Bələdiyyə seçkilərində indiyədək seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri açıqlanıb. Trend-in məlumatına görə, seçici fəallığının ən yüksək olduğu 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. 38 min 621 seçicidən 16 min 800 (43.50 faiz) səs verib.
Eyni zamanda, seçici fəallığının ən aşağı olduğu dairə 40 saylı Kəpəz (Gəncə) İkinci Seçki Dairəsidir. Burada 42 min 085 seçicidən 10 min 156 (24.13 faiz) səs verib.