Cümə axşamı günü, 05 noyabr 2026
     

Fransada Azərbaycan elm diasporu nə deməkdir...

Image


Xaricdə yaşayan Azərbaycan əsilli alimlər, elm xadimləri hər zaman tarixi vətənləri olan Azərbaycanı müxtəlif istiqamətlərdə təmsil və təbliğ ediblər. Xaricdəki Azərbaycan diasporunun formalaşmasında şübhəsiz ki, alimlərin, elm adamlarının xüsusi rolu olub, onlar bu istiqamətdə fəaliyyətlərini bu gün də davam etdirirlər. Bu gün bir sıra Avropa ölkələrində Azərbaycan alimləri ölkəmizin tanıdılması yönündə müxtəlif işlər görürlər.   

Mətbuatın yazdığına görə, Fransa Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin dəstəyilə Paris şəhərində Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin Mədəniyyət Mərkəzində Fransadakı azərbaycanlı elmi diasporu yaradılıb.

Diasporla ilk görüş Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin Mədəniyyət Mərkəzində keçirilib. Görüşdə Fransanın bütün regionlarından gələn əlliyə yaxın azərbaycanlı elmlər namizədi (PhD) və doktorantlar, həmçinin, magistr tələbələri iştirak ediblər. Məlumatlara görə, Fransada elmi diasporun gələcək məqsədləri, vəzifələri, öhdəlikləri ətrafında fikir mübadiləsi aparılıb və Fransanın elm ocaqlarında elmi iş yazan və bu titulu artıq əldə etmiş həmvətənlərimizin bir araya gətirilməsi və təşkilatlanması üçün elmi diasporun yaradılması qərara alınıb.

Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev görüşdə iştirak edən azərbaycanlı elmi işçilərini salamlayaraq, elmi diasporun yaradılmasının vacibliyini vurğulayıb və Fransa ali təhsil ocaqlarının kitabxanalarında Azərbaycanla bağlı kitab bazasının genişləndirilməsi üçün səfirliyin dəstək olacağını bildirib.

Görüş iştirakçılarına, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının science.az saytında elmi diaspora portalı və Fransadakı azərbaycanlı tələbə təşkilatları barədə məlumat verilib.

  • “Fransada yaradılan elmi diasporun uğurlu fəaliyyətinin müsbət nəticəsini görəcəyik”

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə bildirdi ki, belə bir diasporun yaradılması çox müsbət haldır və Diasporla İş üzrə Dövlət Komitəsinin növbəti uğurlu işlərindən biri kimi dəyərləndirilməlidir. O bildirdi ki, diaspor alimlərinin bir araya gətirilməsi ilə bağlı komitəsinin rəhbərliyi ilə fikir mübadiləsi aparmışıq. “Xaricdə yaşayan, fəaliyyət göstərən alimlərin təşkilatlanması, elmi diasporunun yaradılması önəmli bir hadisədir. Komitənin hazırkı rəhbəliyi və onun komandası Azərbaycan diasporunun formalaşması, inkişaf etməsi istiqamətində böyük əzmlə çalışır, artıq bu istiqamətdə bir sıra təsirli işlər görülmüşdür və ciddi iradə ortadadır. Bir il bundan əvvəl diaspor alimlərinin təşkilatlanması ilə bağlı Diaspor Komitəsinin rəhbərliyi ilə görüşlərimiz oldu və sevinirəm ki, komitə artıq Fransada belə bir təşkilatın yaradılmasına nail oldu. 2020-ci ilin aprel ayının sonu və mayın əvvəlində Azərbaycan diasporunun qurucusu və Azərbaycan dövlətinin memarı ulu öndərin doğum günü ərəfəsində xaricdə fəaliyyət göstərən alimləri bir araya gətirməklə elitar diaspor hərəkatın formalaşdırılmasına nail olmaq niyyətindəyik. Artıq layihə üzərində iş gedir və əminəm ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə planlaşdırdığımız “Diaspor alimlərin I Beynəlxalq Bakı Forumu” reallaşacağı təqdirdə xaricdə yaşayan alimlərin potensialından daha düzgün şəkildə istifadə etmək mümkün olacaqdır. Biz hər zaman bu fikirdə olmuşuq ki, Azərbaycan xalqının intellektual kəsimi olaraq xarici ölkələrdə çalışan alimlərimizi bir araya gətirən, onları təşkilatlandıran bir elmi diaspor platformasının yaradılmasına zərurət vardır. Həm Azərbaycan həqiqətlərinin daha effektiv və təsirli formada təbliğində, həm xaricdə fəaliyyət göstərən alimlərimizin enerjisindən, imkanlarından və əlaqələrindən ümumi məqsədlərimizin həyata keçirilməsində istifadə etmək lazımdır, həm də onların imkanlarından istifadə edərək bizim elmlə məşğul olan gənclərimizin müxtəlif elmi mərkəzlərə ezam olunması prosesini asanlaşdıra bilərik. Eyni zamanda, bu insanlar üçün imkanlar yaratmaq olar ki, yeni nəsil alimlərimizə elmi rəhbər olsunlar, birgə mövzularda tədqiqatlar aparsınlar, birgə məqalələr çap etsinlər, universitetlərimizdə tələbə hazırlığında iştirak etsinlər. Bu insanların potensialından istifadə edilməsi çox faydalı olar və lazımlıdır. Açığını deyim ki, xaricdəki alimlərimiz ölkəmizin elmi mərkəzləri, universitetləri ilə əməkdaşlıq etməkdə maraqlıdırlar. Mən bunu xaricdə fəaliyyət göstərən alimlərimizlə söhbətlərimdə hər zaman hiss etmişəm. Hətta, bununla bağlı AMEA-nın keçmiş rəhbərliyinə də müraciət etmişdim. Təəssüf ki, o vaxt elmimizə rəhbərlik edənlər xaricdəki alimlərimizə qısqanc münasibət sərgiləyərək onlarla əməkdaşlığa getmədilər. İnanıram ki, akademiyamızın hazırki rəhbərliyi bu imkanlardan istifadə edəcək.” Ölkə başçımızın diasporamızın inkişafını dəstəklənməsi istiqamətində ardıcıl, məqsədli və prinsipial siyasət yürütdüyünü deyən İ.Orucov hesab edir ki, bu siyasət xaricdəki azərbaycanlıların Azərbaycan dövlətçiliyi ətrafında sıx birləşməsinə yönəlib. Həm də, bu siyasət ona yönəlib ki, dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı lazımı məqamda və anda öz dövlətinin dəstəyini hiss etsin, arxasında müstəqil və güclü dövlətinin olduğunu unutmasın, eyni zamanda, öz dövlətinin təbliği, maraqlarının müdafiəsi işində fəal olsun, imkanı daxilində öz dövlətinə töhvə versin. Fransada yaradılan elmi diasporun oradakı alimlərin bir araya gələrək təşkilatlanması istiqamətində atılan ilk addım olduğunu deyən İ.Orucovun sözlərinə görə, alimlərin birləşdiyi bu yeni platforma böyük uğurlar vəd edir. “Əminəm ki, Fransada yaradılan elmi diasporun uğurlu fəaliyyətinin müsbət nəticələri olacaq. Nəzərə alsaq ki, torpaqlarımızı işğal etmiş bədnam qonşularımız məhz bu dövlətdə güclü diasporaya malikdirlər, Fransa dövlətində ciddi mövqeləri ilə öyünürlər, o zaman məhz Fransada alimlərimizin ortaq mövqe ortaya qoymasının əhəmiyyəti daha da artmış olur” - deyə İ.Orucov qeyd etdi.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ