Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycanın yeni silahları Ermənistanı indidən lərzəyə gətirir

Image


Son günlərdə Ermənistanda yenə əsas müzakirə mövzularından biri Azərbaycanın Rusiyadan yeni silahlar ala biləcəyi ilə bağlıdır. Bu məsələ, xüsusən də  son nəsil Su-57 qırıcılarının Azərbaycana satılmasına dair Rusiya mediasında məlumatların yayılmasından sonra xüsusi diqqət mərkəzində yer alır. Erməni mediası yazır ki, Azərbaycan istənilən halda hərbi üstünlüyü əldən vermək niyyətində deyil və bu səbəbdən Su-57 qırıcılarının Azərbaycan ordusunun ixtiyarında olması tamamilə mümkündür.

Xatırladaq ki, ölkəmizin Rusiyadan müasir hərbi texnikalar alması davamlı xarakter daşıyır və bu məsələyə “Vedomosti” nəşri yenidən qayıdıb. Nəşr qeyd edir ki, Azərbaycan Rusiyadan beşinci nəsil Su-57 qırıcılarını almağa maraq göstərir. Rusiyanın müdafiə sənayesi şirkətlərindən birinin iki top-meneceri “Vedomosti”yə bildirib ki, Su-57 qırıcılarının Azərbaycana satılmasına dair danışıqlar prosesinə yüksək siyasi səviyyədə yaşıl işıq yandırılıb. Bildirilir ki, oktyabrın 3-də Soçidə prezidentlər Vladimir Putin və İlham Əliyev arasında baş tutmuş danışıqlarda iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələləri də müzakirə olunub. Bu məlumatı Kreml administrasiyasına yaxın mənbə də təsdiq edib. “Vedomosti” qeyd edir ki, həmin vaxt “Valday” forumunda çıxış edən prezident Əliyev təfərrüatlara varmadan hərbi-texniki əməkdaşlığın genişləndiriləcəyini deyib. Dekabrın 3-də isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla danışıqların yekunu olaraq “Kommersant”a müsahibəsində deyib ki, Rusiya ilə silahlara dair yeni sövdələşmələr mümkündür. “Vedomosti” qeyd edir ki, son onillikdə Azərbaycan Rusiya ilə təxminən 5 milyard dollarlıq silah müqaviləsi bağlayıb. Məsələ ilə bağlı Prezident Əliyevin Soçidə bildirdiyinə görə, indiyədək 3 milyard dollarlıq silah artıq çatdırılıb. Rusiya nəşri daha sonra yazır:“Bu silah sövdələşmələrinin aviasiya hissəsi ancaq Mi-17 və Mi-35 vertolyotları ilə məhdudlaşıb, hərçənd, Azərbaycan özünün döyüş aviasiya parkının yenilənməsinə də ciddi ehtiyac duyur. Çünki döyüş aviasiyasının əsasını modernləşdirilmiş MiQ-29 sovet qırıcıları təşkil edir. Azərbaycan çoxdandır JF-17 Pakistan-Çin qırıcılarını almağa maraq göstərir və artıq Pakistandan MFI-395 “Super Mushshak“ yüngül təlim-məşq təyyarələrini alıb”. “Vedemosti” əlavə edir ki, Azərbaycanın Su-57 qırıcılarına maraq üçün dönüş nöqtəsi Ermənistanın Rusiyadan 4 Su-30SM qırıcısı alması, daha 8 təyyarə almağa hazırlaşması olub. Azərbaycanla yanaşı, Su-57 qırıcılarını almağa Türkiyə də maraq göstərir. “Silah ixracı” jurnalının baş redaktoru Andrey Frolov hesab edir ki, Azərbaycanla Su-57 qırıcılarına dair danışıqlar Bakı tərəfdən bəzi şərtlərlə müşayiət oluna bilər. İlk növbədə maliyyələşmə mexanizmi barədə şərtlərlə. Ekspert hesab edir ki, Azərbaycan ən uzağı bir eskadrilya Su-57 qırıcısı almaq istərdi. Bu təyyarələri almaq istəyi bir tərəfdən də Ermənistanın  Su-30SM qırıcıları əldə etməsi ilə bağlı yaranıb:“Hesab edirik ki, Azərbaycan daha üstün təyyarə almağı lazım bilir. Digər tərəfdən, Azərbaycan Hərbi Hava Qüvvələri keyfiyyət və miqdarca müəyyən yenlənməyə ehtiyac duyur, ona görə də seçim təkcə Su-57 qırıcıları ilə bağlı deyil. Qiyməti xeyli ucuz olan Çin-Pakistan qırıcıları da diqqət mərkəzindədir”. 

Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyasındakı mənbə də bundan əvvəl bildirib ki, Rusiya Azərbaycana istənilən növ döyüş təyyarələrinin satışına hazırdır. Korporasiya nümayəndələri bildiriblər ki, ötən illərdə Azərbaycana Su-30SM və MiQ-35 təyyarələri təklif olunub. Rusiya tərəfi indi də adıçəkilən təyyarələrin Azərbaycana ixracı üçün danışıqlara hazır olduğunu bəyan edib. Məhz belə bir vaxtda o da məlum olub ki, Azərbaycan gələn il ən azı 1 milyard dollarlıq silah almağı düşünür. Belə ki, Azərbaycanda 2020-ci ilin dövlət büdcəsinin layihəsinə görə bütün dövlət büdcəsi xərcləri 1.7% artdığı halda, müdafiə xərclərinin büdcəsi xeyli, yəni 20.9% artıırılmaqla 2.267 milyard dollara çatıb. Bunun 945 milyon dolları silah alışı və hərbi-sənaye sərmayəsi üçün nəzərdə tutulub. Qeyd edək ki, ordunun digər növləri ilə yanaşı, hərbi aviasiyanın gücləndirilməsi də rəsmi Bakının əsas prioritetlərindən biri sayılır. Elə yeni döyüş təyyarələrinin, helikopterlərin, pilotsuz uçuş aparatlarının (PUA) alınması, ölkədə PUA istehsalının yaradılması, aviaparka daxil olan təyyarələrin və helikopterlərin modernləşdirilməsi bunun real təsdiqidir. Bundan başqa, belə görünür ki, yaxın tezlikdə Azərbaycan hərbi aviasiya arsenalına yenə Ermənistanda olmayan yeni döyüş təyyarələri də daxil edə bilər. Bunu rusiyalı hərbi politoloq Pavel Felqenhauer də təsdiq edir. O bu xüsusda bildirir: “Azərbaycanın böyük imkanları var və o, istədiyi silahı əldə edir. Ermənistana isə Rusiyadan başqa heç bir ölkə kreditlə silah verməz. Azərbaycan, misal üçün, Türkiyədən F-16 döyüş təyyarələri ala bilər. Bu təyyarələri Türkiyə və ABŞ birgə istehsal edir, o cümlədən ixrac edirlər. Təbii ki, bu təyyarələrin Azərbaycana satılması üçün ABŞ-ın razılığı olmalıdır. Düşünürəm ki, Vaşinqton F-16-ların Azərbaycana satılmasına razılıq verəcək”. Politoloq bildirib ki, Azərbaycan Rusiyadan da döyüş təyyarələri, elə Su-30SM-ləri ala bilər: “Moskva Bakının belə bir istəyini dərhal yerinə yetirər. Hətta Azərbaycana birbaşa zavod istehsalı olan təyyarələr satılar”.

Erməni politoloq Suren Sarkisyan isə bildirir ki, Bakının istər Türkiyə, istərsə də ABŞ-ın özündən hərbi texnika almasında hansısa problem yoxdur. O, Azərbaycanın artıq Türkiyədən çoxsaylı müasir hərbi texnika aldığını bildirir: “Azərbaycan ABŞ-dan da belə texnika ala bilər. Özü də sabiq dövlət müşaviri Con Boltonun regiona məlum səfəri zamanı ABŞ bu prosesdə maraqlı olduğunu açıq bəyan etdi.  Ermənistanla müqayisədə Azərbaycanın ABŞ-la əlaqələri bir neçə dəfə daha çoxdur”. Erməni politoloq müxtəlif mənbələrdən əldə etdiyi məlumatlara əsasən bildirib ki, Azərbaycan silah-sursat əldə edilməsi istiqamətində fəal iş aparır və ABŞ-dan mümkün olan hər şeyi əldə etmək niyyətindədir. Qeyd edək ki, Azərbaycan artıq Amerika istehsalı olan 4 hərbi helikopter alıb. Həmin helikopterlər də ötən il keçirilən hərbi paradlarda nümayiş olunub. Bundan əlavə, Azərbaycan digər Qərb ölkələrindən də silah alır. Məsələn, ölkəmiz artıq İtaliyadan 10 ədəd hərbi məqsədlər üçün istifadə olunan, reaktiv təlim-məşq təyyarəsi olan “M-346 Master” alıb. Azərbaycan daha 15 ədəd “M-346 Master” təlim-döyüş təyyarəsi sifariş verib. “M-346 Master” İtaliyanın “Leonardo“ şirkətinin istehsalı olan hərbi məqsədlər üçün istifadə olunan reaktiv təlim-məşq təyyarəsidir. Digər tərəfdən o da məlumdur ki, Azərbaycan Pakistandan da yeni nəsil qırıcılar almağı düşünür. Artıq Pakistanla Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq zaman keçdikcə daha da dərinləşir və möhkəmlənir. Bu fonda  Azərbaycan Çin və Pakistanın birgə istehsalı olan dördüncü nəsil “JF-17 Thunder” çoxməqsədli qırıcı təyyarəsini əldə etmək niyyətini dilə gətirib. Bütün bunlar aviasiya sahəsində Azərbaycanın düşmən üzərində mühüm üstünlüklərinin real təsdiqidir. Erməni ordusu bunların qarşısında duruş gətirmək iqtidarında deyil.

Məsələ burasındadır ki, Ermənistanın hava hücumundan müdafiə qüvvələrinin döyüş hazırlığının lazımi səviyyədə saxlanması Rusiyadan asılıdır. Amma Rusiya bu prosesə diqqət yetirmir. Digər tərəfdən, Rusiya Ermənistana hansısa yeni hava hücumundan müdafiə sistemi də vermir. Burada ən müasir hava hücumundan müdafiə sistemi S300PT/ PS-dir. Amma onlarda istfiadə edilən 5V55R/5V55RM zenit raketlərinin zəmanət müddətinin vaxtı çoxdan bitib. Rusiyadan ehtiyat hissələrin tədarükü və yerli müəssisələrdə aparılan təmir işləri səbəbindən zenit raket sistemlərinin avadanlıqlarını işlək vəziyyətdə saxlamaq çətinliklə mümkün olur. Artıq Ermənistanın hava hücumundan müdafiə sisteminin mövcud döyüş potensialını qorumaq üçün S-300PT/ PS hava hücumundan müdafiə sistemlərini və köhnəlmiş radarları əvəz etmək lazımdır. Ermənistanın maddi vəziyyətinin müasir silahların genişmiqyaslı satın alınmasına imkan vermədiyini nəzərə alsaq, bunun mümkün olmayacağını da bəri başdan demək olar. Bütün bunlar o deməkdir ki, Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələri qarşısında dayanması qeyri-mümkündür. Bunun yaxın tezlikdə real həyatda öz təsdiqini tapması da tamamilə gözlənilən sayılır. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru David Şahnazaryan bu xüsusda bildirir ki, hərbi əməliyyatlar təhlükəsi əhəmiyyətli dərəcədə böyüyüb və istənilən an müharibə başlaya bilər. Onun sözlərinə görə, bu hal Ermənistanın hazırkı hökumət rəhbərinin həm intellektual məhdudiyyətlərini, həm də təsəvvürlərini nəzərə almaqla qəbuledilməz olmalıdır:“Biz aydın şəkildə başa düşməliyik ki, “Kalaşnikov” avtomatını necə mənimsədiyini gördüyümüz bir şəxs hərbi əməliyyatlar şəraitində həm cəbhə xəttinin müdafiəsini, həm də bütöv siyasəti həyata keçirə bilməz”. Şahnazaryan Azərbaycan ordusunun gücünün mütləq şəkildə nəzərə alınmasının vaciblyini də xüsusi vurğulayır. Bütün bunlar bir daha təsdiq edir ki, yeni Qarabağ savaşının nəticələri Ermənistan üçün çox ağır olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ