Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. İclas hakim partiyanın Milli Məclisə gələn il fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərə qatılacaq namizədlərinin siyahısının dəqiqləşdirilməsinə həsr edilmişdi.
Baki-xeber.com Trend-ə istinadən xəbər verir ki, siyahı artıq hazırdır və az sonra YAP-ın saytında yerləşdiriləcək.
İdarə heyətinin üzvlərindən biri deyib ki, əksər deputatların adı yeni siyahıda yoxdur.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevralın 9-da keçiriləcək.