Cümə axşamı günü, 05 noyabr 2026
     

“Qarabağ məsələsində status-kvo pozulanda bizim diplomatik, hüquqi, siyasi mövqeyimiz çox zəif olacaq” – Ermənistan yeni şokda…

Image


Azərbaycanın istər hərbi, istərsə də diplomatik müstəvidə Ermənistan üzərində əldə etdiyi üstünlüklər və bu prosesin davam etməsi düşmən ölkədə getdikcə daha böyük rezonansa səbəb olur. Məsələ ilə bağlı erməni diplomat Arman Məlikyanın verdiyi açıqlamalar elə bu fonda xüsusi diqqət cəlb edir.

O bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Ermənistan daha böyük problemlər yaşamağa başlayır: “Baş verənlərə hüquqi, beynəlxalq prizmadan yanaşsaq, Azərbaycan tərəfinin üstünlüklərini aydın görə bilərik. Məsələ burasındadır ki, Bakı təhlükəsizlik və ərazi bütövlüyü kimi məqamları uğurla birləşdirib. Bu mənada, erməni tərəfi artıq ciddi problemlərlə üzləşir və qeyd edilənlər bizim üçün “Axilles dabanı”dır. Qarabağ ətrafında yaranan mövcud vəziyyət erməni tərəfi üçün çox mənfidir. Bu səbəbdən konfliktlə bağlı staus-kvo istənilən halda pozulacaq, Amma o pozulduğu vaxt bizim diplomatik, hüquqi, siyasi mövqeyimiz çox zəif olacaq”.

Ermənistanın “Politik.am” nəşri də Arman Məlikyanın haqlı olduğunu yazır. Bütün bunlara əsas səbəb kimi isə Ermənistanda mövcud hakimiyyətin yol verdiyi çoxsaylı yanlışlıqlar göstərilir: “Səmimi olsaq, Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyi Cənubi Qafqazda hökm sürən atmosfer mənasında heç bir dəyişikliyə səbəb olmayıb. Hətta Qarabağ münaqişəsinin həllinin danışıqlar prosesində belə dəyişiklik olmayıb. Regionda qüvvələrin vəziyyəti eyni qalıb, münaqişənin həll prosesində də dəyişikliklər yoxdur və ola da bilməz, çünki hər şeydən öncə, Ermənistan hakimiyyət dəyişikliyindən sonra xarici siyasi vektorunda və regional inteqrasiya üstünlüklərində hər hansı qaydada dəyişiklik etməyib. Nəticə etibarı ilə, xarici siyasət sahəsində dəyişiklik yoxdursa, regionda da böyük hesabda dəyişiklik ola bilməz. Paşinyan Qarabağ rejiminin  danışıqlar prosesində iştirakı məsələsində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın iki məşhur televiziya müsahibəsini izləyərək öz biliklərini yeniləyə bilər. O bilməlidir ki, bu mümkün deyil. Yaranmış vəziyyətdən istifadə edən Azərbaycan Ermənistanı daha çox sıxışdırmağa başlayır”.

Ermənistanın “Qraparak” nəşri də Paşinyanın Qarabağ məsələsində yalnız yalanlar səsləndirdiyini vurğulayır. Qəzetin yazdığına görə, Ermənistan və qondarma qurumun “təhlükəsizlik şuraları”nın birgə iclası zamanı Paşinyan bildirib ki, Qarabağ məsələsinin nizama salınması istiqamətində atdığı bütün addımlar yaxşı nəticələr verib və “məxməri inqilab”dan sonra Ermənistanın mövqeləri möhkəmlənib:“Baş nazir, görünür, reallıq hisslərini itirib və baş verənlərdən xəbəsizdir. Beynəlxalq Böhran Qrupunun Ermənistanı keçmiş Azərbaycan ərazilərində yaşayış məntəqələri inşa etməməyə çağıran hesabatı barədə niyə susursunuz? Bu, danışıqlar masası ətrafında bizim möhkəmlənmiş mövqeyimizdir? Belədirsə, onda niyə baş nazir silahlanmamız və yeni silahlarımız fonunda şəkillər paylaşır, misli görünməmiş sayda silah alınması barədə danışır? Məgər bu, “tərəflərin mövqelərinin yaxınlaşması” kontekstində düzgündür? Deməli, Paşinyan yenə həmişəki kimi yalan danışır. Azərbaycan isə belə vəziyyətdə real iş görür, beynəlxalq mövqeyini gücləndirir”.

Qeyd edilənlərlə yanaşı, düşmən ölkədə diqqət hədəfində olan daha bir məsələ Nikol Paşinyanın Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma rejimin “təhlükəsizlik şurası” ilə birlikdə İrəvanda keçirdiyi iclasda çıxışı zamanı ötən aylarda separatçı “DQR”in danışıqlar prosesinə cəlb edilməsi istiqamətində irəliləyişin olduğunu iddia etməsidir. Halbuki, erməni mediası bunun yalan olduğunu yazır. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev də yerli jurnalistlərə müsahibəsində bəyan etdi ki, Ermənistanın 2019-cu ildə danışıqlar formatını dəyişdirmək cəhdləri baş tutmadı. Elə il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesi də Paşinyanın planlarının alt-üst olduğunu təsdiqləyir. Ermənistanın danışıqlar formatını dəyişdirmək və separatçı rejimi masaya tərəf kimi gətirmək cəhdləri Vyana görüşündə tamamilə sıradan çıxdı. Hərçənd, Paşinyan daxili auditoriyanı aldatmağa davam edir. Erməni politoloq Stepan Qriqoryan da Paşinyanın yalan danışdığını bildirir. Onun sözlərinə görə, Dağlıq Qarabağın danışıqlar prosesində iştirakı ilə bağlı məsələ yarımçıq qaldı və beynəlxalq ictimaiyyətin bu məsələdə yanaşması dəyişmədi:“Bu, Ermənistan diplomatiyasının pis işləməsinin nəticəsidir. Bu göstərir ki, baş nazir kobud şəkildə yalan danışır”. O, danışıqlar prosesinin Azərbaycanın ssenarisinə daha çox uyğun gəldiyini bildirərək, Ermənistanın diplomatik məğlubiyyətlərinin davam etdiyini vurğulayır.

Digər açıqlamalardan da bəlli olur ki, düşmən tərəf Azərbaycan diplomatiyasının Ermənistanın işğalçı obrazını yarada bildiyini etiraf edir. İrəvanın bundan qurtulması, özünü müdafiə etməsi getdikcə daha çox müşkülə çevrilir.  

Düşməni narahat edən digər məqam Azərbaycanın diplomatik uğurlar fonunda hərbi əməliyyatlara başlaya biləcəyidir. Belə ki, indi bu diplomatik uğurlar Azərbaycanın mövqeyinə beynəlxalq dəstəyi artırır. Bunu erməni şərhçi Aram Sarkisyan da xüsusi olaraq vurğulayır: “Bakı mövqeyini gücləndirir, beynəlxalq miqyasda əlavə dəstək alır. Paralel olaraq hərbi hazırlığını da artırır. Gələn il üçün Azərbaycanın hərbi xərcləri də bunu təsdiq edir. Bir daha xatırladım ki, Azərbaycan hökuməti 2020-ci ilin büdcəsində müdafiə və milli təhlükəsizlik üçün 2 milyard 267 milyon dollar ayırmağı planlaşdırır. Bu, 2019-cu ildə ayrılan məbləğdən 20,9% çoxdur. Burada, əlbəttə ki, müdafiə və təhlükəsizlik xərclərinin real həcmi barədə daha dəqiq məlumat əldə etmək üçün nəzərə alınmalı bəzi nüanslar var. Hesablanmayan bəzi rəqəmləri nəzərə alsaq, Ermənistanın hərbi büdcəsinin həcmi təhlükəsizlik problemlərimizlə müqayisədə təsiredici görünmür. Bu, Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin tənqidçilərinə ölkəmizin təhlükəsizlik sahəsinə laqeyd qaldığı bir vaxtda Azərbaycanın yeni müharibəyə hazırlaşdığını bəyan etmə imkanı verir. Özü də bunlar o fonda cərəyan edir ki, Azərbaycan burada yanına yeni güclər alır. Məsələn, Rusiyanın Bakı və İrəvana münasibəti artıq fərqlidir. Moskvanın bizi müdafiə edəcəyinə inam yoxdur. Ümumiyyətlə, Rusiya Ermənistanda yürüdülən Qarabağ siyasətindən də narazıdır”. Digər tərəfdən, erməni ekspert etiraf edir ki, Azərbaycandan fərqli olaraq, ölkəsində hərbçilərin durumu da olduqca ağırdır. Bütün bunlar yaranmış durumda erməni tərəfinin ciddi narahatlıq içində olduğunu aydın nümayiş etdirir. İndi Rusiyadan da əli üzülən Ermənistan Qarabağ münaqişəsinin hərbi həlli halında çox sarsıdıcı zərbələr alacağını yaxşı bilir. Hadisələrin elə bu istiqamətdə inkişafı isə düşmənin təşviş və qorxusunu daha da artırır. Rəsmi Bakı isə bundan əvvəl dəfələrlə bəyan edib ki, Ermənistan tərəfinin məsuliyyətsiz davranışı münaqişənin sülh yolu ilə həllinə yönələn bütün səyləri heçə endirə bilər. Belə şəraitdə də savaşa əl atılması qaçılmaz sayılır. Ermənistanın bu halda Azərbaycanın qarşısında duruş gətirməsi mümkünsüzdür. İlk növbədə o baxımdan ki, bu gün Azərbaycan iqtisadi, hərbi, siyasi, diplomatik gücünə görə Ermənistanı çox geridə qoyur. Digər tərəfdən, real vəziyyət göstərir ki, Ermənistanın çöküşü, xüsusən də bu ölkənin əhalisinin sayının yüksək templə azalması İrəvanı daha aciz duruma salır və Qarabağ münaqişəsinin taleyinə birbaşa təsir göstərir. Yeri gəlmişkən qeyd edək ki, təkcə rəsmi rəqəmlərə görə, Ermənistan əhalisi son 27 il ərzində 600 min nəfər azalıb.  Reallıqda isə bu rəqəmin ən azı 2 dəfə çox olduğu, ölkədə yaşayan real əhalinin sayının heç 2 milyona belə çatmadığı da məlum həqiqətdir. Rəsmi statistikaya əsasən, Ermənistanda əhalinin 46,5 faizini kişilər, 53,5 faizini qadınlar təşkil edir. Bunun başlıca səbəbi isə emiqrasiya sayılır. 

Aydındır ki, belə vəziyyət erməni ordusunun durumuna da birbaşa təsir edir, onun şəxsi heyətlə təminatı sarıdan ciddi problemlər yaradır. Erməni ordusu ilə bağlı problem təkcə şəxsi heyətlə təminat sarıdan özünü göstərmir. Ölkədə ordunun maddi-texniki təminatı sarıdan da ciddi çətinliklər özünü qabarıq şəkildə büruzə verir. Azərbaycan bu istiqamətdə böyük nailiyyətlərə imza atdığı bir vaxtda Ermənistanda qeyd edilən istiqamət üzrə ciddi çöküş müşahidə olunur. Xatırladaq ki, Azərbaycanda ordu quruculuğu prosesində, həmçinin Silahlı Qüvvələrin maddi-texniki təminatında mühüm nailiyyətlər əldə edilib. Faktdır ki, ordunun istər döyüş hazırlığı, istərsə də texniki vasitələrdən tutmuş digər maddi ehtiyatlarla təchizatı baxımından Azərbaycanla düşmən ölkə arasında fərq dəfələrlə ölçülür. Özü də Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki təminatının artıq xeyli hissəsini öz potensialı hesabına ödəməkdədir. Yaxın perspektivdə isə ölkənin müdafiə sənayesinin istehsal etdiyi məhsulların çeşidinin daha da çoxalacağı gözlənir ki, bu da Silahlı Qüvvələrin texniki ehtiyacının əsas etibarilə yerli istehsal hesabına ödəniləcəyindən xəbər verir. Eləcə də ordunun döyüş qabiliyyəti baxımından ölkəmiz böyük uğurlara imza atıb. Amma Ermənistan bütün bunlardan məhrumdur. Məhz bu halda Qarabağ məsələsində Azərbaycan getdikcə daha güclü mövqe sahibinə çevrilir. İndi bu məqam Ermənistanın özündə də açıq etiraf olunan həqiqətdir. 

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ