Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev də deputatlığa namizədliyini irəli sürüb.
Baki-xeber.com xəbər verir ki, bu barədə İcmadan mətbuata məlumat verilib.
Qeyd edilib ki, T. Gəncəliyev 122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisə namizədliyini irəli sürməyi qərara alıb.
Xatırladaq ki, sözügedən seçki dairəsindən V çağırış Milli Məclisin deputatı Flora Qasımovadır.