Dekabrın 24-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək təbrik edib və uğurlar arzulayıblar.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev də dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək təbrik edənlər arasında olub.
Gürcüstan Prezidenti Salome Zurabişvili, Qazaxıstan Respublikasının birinci Prezidenti-Elbası Nursultan Nazarbayev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz isə Prezident İlham Əliyevə məktub göndərərək onu ad günü münasibətilə təbrik ediblər.