Cümə axşamı günü, 05 noyabr 2026
     

İkinci Cümhuriyyətin qurucuları komandası - Elçibəyin və Heydər Əliyevin komandasında “mübahisəsiz cümhuriyyət qurucuları” varmı...

Image


XX əsrdə Azərbaycan xalqının və dövlətinin taleyinə bir yüzillikdə iki dəfə müstəqil dövlətə malik olmaq düşüb. Azərbaycanın dövlətçilk tarixində önəmli rolu olan Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyində təmsil olunan görkəmli dövlət xadimlərinin adları Cümhuriyyət qurucuları kimi Məhəmməd Əmin Rəsulzadə ilə yanaşı çəkilir.

Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli Xan Xoyski, Ceyhun Hacıbəyli, Əli bəy Hüseynzadə, Məmməd Həsən Hacınski, Xəlil bəy Xasməmmədov, Sultanməcid Qənizadə, Yusif Vəzir Çəmənzəminli, Əhməd bəy Pepinov, Əhməd bəy Ağaoğlunun və daha çox şəxsiyyətin adlarını qeyd edə bilərik ki, onlar Azərbaycanın dövlətçilik tarixinə əbədi olaraq düşüblər. Bir məsələ var ki, adlarını çəkdiyimiz və çəkmədiyimiz Cümhuriyyət qurucularının hər birinin Cümhuriyyətin qurulmasında böyük rolu var və tarix onları unutmur.  

Birinci Cümhuriyyət dövründə Məhəmməd Əmin Rəsulzadə ilə yanaşı, Cümhuriyyətin qurulmasında rolu olan və adları yaşayan ən azı 15 böyük şəxsiyyət var ki, onların adlarını çoxlarımız tərəddüd etmədən sadalaya bilərik. Cümhuriyyətin rəhbəri M.Ə.Rəsulzadə olsa da, dövlətçiliyin qurulmasında heç də adlarını yuxarıda çəkdiyimiz dövlət xadimləri ondan az xidmət göstərməyiblər.

Bu gün birinci Cümhuriyyət hökumətində təmsil olunmuş böyük şəxsiyyətlərin hər biri ayrı-ayrılıqda Cümhuriyyətə qol-qanad verən şəxsiyyətlər olub və bu şəxsiyyətlərlə bağlı heç bir mübahisəli fikir yoxdur, çünki onları xalq mübahisəsiz olaraq qəbul edir. 

İkinci Cümhuriyyət dövründə isə vəziyyət tamam başqadır. Məsələn, ikinci Cümhuriyyət dövründən  danışarkən qismən Əbülfəz Elçibəy, sonrakı dönəmdə isə tam olaraq Heydər Əliyev Cümhuriyyət qurucusu kimi qəbul edilir. Maraqlıdır ki, ikinci Cümhuriyyət qurucuları deyəndə yada Elçibəy və Heydər Əliyev düşür, onların heç birinin komandasının burada rolu görünmür. Azərbaycana rəhbərlik edən hər iki dövlət xadiminin adı ikinci Cümhuriyyətin qurucusu kimi tarixə həkk olunsa da, lakin heç birinin komandasına daxil olan şəxslərin adları mübahisəsiz qəbul edilmir. 

Bu gün ölkəmizdə birinci Cümhuriyyət qurucuları haqqında damnışarkən, onların xatirəsini əbədiləşdirərkən biz onların fəaliyyətləri ilə də yaxından tanış ola bilirik. Çünki onlar xalqın, dövlətin mənafeyindən çıxış ediblər. 200 ildən sonra II Cümhuriyyət qurucuları haqqında yazılarkən, onların xatirə muzeyləri yaradılarkən heç birinin tarixdə izinin qalmadığını görəcəklər, Elçibəy və Heydər Əliyevdən başqa, onların komandasından heç kəs tapılmayacaq. Amma Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski və başqalarının fəaliyyəti heç bir mübahisə doğurmayacaq.

Birinci Cümhuriyyət qurucularının, demək olar ki, böyük əksəriyyətinin adları dövlət qurucusu kimi çəkilirsə, lakin II Cümhuriyyət dövründə qismən Elçibəyin və tam olaraq Heydər Əliyevin özlərindən başqa kimsənin adının çəkilməməsi (Yəni elə şəxslər yoxdur ki, onlar qədər xidmət göstərsinlər) nə ilə bağlıdır? 

  • Elçin Mirzəbəyli: “...onların hansı səbəbdən dövlət quruculuğunda rolunun görünmədiyini izah etmək çətindir”

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru, tanınmış politoloq Elçin Mirzəbəyli bizimlə söhbətində bildirdi ki, Cümhuriyyət qurucuları ilə II Cümhuriyyət dövründə yaşayan şəxsləri eyniləşdirmək olmaz. “1918-ci ildə qurulan Xalq Cümhuriyyəti və 1991-ci ildə qurulan müstəqil Azərbaycan dövləti arasında kifayət qədər fərq var. Ümumiyyətlə, bu məsələyə zaman kontekstində yanaşmaq olar. 1918-ci ildə Azərbaycan Çar Rusiyasının tərkibindən çıxmışdı. Xarici ölkələrdə yüksək təhsil alan azərbaycanlılar ölkəyə qayıdaraq Cümhuriyyəti qurdular. Onların hər biri dövlətçiliyin qurulmasında iştirak etdilər. Sovet dövründə isə Azərbaycan formal da olsa dövlətçilik statusuna malik idi. 70 il ərzində Azərbaycan dövlət kimi fəaliyyət göstərib. Sonrakı proseslər isə mövcud dövlətin üzərindən həyata keçirilib. Bu baxımdan təcrübələr fərqli olmalıdır. 1918-ci ildə Cümhuriyyəti quranlar yoxdan bir dövlət yaratdılar. Elçibəy Azərbaycan Milli Azadlıq Hərəkatının şəriksiz lideridir, bunu heç kəs dana bilməz. Amma Azərbaycan dövlətini quran isə Heydər Əliyevdir. Tarixi şəxsiyyətlərə zaman, məkan kontekstində baxılmalıdır. Hazırda həm Elçibəyin, həm də Heydər Əliyevin komandasına daxil olan insanların çoxu həyatdadır və bu baxımdan onlara hər hansı bir formada qiymət vermək olmur, onların hansı səbəbdən dövlət quruculuğunda rolunun görünmədiyini izah etmək çətindir. Hesab edirəm ki, 50-100 il bundan sonrakı nəsil özü Rəsulzadənin komandası ilə Elçibəyin və Heydər Əliyevin komandasının fəaliyyətini analiz edəcək və səbəbləri qeyd edəcək. Hələlik isə bu məsələyə qiymət vermək tezdir” - deyə E.Mirzəbəyli qeyd etdi.

  • Firdovsiyyə Əhmədova: “Məsuliyyət Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra birinci şəxslərin üzərində olub”

Tanınmış tarixçi-alim, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova da hesab edir ki, bu məsələdə fərqli yanaşma tələb olunur: “Cümhuriyyətin qurulması tamamilə başqa şəraitdə və başqa şərtlər altında gerçəkləşmişdi və bu prosesi indiki dövrə aid etmək olmaz. Azərbaycanın dövlət müstəqilliyi bərpa edilənə qədər də SSRİ tərkibində olsa da, ölkəmiz respublika kimi mövcud idi. Bu baxımdan, 1918-ci illə 1991-ci ildəki şərait tamam başqa idi. Buna görə də bu, müxtəlif müstəvilərdə müzakirə edilməli məsələdir. 1991-ci ildə Azərbaycan dövləti öz müstəqilliyini elan edəndə Sovetlər Birliyi var idi və Azərbaycan Respublikası da onun tərkibində müttəfiq bir respublika idi. Baxmayaraq ki, SSRİ-nin dağılması Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi haqqında Konstitusiya Aktının qəbul edilməsindən sonra baş verdi. Təbii ki, Cümhuriyyət, dövlət qurmaq bir adamın bacaracağı iş deyil, düzdür, əsas yük siyasi rəhbərin üzərinə düşür, amma komanda da ona kömək edir. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkəmiz üçün çox təlatümlü bir dövr başladı. 1991-1993-cü illər ərzində Azərbaycan torpaqlarının işğala məruz qalması, ərazilərimizin itirilməsi erməni təcavüzü nəticəsində baş versə də, ölkədə baş verən siyasi proseslər də bu məsələyə birbaşa təsir edən amil idi. Bu da hakimiyyətdə siyasi cəhətdən hazırlıqlı, dövlət vəzifəsində təcrübəli şəxslərin necə təmsil olunmasından asılıdır. 1988-ci ildə Ermənistan tərəfdən Azərbaycan torpaqlarına qarşı təcavüz olanda Azərbaycan xalqı və onun öndə gedən insanları milli demokratik hərəkatı formalaşdıra bildilər və bu hərəkat nəticəsində ölkəmizin dövlət müstəqilliyi bərpa olunub. Əbülfəz Elçibəy həmin dövrdə o hərəkatın başında duran şəxsiyyət idi. Nəticə etibarilə də Elçibəy və komandası 1992-ci ildə hakimiyyətə gəldilər. Sonra isə Azərbaycan dövlətinin sınaq qarşısında qalması və yeni böhranın yaranması nəticəsində xalq Heydər Əliyevə müraciət etdi və o, hakimiyyətə gəldi. Bu prosesdə isə əsas ağırlıq, məsuliyyət ayrı-ayrı şəxslərin yox, liderlərin üzərinə düşür. Siyasi hakimiyyətdə lider olmaq xalqın məsuliyyətini öz üzərinə götürmək deməkdir. 1993-cü il Heydər Əliyevin hakimiyyətə gəlməsi və onun bu məsuliyyəti daşıması ilə müşayiət edildi”.

F.Əhmədova qeyd etdi ki, 1993-cü il dövlətin böhrandan, dağılmaqdan xilas edildiyi bir dövr kimi tarixə düşüb. O dedi ki, həmin dövrdə məsuliyyəti Heydər Əliyev daşıyırdı və o da hakimiyyətə komandası ilə gəldi. Məsuliyyət Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra birinci şəxslərin üzərində olub. Amma birinci şəxslər də ölkəni idarə ediblər”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ