə ölkədə koronavirusa ümumi yoluxmaların sayı 3 387 nəfərə çatıb. “Trend”in məlumatına görə, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, ölkədə bundan sonra vəziyyətin tibbi baxımdan necə olacağı yalnız bizim özümüzdən asılıdır. Parklarda mütləq maskalardan istifadə edilməlidir:

“Xəstə sayı artdıqca onlara tibbi baxımdan yardım göstərmək də çətinləşə bilər. Bu gündən karantin qaydaları daha da yumşaldılır. Amma biz həkimlər daha çətin işə hazır olmalıyıq. Bunu statistika da göstərir. 11-17 mayda 755 yoluxma olub. Bir həftə ərzində bu qədər yoluxma olmayıb. Məhdudiyyətlər götürülən kimi yoluxmaların sayı artdı. Bu bizim sosial məsuliyyətimizin olmadığını göstərir. Bu günə qədər dövlət tərəfindən bütün tədbirlər görülüb. Biz də sosial məsuliyyəti hiss etməliyik".

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə brifinqində deyib ki, icra strukturları pandemiya ilə bağlı yeni çağırışlara hazırdır. E.Əzizov bildirib ki, Prezidentin tapşırıqlarına uyğun olaraq dezinfeksiya işlərinə hələ virus yayılmamışdan əvvəl başlanılıb: "Paytaxtda 11 700 bina var və həftədə 2 dəfədən az olmayaraq bu binalarda dezinfeksiya işləri aparılır. Həmçinin ətraf ərazilər, eləcə də əsas prospektlər dezinfeksiya edilir. Bakıda dezinfeksiya işləri ilə bağlı istər texnika, istərsə də xüsusi maddələr baxımından heç bir sıxıntı yoxdur. Hər gün dezinfeksiya işlərində 2 min nəfərə qədər insan çalışır".

İcra başcısı bildirib ki, dezinfeksiya işləri zamanı liftlərə xüsusi diqqət ayrılır. "Hər gün BŞİH-nin balansında olan liftlərdə dezinfeksiya işləri aparılır. Mənzil Tikinti Kooperativlərinə gəlincə isə, orada xidmətlər kollektiv özünü idarəetmə formasıda həyata keçirilir. Ona görə də orada kollektiv şəkildə dezinfeksiya aparmalıdırlar, ancaq BŞİH bu işdə də onlara dəstək göstərir.

O əlavə edib ki, pandemiya dövründə Azərbaycanda, o cümlədən Bakıda ərzaq qıtlığı yaşanmayıb.

E.Əzizov Bakı əhalisini Operativ Qərargah tərəfindən qoyulan qaydalara əməl etməyə çağırıb.

  • Bakıda uşaq bağçalarının açılması məsələsinə aydınlıq gətirildi

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Bakıda uşaq bağçalarının açılması məsələsinə də aydınlıq gətirib. E.Əzizov bildirib ki, bağçaların açılması epidemioloji vəziyyətdən asılı olacaq: “Operativ Qərargah nə zaman qərar qəbul etsə, biz bağçaları aça bilərik, ancaq mənə elə gəlir ki, bu, yaxın perspektivdə olmayacaq”.

  • Çimərliklərlə bağlı yeni qaydalar...

E.Əzizov bildirib ki, Bakıda çimərliklərlə bağlı qaydalar hazırlanır və bunun üçün komissiya yaradılıb. E.Əzizov qeyd edib ki, çimərliklərdə də sosial məsafə saxlamaq vacib məsələdir: “Ola bilər ki, bəzi çimərliklərdə sıxlıq yaransın və ona görə də elektron sistemin yaradılması təklif edilir. Yəni vətəndaş evdən çıxmazdan əvvəl çimərlikdə yerini sifariş edə biləcək. Təkliflər var, hazırlıqlar gedir. Qaydalar hazır olduqdan sonra ictimaiyyətə çatdırılacaq”.

E.Əzizov əlavə edib ki, çimərliklərə nəzarət üçün elektron mexanizm də hazırlanır:“Bəzən görürsən ki, 100 nəfərlik çimərliyə çoxlu sayda insan gəlir. Buna yol vermək olmaz, biz qaydalara əməl etməliyik və bunun üçün də elektron mexanizm hazırlanır”.

  • Təəssüf ki, insanların çoxu bunun siyasi oyun olduğunu düşünür

“Təəssüf ki, insanların çoxu düşünür bu bir siyasi oyundur” – deyən E.Əzizov bildirib ki, belə düşünmək olmaz: "Bəs dövlətlər virusun qarşısını almaq üçün niyə milyardlarla vəsait xərcləyir?”.

İcra başçısı əlavə edib ki, insanlar qaydalara əməl etməlidir: "Biz Bakıda monitorinq keçirdik və şahidi olduq ki, insanların yalnız 10 faizə qədəri tibbi maskalardan istifadə edir. Bu yolverilməzdir".

  • İyun-iyulda da toylar olmaya bilər...

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib ki, rayonlara gediş-gəliş məsələsi sanitar-epidemioloji vəziyyətdən asılıdır. Onun sözlərinə görə, mütəxəssislər nə vaxt gediş-gəlişin təhlükəli olmadığını desələr, o vaxt da bu barədə məsələyə baxılacaq: "Hələ ki mütəxəssislər vəziyyəti qiymətləndirir və rayonlara gediş-gəlişin başlanması barədə müsbət rəy verməyib.

Biz iyun-iyul ayı ərzində toyların olub-olmayacağı barədə söz deyə bilmərik. Bu gün şadlıq evlərinin açılması vəziyyətə uyğun deyil. Əgər mütəxəssislər vəziyyəti qiymətləndirib şadlıq evlərinin açılmasını münasib bilsələr, o vaxt da qərar veriləcək".

  • Başqa ölkələrlə müqayisədə bizdə yoluxma sayı çox aşağı oldu

İ.Məmmədov qeyd edib ki, vətəndaşlar çağırışlara əməl etdiyi üçün başqa ölkələrlə müqayisədə bizdə yoluxma çox aşağı oldu. Onun sözlərinə görə, intizamlı vətəndaşların əksəriyyəti xüsusi qaydalara əməl edib: “Azərbaycanda koronavirus olmasına inanmayanlar və qaydalara əməl etməyənlər azdır. Vətəndaşlar çağırışlara əməl etdiyi üçün başqa ölkələrlə müqayisədə bizdə yoluxma çox aşağı oldu. Bizdə vəziyyət başqa ölkələrlə nisbətdə çox yaxşıdır".

Sağalanlarla mətbuat konfransı keçirmək məsələsinə gəldikdə isə, İ.Məmmədov bildirib ki, bu, bizim səlahiyyətimizdə deyil: "Bu, onların şəxsi qərarıdır, istəsələr müsahibə verə bilərlər, amma Operativ Qərargah onları bu işə sövq edə bilməz".

İ.Məmmədov deyib ki, bayram günləri məhdudiyyətlərin olması mütləq deyil. Onun sözlərinə görə, bu barədə sadəcə bir çağırış olub: "Bayram və istirahət günlərində əhalinin iş günü olmadığı üçün onlara tövsiyə olunur ki, zərurət olmadığı halda çölə çıxmasınlar. Amma bununla bağlı konkret qadağa yoxdur".

  • ...karantin rejimində dəyişiklik edilə bilər

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva isə bildirib ki, epidemioloji vəziyyət nəzərə alınmaqla, bayram günlərində və həftə sonlarında karantin rejimində dəyişikliyin olması təklif edilə bilər. Onun sözlərinə görə, bu təcrübə başqa ölkələrdə, o cümlədən Türkiyədə də var: "Türkiyədə şənbə və bazar günləri çox ciddi karantin rejimi tətbiqi edilir. Azərbaycanda epidemioloji vəziyyət nəzərə alınmaqla, bu tətbiq edilə bilər"

Y.Qarayeva bildirib ki, peyvənd yaradılana kimi bütün əhalini qapalı şəraitdə saxlamaq mümkün deyil. Onun sözlərinə görə, bu virusa qarşı xüsusi vaksin və dərman yoxdur:"Bu xəstəliyin nə zamana kimi davam edəcəyini bilmirik. Biz bəzi qaydalara əməl etsək, xəstəlik də qısamüddətli olar. İnsanlar qarşısında çətin şərtlər qoymuruq. Onlar bir-birləri arasında məsafə saxlamalıdırlar. Qapalı şəraitdə mütləq şəkildə tibbi maskalardan istifadə edilməlidir".

  • Bulvar açıldı, ancaq məhdudiyyətlər qalır...

Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayev isə deyib ki, yararsız attraksionlar bulvar ərazisindən çıxarılıb. Onun sözlərinə görə, Dənizkənarı Bulvara giriş məhdudlaşdırıldığı müddət ərzində bulvar ərazisində maarifləndirici lövhələr asılıb və bütün bulvar ərazisi mütəmadi olaraq dezinfeksiya işləri aparılıb. Bulvar ərazisindən yararsız attraksionlar çıxarılıb: "Bulvarda müxtəlif nadir bitkilər var ki, dövlət tərəfindən qorunur. Ötən dövrdə bu bitkilərə də qulluq edilirdi. Bu gündən bulvarın fəaliyyəti bərpa olunub, ancaq bəzi məhdudiyyətlər mövcuddur. İnsanlar ictimai iaşə obyektlərində sosial məsafəni gözləməlidirlər. Masaların arasında məsafə 2 metrdən, insanlar arasında məsafə isə 1 metrdən az olmamalıdır".

İ.Mustafayev bildirib ki, hər an pandemiyanın yeni mərhələsi başlaya bilər, insanlar sosial məsuliyyəti dərk etməli və bu qaydalara əməl etməlidirlər.

  • Bakı-Naxçıvan sərnişindaşıması zəruri hallarda həyata keçirilir

NK-nin mətbuat xidmətinin rəhbəri bildirib ki, Bakı ilə Naxçıvan arasında sərnişindaşıma zəruri hallarda həyata keçirilir. Onun sözlərinə görə, Bakı ilə Naxçıvan arasında gediş-gəlişə qoyulan məhdudiyyət insanların təhlükəsizliyi üçündür: “Hərbçilərin daşınması və digər zəruri proseslər müəyyən şərtlər əsasında baş tutur. Bu istiqamətdə qoyulan qadağalar sarı zonada olan Naxçıvan əhalisinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ