Xəbər verildiyi kimi, mayın 15-də CISCO şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və CISCO rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.
Konfransda bir sıra məsələlərə toxunulub. O cümlədən, qeyd olunub ki, səhiyyəyə gəldikdə, , koronavirusla uğurlu mübarizədə bu, mühüm amildir. Bütün məhdudlaşdırıcı və təşkilati tədbirlərlə yanaşı, burada həlledici rolu xəstələri müalicə edən həkimlər oynayır: “Bu səbəbdən, çox qısa müddət ərzində bizim səhiyyə sistemimiz restrukturizasiya olundu. Biz ən yaxşı xəstəxanalarımızı koronavirus xəstələrinin ixtiyarına verdik. Bu gün 20-dən artıq xəstəxana istifadə edilir. Deyə bilərəm ki, bəzi ölkələrdə ölüm hallarının yüksək səviyyədə olmasının səbəbi xəstəxanalarda çarpayı qıtlığı ilə əlaqəlidir. Onlar fiziki olaraq bütün xəstələri qəbul edə bilmir. Koronavirusun ikinci dalğası baş verdiyi halda Azərbaycanda kifayət qədər əlavə çarpayı mövcuddur. Beləliklə, səhiyyə sisteminin müasirləşdirilməsi heç vaxt olmadığı qədər əhəmiyyətlidir, çünki koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”.
“Bəzi inkişaf etmiş ölkələrdə çarpayı çatışmazlığına görə xəstələr vaxtında müalicə ala bilmir, koronavirusa yoluxmuş bir çox insan, ümumiyyətlə, xəstəxanalara götürülmür, onlar evlərdə müalicə olunurlar, ancaq Azərbaycanda...”
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva bildirdi ki, ölkəmizdə son 16 il ərzində 700-dən çox səhiyyə ocağı tikilib və ya əsaslı təmir edilib: “Bəzi inkişaf etmiş ölkələrdə çarpayı çatışmazlığına görə xəstələr vaxtında müalicə ala bilmir, koronavirusa yoluxmuş bir çox insan, ümumiyyətlə, xəstəxanalara götürülmür, onlar evlərdə müalicə olunurlar. Evlərdə onları müalicə etmək və vəziyyətini monitorinq etmək isə çox çətin məsələdir. Bu ölkələrin səhiyyə sistemi həmişə bütün dünyaya, o cümlədən, bizə nümunə kimi göstərilirdi. Ancaq zamanında addımların atılmaması nəticəsində bu ölkələrdə vəziyyətin çox ağır olduğunu görürük. Azərbaycanda isə zamanında bu sahəyə böyük diqqət ayrılıb, çoxlu sayda xəstəxana tikilib, əsaslı təmir olunub. Koronavirusa qarşı mübarizədə mövcud xəstəxana fondumuz böyük rol oynayacaq. Ancaq koronavirus pandemiyasının hansı zamana qədər davam edəcəyi məlum deyil və buna görə də yeni xəstəxanaların tikintisinə ehtiyac yaranır. Müdrik dövlət başçımız isə, hər zaman olduğu kimi, yenə də uzaqgörənlik nümayiş etdirib. Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizin müxtəlif bölgələrində 10 yeni modul tipli xəstəxananın tikintisi nəzərdə tutulur. Artıq dövlət başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub”.
Günel CƏLİLOVA