Prezident İlham Əliyev dekabrın 24-də Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.
Baki-xeber.com-un xəbərinə görə, Bilal Ərdoğan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından və öz adından dövlət başçısını ad günü münasibətilə təbrik edib, ona Azərbaycan xalqının rifahı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Təbrikə və göstərilən diqqətə görə təşəkkürünü bildirən Prezident Əliyev bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışdığını məmnunluqla qeyd edib.