Cümə axşamı günü, 05 noyabr 2026
     

Paşinyanın yaxın silahdaşı şəxsən Putinə qarşı açıq dövləti cinayət ittihamlarına başladı

Image


Ermənistanda baş verən son proseslər bu ölkədə mövcud hakimiyyətin həm “Qarabağ klanı”, həm də Rusiya ilə ziddiyyətlərinin böyük sürətlə dərinləşməkdə olduğunu göstərir. Elə bu fonda Nikol Paşinyan iqtidarının 1999-cu ildə parlamentdə baş vermiş terror aktı ilə bağlı cinayət işinin istintaqını bərpa etməsi heç də təsadüfi sayılmır.

Belə görünür ki, bu işin bərpa edilməsi ilə Paşinyan “Qarabağ klanı”nın üzvlərinin həbsə atılması istiqamətində yeni proseslərə start verir. Amma erməni mediası məsələnin bir ucunun artıq Rusiyaya toxunduğunu da xüsusi vurğulayır.

Bu barədə danışmazdan öncə qeyd edək ki, Ermənistan Baş Prokurorluğu 1999-cu ildə parlamentdə baş vermiş terror aktı ilə bağlı cinayət işinin istintaqını bərpa etməyə qərar verib. Prokurorluğun sözçüsü Arevik Xaçatryanın sözlərinə görə, parlamentə hücumda öldürülən spiker müavini Yuri Baxşyanın arvadı Anait Baxşyan və onun nümayəndəsi terror aktı barədə ədalətli qərar qəbul edilməməsi barədə şikayət edib:“Şikayət baş prokuror tərəfindən təmin edilib və iş davam etdirilməsi üçün istintaq orqanına göndərilib”.

Xatırladaq ki, 27 oktyabr 1999-cu il tarixində bir neçə terrorçu Ermənistan parlamentinin binasına daxil olaraq, spiker Karen Dəmirçiyanı, baş nazir Vazgen Sarkisyanı, spikerin müavinləri Yuri Baxşyanı və Ruben Miroyanı, operativ məsələlər üzrə nazir Leonard Petrosyanı, deputatlar Armenak Armenakyanı, Henrix Abramyanı və Mikael Kotanyanı güllələyib. Terrorçuların məhkəməsi 2001-ci ilin fevral ayında başlayıb və 2003-cü ilin dekabr ayına qədər davam edib. Altı terrorçu, o cümlədən qruplaşmanın rəhbəri Nairi Unanyan, onun qardaşı Karen Unanyan, onların dayısı Vram Qalstyan, həmçinin Derenik Becanyan, Edik Qriqoryan və Aşot Knyazyan ömürlük həbs cəzasına məhkum edilib. Adları çəkilənlərin hamısı vətənə xəyanətdə, terrorçuluqda, xüsusilə təhlükəli dövləti cinayətlərin törədilməsində ittiham edilib. Elə o vaxtdan bəri Ermənistan mediasında fikirlər səslənir ki, parlamentdə törədilən terror aktının arxasında o vaxtkı Ermənistan rəhbərliyi, yəni həmin vaxt iqtidarda olan Robert Köçəryanla komandası dayanır. Elə bir neçə şahidin hakimiyyət tərəfindən aradan götürülməsi də bu fikirləri gücləndirir. Məhz bütün bunları əsas kimi götürmək istəyən Paşinyan iqtidarı həmin dövrdə hakimiyyətdə olan “Qarabağ klanı”nın daha çox sayda üzvünü sıradan çıxarmağı düşünür. Bu gedişlə Köçəryanın üzərinə əlavə ittihamlar qoyulması, digər sabiq prezident Serj Sarksiyanın bu məsələ üzrə cinayətə cəlb olunması tamamilə gözlənilən hal sayılır. 27 oktyabr cinayətinin istintaqını həyata keçirən hakim Samvel Uzunyan da diqqət mərkəzindədir. Amma o, artıq ölkədən qaçıb. Hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olan Samvel Uzunyan Ermənistanda deyil. O, saxlanması barədə məhkəmədə müzakirə keçirilən gün Ermənistanı tərk edib və hazırda barəsində axtarış elan olunub. Hakim Uzunyan 51 min dollar rüşvət iddiasında ittiham olunur. Lakin onun 27 oktyabr prosesinə cəlb edilməsi də gözlənilir. Erməni hüquq müdafiəçisi Artur Sakunts bildirir ki, Moskva Samvel Uzunyanı gizlətmək qərarına gəlib:“Bu artıq Ermənistan hökuməti üçün həyəcan təbili olmalıdır. Rusiya Ermənistandakı cinayətkarların yuvasına çevrilib. Bu artıq Ermənistan hakimiyyəti üçün həyəcan təbili olmalıdır”. O qeyd edib ki, Uzunyanın Moskvaya uçması qəribə deyil:“Təbii ki, o, Moskvaya getməli idi. Çünki yalnız orada cinayətkarlara himayədarlıq edilir. Ona görə ki, Kreml cinayətkarların və cinayətkarların himayədarlarının iqamətgahıdır. Təsadüfi deyil ki, “1 mart” və artıq həmçinin “27 oktyabr” cinayətlərində adları hallanan şəxslər Moskvaya sığınır. Bu hadisə bir daha onu sübut edir ki, Kreml dövlət cinayətlərini törədən böyük və ya onlara dəstək verən ayrı-ayrı şəxslərin himayədarlığında maraqlıdır. Məhz Moskvanın birbaşa maraqlarının olması səbəbindən cinayətlərin açılmasına tərəfdar deyil”. Uzunyanın Moskvada peyda olması faktını 27 oktyabr  hadisəsində zərərçəkənlərin nümayəndələrindən biri Levon Yeqiazaryan da təsadüf hesab etmir:“Samvel Uzunyan 27 oktyabr cinayətini saxtalaşdıranlardan biridir. Təbii ki, o, Moskvaya qaçıbsa, oradan geri qayıdan deyil. Mən əminəm ki, onun təhvil verilməsi məsələsi qaldırılarsa, Rusiya bunu rədd edəcək. Uzunyan Rusiya üçün 27 oktyabr hadisəsində çox mühüm subyektdir. Onlar Vahaqn Arutyunyanı, Miqran Poqosyanı, Alrağalı Lyoviki qoruyub saxlayırlarsa, o halda Uzunyanı dəqiq geri qaytarmayacaqlar. Rusiya hər şeyə qadirdir. Uzunyanın bir daha Ermənistana qayıdacağını yaddan çıxarın”. Bundan əvvəl isə Vazgen Sarkisyanın qardaşı Aram Sarkisyan da Rusiyanı həmin terror aktına görə ittiham etmişdi: “Birmənalı olaraq bu hadisənin üstünün açılması üçün maneə var. Və mən birmənalı şəkildə indiki hakimiyyətin də, dövlətin də imkanlarını, məntiqi nəzərə alıram. Ona görə də hakimiyyətin dəyişməsindən sonra öz müsahibələrimdə əsasən bu mövzudan yan keçməyə çalışmışam, onu qaldırmamışam”. Sarkisyanın sözlərinə görə, 27 oktyabr cinayətinin üstü ancaq Rusiyada hakimiyyət dəyişəndən sonra açıla bilər.

Nikol Paşinyanın silahdaşı Andranik Koşaryan da daha öncə sensasiyalı bəyanatla çıxış edib: "Oktyabr ayının 27-də törədilən cinayətin üstü açılıb.  Sifarişçilər məlumdur. Bu, Rusiyanın xüsusi xidmət orqanları tərəfindən Vladimir Putinin əmri ilə həyata keçirilib".  Putinə qarşı Paşinyanın silahdaşının belə bir ittihamla çıxış etməsi, aydındır ki, baş nazirin razılığı olmadan mümkün deyil. Beləliklə, 27 oktyabr cinayəti Paşinyan iqtidarının “Qarabağ klanı”, eləcə də  Rusiya ilə münasibətlərinin daha da kəskinləşəcəyini aydın nümayiş etdirir. Təbii ki, onlar da buna cavabsız qalmayacaq. Belə vəziyyət isə Ermənistanı hələ çox gərgin günlərin gözlədiyini deməyə əsas verir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ