Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənilərin Qars müqaviləsini 100 illik müddətə bağlamaq səyləri - Azərbaycan yenə ifşa edir

Image


Az qala hər gün dünya ictimaiyyəti ermənilərin yeni saxtakarlıqları və əsassız iddiaları ilə rastlaşır. Tarixən türklərə məxsus olan ərazilərə qarşı iddialar irəli sürən ermənilər bununla kifayətlənməyib, başqa əməllərə əl atmaqda davam edirlər.

Ermənilər son zamanlar daha çox Qars müqaviləsinə qarşı müxtəlif əsası olmayan fikirlər səsləndirirlər. Onlar iddia edirlər ki, guya ki, Qars müqaviləsi 100 illik müddətə bağlanıb və 2021-ci ildə müqavilənin bağlanmasının 100 illiyi tamam olur, o sənəd legitimliyini “itirir”. Bu, növbəti erməni yalanından başqa bir şey deyil. Bildiyimiz kimi, müddətli müqavilə Azərbaycan torpaqlarının ikiyə bölünməsini reallaşdıran “Gülüstan” və “Türkmənçay” “sülh müqavilələri”dir ki, onlar 200 il müddətinə bağlanmasına baxmayaraq, hələ də Azərbaycan torpaqları birləşdirilməyib.

Qars müqaviləsi hansı ölkələr arasında bağlanıb və özündə hansı şərtləri ifadə edib?

Qars müqaviləsi tarixdən Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında 13 oktyabr 1921-ci ildə bağlanmış sülh müqaviləsi kimi keçir.

1921-ci il mart ayının 16-da Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə Böyük Millət Məclisi (1923-cü ildə qurulacaq Türkiyə Cümhuriyyətinin sələfi) arasında bağlanmış Moskva sülh müqaviləsinin tələblərinin yerinə yetirilməsi çərçivəsində həmin il oktyabr ayının 13-də Azərbaycan, Ermənistan və Gürcüstan SSR-in daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Qars şəhərində imzalanan sülh müqaviləsi 1922-ci il sentyabr ayının 11-də qüvvəyə minib və bitmə müddəti müəyyənləşdirilməyib.

Qars müqaviləsini imzalayanlara gəlincə, tarixçilər qeyd edirlər ki, bir tərəfdə Ermənistan Sovet Sosialist Respublikası, Azərbaycan Sovet Sosialist Respublikası və Gürcüstan Sovet Sosialist Respublikası hökumətləri və o biri tərəfdə Türkiyə Böyük Millət Məclisi Hökuməti millətlərin qardaşlığına və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsiplərinə şərik çıxan, hər iki tərəfin qarşılıqlı maraqlarına əsaslanan daimi səmimi qarşılıqlı münasibətlərdən və fasiləsiz səmimi dostluq qurmaq istəyindən ruhlanaraq Rusiya Sosialist Federativ Sovet Respublikasının iştirakı ilə dostluq haqqında müqavilə bağlamaq qərarına gəlmiş və bunun üçün öz müvəkkillərini təyin etmişlər: Ermənistan Sovet Sosialist Respublikasının hökuməti: Askanaz Mravyan, xalq xarici işlər komissarı; Poqos Makinzyan, xalq daxili işlər komissarı. Azərbaycan Sovet Sosialist Respublikasının hökuməti: Behbud Şahtaxtinski, xalq dövlət nəzarəti komissarı. Gürcüstan Sovet Sosialist Respublikasının hökuməti: Şalva Eliva, xalq hərbi-dəniz işləri komissarı; Aleksandr Svanidze xalq xarici işlər komissarı və xalq maliyyə işləri komissarı. Türkiyə Böyük Millət Məclisi hökuməti: Kazım Qarabəkir Paşa, Böyük Millət Məclisində Ədirnədən millət vəkili, Şərq Cəbhəsi komandanı; Vəli bəy, Böyük Millət Məclisində Burdurdan millət vəkili; Muxtar bəy, İctimai işlər stats-sekretarının keçmiş müavini; Məmduh Şövkət bəy, Türkiyənin Azərbaycanda səlahiyyətli nümayəndəsi. Rusiya Sosialist Federativ Sovet Respublikasının hökuməti: Yakov Qanetski, Latviyada səlahiyyətli nümayəndə.

Qars müqaviləsi və erməni narazılıqlarından bəhs edən tarixçilər qeyd edirlər ki, ermənilər daim müqaviləni təhrif edən fikirlər irəli sürüb və onun şərtləri haqda həqiqətə uyğun olmayan fikirlər söyləyiblər.

Tarixi sənədlərdə qeyd edilir ki, Qars danışıqları və müqaviləsi, onun ayrı-ayrı maddələri Ermənistan və diaspor erməniləri tərəfindən birmənalı qəbul olunmadı. Bir tərəfdən, 27 sentyabr 1921-ci ildə “Sovet Ermənistanı” qəzetində dərc edilən  “Qars sülh konfransı” adlı yazıda bu danışıqlar Ermənistanın müstəqilliyini möhkəmləndirə biləcək bir akt kimi qiymətləndirilirdi, digər tərəfdən isə ortada əks mövqelər özünü göstərirdi. Müqavilənin əleyhinə olan ermənilərin təmsil olunduğu mətbu orqanlar məsələyə başqa səpkidən yanaşırdılar.

Məlumatlara görə, Təbrizdə çıxan “Hayk” qəzetinin 13 sentyabr 1921-ci il sayında çap olunan “Pərdə götürül­müş­dür” adlı baş məqalədə diqqətçəkən məqamlar yer alırdı. Orada yazılırdı: “Şanlı Qızıl ordunun komandanları Sovet federasiyasının tərkibinə daxil olan Ermənis­tanın mübahisəsiz hissəsini təşkil edən 1914-cü il sərhədlərində belə dayana və hətta balaca Naxçıvanı kamalçıların cay­naqlarından qopara bilmədilər”.

Məqalədə Qars müqavi­ləsinin nəinki Ermənistana, habelə Rusiyanın özünə də heç nə vermədiyi və sanki türk qoşunlarının təntənə ilə Mos­kvaya daxil olaraq məğlub Rusiyaya öz iradələrini diqtə etdirmələri təsiri bağışladığı göstərilirdi. Tarixçilər qeyd edirlər ki, sözügedən yazıda “erməni xalqının “xilaskar Rusiyaya” bəslədiyi ümidlər sadəcə yalandır və Rusiya digər imperialist dövlətlərdən özünün fərsizliyi və kütlüyü ilə fərqlənir; Ermənis­tan da onun qurbanıdır” - deyə bəhs edilirdi.

Daşnakların orqanı “Çakatamart”ın 6 iyul 1921-ci il tarixli sayında çap olunan “Ermənistanda vəziyyət” adlı yazıda Qars konfransının qərarlarından yalnız azərbaycanlıların razı qaldıqları bildirilirdi. Bütün bunlar, sözsüz, daşnak təbliğatı idi və tarixin sübuta yetirdiyi kimi, Rusiya zamanın və şəraitin, habelə öz siyasi məqsədlərinin imkan verdiyi səviyyədə Ermənistan üçün çox şey etmişdi.

Qars müqaviləsinin nəticələrindən narazı qalan və onun ermənilər üçün xeyirsiz olmasından (Naxçıvan bölgəsi, habelə digər ərazilərin ələ keçirilə bilməməsi və s.) şikayətlənən Ermənistandakı müəyyən dairələr və diaspor sakitləşməyərək başqa arxalar, vasitə və üsullar axtarışına girişmişdilər. Onlar hələ Moskva və Qars müqavilələri arasındakı bir dövrdə Millətlər Liqası cəmiyyətlərinin Cenevrədə keçirilən qurultayının (06.1921) belə bir qətnamə qəbul etməsinə nail oldular: “erməni millətinin müdafiəsi və inkişafı beynəlxalq ədalətin borcudur və erməni məsələsini ədalətlə həll etmədən Şərqdə sülh yaratmaq mümkün deyil”.

Türkiyənin “Vəqt” qəzetinin 30.X.1921-ci il tarixində dərc edilən məlumata görə isə “erməni məsələsi” Vaşinqton konfransının (12.12.1921 - 6.02.1922) gündəliyinə daxil edilmədiyindən, Amerika erməniləri, ümumiyyətlə, Yaxın Şərq və o cümlədən də həmin problemin orada müzakirəsinə çalışırdılar. Erməni milli demokratlarının orqanı "Joqovurdi Dzaiyn" qəzetində (22.12.1921) aşağıdakı maraqlı məlumatlar dərc olunmuşdu: “1921-ci il noyabrın 21-də erməni milli demokratlarının və gənc hnçakçıların nümayəndələri (B.Kurkçan, V.Mal­kolm – Roma və Londondakı keçmiş İran səfiri Mirzə Mül­kümxan Mamikonyanın oğlu, Amerika Erməniləri İttifaqı Siyasi şöbəsinin üzvləri və katibi Q.Papazyan) "Ermənistan-Amerika komitəsi"nin katibi Montqomerinin vasitəçiliyi və həmin komitə sədrinin müşayiətilə ABŞ Prezidenti U.Har­­dinqin qəbuluna (21.11.1921) gedərək, Türkiyə Ermə­nistanının azad olunmasını tələb etmişdilər. Elə həmin gün dövlət katibi A.Brianın qəbulunda olan daşnakların nü­ma­yəndələri isə Rusiya Ermənistanının azad edilməsi tələbini qoymuşdular”.

Hər iki görüş zamanı gedən müzakirələrdən bəlli olur ki, ermənilər Moskva və Qars müqavilələrinə məhəl qoymayaraq, öz qonşularına, o cümlədən də Azərbaycana və onun Naxçıvan bölgəsinə dair ərazi iddialarını təkrarən mü­dafiə etmişlər. Qars konfransından sonra qaldırılan "er­məni məsələsi" ilə bağlı Atatürkün bir fikrini burada xatırlatmaq yerinə düşərdi. O, çıxışlarından birində (01.03.1922) demişdi ki, bizim Şərqdəki faktiki vəziyyətimiz Qars müqaviləsilə hüquqi forma almışdır və bu müqavilə Sevr müqaviləsinin tətbiqolunmazlığını sübut edən amillərdən biridir, "erməni məsələsi" deyilən bu məsələ isə özünün ən düzgün həllini Qars müqaviləsində tapmışdır.

Ermənilərin hədsiz və eyni zamanda, imkanları ilə əsla uzlaşmayan iddiaları Qərbin müəyyən dairələrində də birmənalı qar­şılanmırdı. Məsələn, vaxtilə Ermənistana ABŞ-ın ali ko­mis­sarı təyin olunan polkovnik U.Haskel erməni xalqını "pe­şəkar dilənçi" kimi səciyyələndirərək yazırdı ki, ermənilər oğru, yalançı, tamamilə alçalmış, özlərinə yardım gös­tər­mə­yi bacarmayan və bir-birinə kömək etmək istəməyən və hər cür minnətdarlıq duyğularından yoxsul olan kimsələrdilər; er­məni xalqı arasında yurd duyğusu olmadığı kimi, ölkəni idarə etmək qabiliyyəti, inkişaf üçün pul və mənbə də yoxdur; qaçqınlar üçün açılan xəstəxanalardakı naxoşlara muzd­­­la baxan ermənilər dava-dərmanları oğurlayaraq satırlar və s. İngiltərənin xarici işlər naziri Lord C.Kerzon er­məni liderlərini "dəyərsiz kimsələr" adlandırırdı. Həmin nazirin müşaviri Hardinq isə ermənilərin xarakterini yaxşı bil­diyindən, onların hərəkətlərinə təəccüblənmədiyini söyləmiş­di.

Tarixçilər, həmçinin, qeyd edirlər ki, Qars müqaviləsinin ləğvinə uğursuz cəhdlər də baş verib, sözsüz ki, burada da əsas “rolu” ermənilər oynamaq istəyib, amma onlar buna nail ola bilməyiblər.

“Qars müqaviləsi müddətsiz bağlanıb”

Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev bizimlə söhbətində bildirdi ki, Qars müqaviləsi müddəti müəyyən edilən müqavilə deyil, ona görə də onun hər hansı bir formada ləğvindən söhbət gedə bilməz. Q.Hacıyev vurğuladı ki, ermənilər dəfələrlə bu müqavilənin ləğv edilməsinə nail olmaq istəyiblər, lakin bu mümkün olmayıb. Onun sözlərinə görə, ermənilər hesab edirlər ki, onların Naxçıvana sahiblənə bilməmələrinin kökündə Qars müqaviləsi dayanır. Professorun bildirdiyinə görə, bu müqavilə ilə ermənilər indiyə qədər barışmaq istəmirlər: “Qars müqaviləsi müddətsiz bağlanıb və ermənilər heç vaxt onu pozmağa nail ola bilməzlər. Bu müqavilədə göstərilmir ki, müqavilə 100 illikdir, yaxud 200 illikdir. Belə bir məsələ yoxdur. Ermənilərin Qars müqaviləsinin 100 illik müddətə bağlanması ilə bağlı fikirləri əsassız iddiadan başqa bir şey deyil və bunun heç bir tarixi əsası yoxdur”.

Qeyd edək ki, II Dünya Müharibəsindən sonra SSRİ Qars müqaviləsinin ləğv olunmasına və Türkiyəyə verilmiş ərazilərin geri qaytarılmasına cəhd göstərsə də, buna nail ola bilməyib. Məlumatlara görə, 1945-ci ilin iyununda SSRİ-nin xarici işlər naziri V.Molotov Moskvadakı Türkiyə səfirinə Türkiyəyə verilmiş ərazilərin geri qaytarılması tələbi ilə müraciət etdi. Bu tələb Türkiyəni çıxılmaz vəziyyətdə qoyurdu: o, bir tərəfdən faşizm üzərində qələbədən sonra beynəlxalq nüfuzunu daha da artırmış SSRİ ilə münasibətləri korlamaq, digər tərəfdən isə göstərilən ərazilərdən əl çəkmək istəmirdi. Bəzi ingilis diplomatları hələ 1939-cu ildə SSRİ-nin Qars müqaviləsinin ləğvi məsələsini gündəmə gətirəcəyini proqnozlaşdırmışdılar. Türkiyə müharibədən sonra fövqəlgüc kimi meydana çıxan Sovet İttifaqı ilə müharibəyə başlamaq istəmirdi. Artıq 1945-ci ilin payızında Qafqazdakı sovet qoşunları Türkiyəyə hücuma başlamaq üçün əmr gözləyirdilər.

Hətta SSRİ iddiaları ermənilər tərəfindən II Dünya Müharibəsinin qalib dövlətlərinin liderlərinə də çatdırılmışdı. Lakin İngiltərənin o vaxtkı baş naziri U.Çörçill buna qarşı çıxış etdi, çünki əlavə ərazilərin əldə edilməsi onsuz da müharibədən sonra nüfuzunu artırmış SSRİ-nin öz təsirini daha da möhkəmləndirməsinə təkan verə bilərdi. ABŞ-ın keçmiş prezidenti H.Trumen isə məsələnin başqa tərəflərə aidiyyəti olmamasına əsaslanaraq, bitərəflik nümayiş etdirməyi üstün tutdu. Nəhayət, SSRİ Türkiyəyə qarşı olan ərazi iddialarından əl çəkdi.

2016-cı ildə bəzi rus deputatların müqavilənin ləğvi ilə bağlı tələbləri KİV-də gündəmə gəlsə də, bu da öz bəhrəsini vermədi. Burada isə yenə də əsas iddiaçı ermənilər və ermənipərəst qüvvələr olub.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ