Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistanda iqtisadi çöküşü təcavüz siyasəti ilə bağlayan hərəkat güclənir – ABŞ-dan iki ildə sıfır dollar hərbi yardım…

Image


İşğal siyasətini davam etdirməsi bu gün Ermənistanın üzləşdiyi bütün əsas problemlərin, o cümlədən sosial-iqtisadi çətinliklərin əsas səbəbi sayılır. Yaranmış durumda düşməni narahat edən başlıca məqamlardan biri  Azərbaycanın digər ölkələrlə birlikdə həyata keçirdiyi layihələrin Ermənistanın təcridini daha da dərinləşdirməsidir. Bu xüsusda bir neçə gün bundan öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun verdiyi açıqlamalar indi Ermənistanda geniş müzakirə mövzusudur.

Belə ki, Mövlud Çavuşoğlu Tiflisdə baş tutmuş Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin 8-ci görüşü zamanı Bakı, Ankara, Tiflisin London və Pekini bir-birinə bağladığını bildirib. Görüş zamanı iştirakçı ölkələr arasında 2020-2022-ci illər əməkdaşlığının yeni fəaliyyət proqramı imzalanıb. Qəbul olunmuş bəyanatda bir daha üç ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq şəkildə tanınmış sərhədlərinə qətiyyətli dəstək nümayiş etdirilməsi vurğulanıb. Ermənistanın “politik.am” nəşri bu xüsusda yazır:“Mövlud Çavuşoğlunun açıqlaması ilk baxışdan Ermənistanla əlaqəsi olmayan, lakin əslində kəskin şəkildə Ermənistana qarşı yönəlmiş kifayət qədər iddialı bəyanatdır. Obyektiv reallıq budur ki, Ermənistan Azərbaycan-Türkiyə təzyiqi ilə Cənubi Qafqazda daha da təcrid olunur”. Nəşr qeyd edir ki, Azərbaycan və Türkiyənin həyata keçirdiyi layihələr Ermənistanın təcridini dərinləşdirir, iqtisadi durumunu ağırlaşdırır.

Ümumiyyətlə, faktdır ki, Azərbaycanın apardığı siyasət nəticəsində Ermənistan regionda keçirilən bütün layihələrdən, o cümlədən nəqliyyat dəhlizlərinə qoşulmaqdan tam təcrid olunub. İndilikdə Ermənistanın Azərbaycanın iştirak etdiyi tranzit dəhlizlərinə qoşulmaq üçün heç bir şansı yoxdur. Sosial-iqtisadi sahədə üzləşdiyi çətinlikləri hər keçən gün daha da artan Ermənistan əhalisi artıq Dağlıq Qarabağ münaqişəsini ölkədə yaranan problemlərin əsas mənbəyi kimi görür. Erməni ekspert Aram Manukyan Ermənistanın belə təcrid vəziyyətə düşməsinin əsas səbəbini işğalçılıq siyasətinin davam etdirilməsində və Qarabağ münaqişəsinin həll olunmamasında görür. O bildirir ki,  Qarabağ məsələsi üzündən ölkə siyasi və iqtisadi tənəzüllünü yaşamaqdadır: “Qarabağ münaqişəsinə görə bölgədəki  bütün regional və beynəlxalq layihələr hesab edilən nəqliyyat, enerji, dəmir yolu, qaz və digərləri Ermənistandan yan keçməklə reallaşır. Yollarımız hər tərəfdən bağlanıb, heç bir regional layihədə iştirak etmirik. Ötən  illər ərzində bölgədə xeyli layihələr reallaşdı, amma hamısı bizdən yan keçdi. Bunlar hamısı Gürcüstan üzərindən keçməklə reallaşdı. İndi də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi və “Çinin “İpək yolu” layihəsi Ermənistandan keçməklə həyata keçirilir. Yenə bu layihələrdə iştirak etmirik. Biz iqtisadi cəhətdən dalandayıq. Ona görə də heç kim bizə sərmayə yatırmaq istəmir”. O, yaşanan problemin daha da dərinləşəcəyini istisna etmir.

Xatırladaq ki, daha əvvəl  İrəvan “Şimal-Cənub” nəqliyat dəhlizini  Ermənistan ərazisindən keçərək reallaşdırmaq üçün ciddi cəhdlər göstərib və  İranı, Rusiyanı bu prosesə cəlb etməklə onların sərmayə qoymasına çalışıb. Lakin Tehran və Moskva, bu yol bahalı və effektsiz olduğundan, sərmayə yatırmaqdan vaz keçərək, layihənin reallaşması üçün bütün məsuliyyəti İrəvanın üzərinə atdı. Ancaq İrəvanın da cəhdləri sonda boşa çıxdı və heç bir beynəlxalq investor bu layihənin effekt verəcəyinə ümid etmədiyindən, sərmayə qoymaqdan imtina etdi. Azərbaycan isə, bundan fərqli olaraq, qısa zaman ərzində “Şimal-Cənub”  nəqliyyat dəhlizini reallaşdırmaq üçün müvafiq addımlar atdı və yaxın iki ildə “Şimal-Cənub” tam gücü ilə işə düşəcək. Bu durumda “Şimal-Cənub” Ermənistanın üzünə işğala son qoymayana qədər tam bağlanacaq.

Bütün bunlar bir daha təsdiq edir ki, Qarabağ münaqişəsinin mövcudluğu və sərhədlərin bağlı olması Ermənistanın durumunu pisləşdirir, iqtisadiyyatını boğaraq onu inkişafdan məhrum edir. Halbuki, belə vəziyyətdə Azərbaycan bütün regional layihələrin aparıcı qüvvəsinə çevrilir. Bununla Azərbaycan və Ermənistanın inkişaf göstəriciləri arasında fərq də artır. Bura Azərbaycanın günü-gündən artan hərbi qüdrətini də əlavə etsək, o zaman mənzərə tam aydın olar. Ermənistanda belə durumda çoxları yaxşı anlayır ki, növbəti aprel hadisələri baş verərsə və ya genişmiqyaslı həbri əməliyyatlar bərpa olunarsa, hansı vəziyyətlə üzləşəcəklər. Ermənistan üçün yeganə çıxış yolu münaqişənin kompromislər əsasında tezliklə həlli istiqamətində müvafiq addımlar atmasıdır. Ermənistan, nə qədər  gec deyil, səhvini düzələdərək işğalçılıq siyasətindən əl çəkməklə vəziyyəti yaxşıya doğru dəyişə bilər. İndilikdə isə Azərbaycanın Ermənistanı təcrid siyasəti öz müsbət nəticəsini verir. Real vəziyyət həm də onu göstərir ki, təcrid vəziyyətinə düşməsi səbəbindən Ermənistan ötən dövrdə daxili iqtisadi potensial hesabına deyil, xaricdən verilən ianələr hesabına mövcud olub. Belə ki, son beş ildə xaricdəki fiziki şəxslər Ermənistana 9,8 milyard dollar gətiriblərsə, Ermənistanın dövlət olaraq ixracatı həmin müddət üçün bundan 800 milyon dollar azdır. İndi əsas problem xaricdən gələn vəsaitin də azalmağa doğru getməsidir. Bu vəsait azalmaqda davam edərsə, təcrid vəziyyəti Ermənistanı daha geniş miqyasda sarsıdacaq. Vəsaitin azalması isə qaçılmaz sayılır. Belə ki erməni diaspor təşkilatlarının Ermənistana yardımı son illər daim azalmaqdadır. Artıq Amerikadakı diaspor qurumları, demək olar ki, bu ölkəyə çox az miqdarda yardım göstərir. Rusiyadakı diaspor isə Moskvadan gələn göstərişlə Ermənistana pul ayırmır. Erməni mediası yazır ki, bu durumda ABŞ hökumətinin yardımı azaltması ölkə üçün daha bir zərbədir. Erməni ekspert Suren Sarkisyan vəziyyətin onlar üçün acınacaqlı olduğunu bildirir:“Son iki il ərzində Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra Ermənistan-ABŞ əlaqələrində müsbət yerdəyişmələr olmayıb. Belə ki, son iki ildə Ermənistan hərbi-siyasi əməkdaşlıq baxımından Birləşmiş Ştatlardan sıfır dollar, Azərbaycan isə 100 milyon dollar hərbi yardım alıb. Son yüksək səviyyəli görüş 2010-cu ildəki Serj Sarkisyan - Obama və 2012-ci ildəki baş nazir Tiqran Sarkisyan - ABŞ vitse-prezidenti Co Bayden görüşü idi. Ondan sonra yüksək səviyyəli görüşlər demək olar olmayıb. ABŞ bizə əhəmiyyət vermir və yardımları da bu səbəbdən kəsir”. Sarkisyanın sözlərinə görə, ikitərəfli əlaqələrin müsbət dinamikası barədə danışmaq cəfəngiyatdır. Hazırkı vəziyyətdə, statistik göstəricilərə görə, Ermənistan Cənubi Qafqazda ən zəif ölkədir. Bura demoqrafiyadan tutmuş, iqtisadiyyata, transmilli layihələrə qədər hər şey daxildir. Bunlar bütövlükdə Cənubi Qafqazda geosiyasi və geoiqtisadi mənzərə barədə də təsəvvürlər əldə etməyə əsas verir. Aydın görünür ki, Ermənistan çox çətin və ziddiyyətli vəziyyətə düşüb. Bunun əvəzində ötən dövrdə Azərbaycan bütün sahələrdə, o cümlədən ordu quruculuğunda Ermənistandan dəfələrlə irəlidə olduğunu əyani göstərib. Bu, həm yeni silahlarla təminatda, həm də aprel və Naxçıvan döyüşlərində özünü göstərdi. Hər iki döyüşdə Azərbaycan ordusu hərbi-texniki, strateji və taktiki baxımdan Ermənistandan xeyli güclü olduğunu sübut etdi. Düşmən bildi ik, istənilən anda Azərbaycan Ermənistanı məhv edə bilər.

İkincisi, Azərbaycan xarici siyasətdə o dərəcədə uğurludur ki, hətta Ermənistanla eyni hərbi-iqtisadi blokda təmsil olunan dövlətlər belə ölkəmizi müdafiə edir. Rusiya, Belarus və Qazaxıstan kimi ölkələr Azərbaycanla  daha çox ünsiyyətdə olur, onunla əməkdaşlığı inkişaf etdirirlər. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında baş verənlər bunun real təsdiqidir. Bu quruma üzv dövlətlərin, Ermənistan istisna olmaqla, hamısının Azərbaycanla yaxşı münasibətləri var və öz siyasi, iqtisadi maraqlarını Ermənistanın təhlükəsizlik problemlərinə qurban vermək istəmirlər. Eləcə də Amerika və Avropa ölkələri Azərbaycanla əməkdaşlığa çox ciddi əhəmiyyət verir. Onlar Azərbaycanın dünyanın enerji xəritəsini dəyişməsinə yüksək qiymət verir. Bu mənada, Qərbin Azərbaycana qoyduğu sərmayələr milyardlarla ölçülür. Ermənistan üçün bunlar əlçatmazdır. Ermənistanın bundan sonra da təcriddə qalmaması yalnız bir şərtlə mümkün ola bilər, bu da  işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməkdir. Başqa heç bir faktor, hətta havadarlarının yardımı və dəstəyi belə Ermənistanı tənəzzüldən, xaosdan xilas edə bilməyəcək. Əksinə, işğal siyasətinə son qoymadığı təqdirdə Azərbaycan Ermənistanı sarsıdacaq növbəti həmləni reallaşdırmağa tam hazırdır. Söhbət hərbi gücün tətbiqindən gedir. Bunu Ermənistanda da açıq etiraf edənlərin sayı az deyil. Hətta Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan da bunu istisna etmir:“Nə qədər ki, Qarabağ problemi siyasi baxımdan həll edilməyib, müharibə təhlükəsi olduqca real və böyükdür”. O qeyd edib ki, müharibə təhlükəsi hər zaman olub. Elə erməni ekspert Aşot Qriqoryan da bildirir ki, durum yaxşı deyil: “Ermənistan ətrafında vəziyyət bu gün heç vaxt olmadığı qədər gərgin və təhlükəlidir. Buna görə də bizim gələcəyimiz çox qeyri-müəyyən və təhlükəlidir”. Qeyd edilənlər bir daha göstərir ki, yaranmış durumda Azərbaycanın öz hərbi və döyüş hazırlığını artırması, paralel surətdə işğalçı Ermənistanın blokadasını gücləndirməsi düşməni çökdürür.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ