Cümə axşamı günü, 05 noyabr 2026
     

Dağlıq Qarabağ üzrə danışıq sənədləri açıldıqca İrəvana beynəlxalq təzyiqin yeni dalğası başlayır

Image


Dağlıq Qarabağ münaqişəsinin həllinin Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən  uzanmasının işğalçı ölkənin özü üçün də ciddi təhdid mənbəyi olması bu gün İrəvanda da açıq etiraf olunur. O da açıq şəkildə bildirilir ki, indiki vəziyyətin yaranmasının əsas günahkarı elə Ermənistanın özüdür. Məsələn, Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan qeyd edir ki, məhz baş nazir Nikol  Paşinyan Qarabağ məsələsini tükənmiş diplomatik nöqtəyə gətirərək hər şeyi məhv edib.  O, belə vəziyyətdə Ermənistan üçün qorxulu olacaq savaş təhdidinin sürətlə artdığını da bildirir.

Elə erməni vəkil Norayr Norikyan da Azərbaycanla savaşı Paşinyana məsləhət görmür. O qeyd edib ki, Ermənistanın həm Türkiyə, həm də Azərbaycandan geri qaldığı göz qabağındadır: “Gəlin özünüaldatma ilə məşğul olmayaq: nə indi, nə də yaxın gələcəkdə Ermənistan obyektiv olaraq potensial rəqiblərinin ordu sayına və ya silahlanma səviyyəsinə çatmağa ümid edə bilər. Real iqtisadi tərəqqi və ciddi inkişaf olmadan bu hərbiləşmə yarışında ciddi problemi həll etmək, çətin ki, mümkün olsun”. O  qeyd edib ki, Azərbaycan yeni silahlar hesabına mövqeyini daha güclü hala gətirir. Məhz belə vəziyyətdə Beynəlxalq Böhran Qrupu da yeni savaşın Ermənistan üçün ciddi problem yaradacağını bəyan edir. Xatırladaq ki, qurum “Dağlıq Qarabağ məsələsini dalandan çıxarma” adlı hesabat hazırlayıb. Burada qeyd olunur ki, Dağlıq Qarabağ regionu ilə bağlı Ermənistanla Azərbaycan arasında sülh prosesində açılmış dar nəfəslik yenidən bağlana bilər. Hesabatda bildirilir ki, bu baş verərsə, Bakı və İrəvan nəinki indiyə kimi əldə etdiklərini itirə, həm də prosesi tamamilə dəfn edə bilər: “Bakı və İrəvan çevik hərəkət etməlidir. Onlar ziddiyyətli mövqelərin kökündə duran məsələlər istiqamətində danışıqlara başlaya bilərlər”. Hesabatda qeyd olunur ki, 2019-cu ilin əvvəlində münaqişənin həlli istiqamətində danışıqlarda irəliləyiş hiss olunub: “Ermənistanın yeni hökuməti kompromisli həlli axtarmağa hazır olduğunu bildirmişdi. Bakının da münaqişənin həlli yollarının axtarışı üçün daha açıq olduğu göründü. Aprel hadisələrindən sonra yenilənmiş diplomatik münasibətlər itkilərin azalmasına və danışıqlar üçün daha münasib mühitin yaranmasına gətirib çıxardı. Azərbaycan və Ermənistan hökumətləri təmas xəttində humanitar layihələrin həyata keçirilməsinə razılıq verdi, jurnalistlərin qarşılıqlı səfərlərinə və həbs olunmuş şəxslərin yaxınlarına baş çəkməsinə icazə verildi”. Qeyd olunur ki, buna baxmayaraq, yeni yanaşma danışıqların yenilənməsinə yol açmayıb. Hesabat müəlliflərinin fikrincə, illər mövqeləri sərtləşdirib.

Buna da diqqət çəkilir ki, danışıqıların hər dəfə dalana dirənməsi Ermənistan üzündən baş verir. Qarabağa dair “Lavrov planı” buna əyani misal kimi göstərilir. Qeyd edək ki, Qarabağa dair “Lavrov planı”nın mövcudluğu barədə bir neçə ildir danışılırdı. Düzdür, erməni tərəfi də “Lavrov planı” adlı sənəd görmədiyini dəfələrlə bildirib. Amma Bakıdan belə sənədin olduğunu bir neçə dəfə deyiblər. Həmin sənədin “Madrid prinsipləri”inə əsaslandığı da məlumdur və xarici işlər naziri Elmar Məmmədyarov CBC kanalaına son müsahibəsində məhz bu sənəd əsasında Bratislavada erməni həmkarı ilə danışıqlar aparıldığını bildirib. Beynəlxalq Böhran Qrupu bildirir ki, “Lavrov planı” ilk dəfə 2015-ci ildə Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən müzakirəyə təqdim edilib və 2016-cı ildə təsdiqlənib:“Plan Rusiya silahlı qüvvələrinin Dağlıq Qarabağ ətrafında yerləşdirilməsini və erməni qoşunlarının ətraf rayonlardan tədricən çıxarılmasını, regiona qeyri-müəyyən müddətə  “müvəqqəti status” verilməsini nəzərdə tuturdu. Lakin plan Dağlıq Qarabağın yekun statusuna dair referendumun necə baş tutacağına və yekun hüquqi statusun necə olacağına aydınlıq gətirmirdi. Azərbaycan bu konsepsiyanı dəstəkləyib, ümid edib ki, plan ətraf rayonların qaytarılmasının və münaqişə regionundakı erməni qüvvələrinin sayının azaldılmasının əsasını qoyacaq. Zamanla Azərbaycan hakim elitası getdikcə belə qənaətə gəlməyə başladı ki, Rusiya münaqişənin istənilən nizamlanmasının tərkib hissəsi olacaq. Doğrudan da 2016-cı ildə Azərbaycan hökuməti Rusiyanın rəhbərliyi ilə Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsinə açıq idi, ümid edirdi ki, bu qüvvələr erməni işğalçı qüvvələrini əvəz edəcək və Azərbaycanın nəzarətinə qaytarılan ərazilərə köçürülən əhalinin təhlükəsizliyini təmin etməyə imkan verəcək. Lakin İrəvan bu təklifi rədd etdi. Xəbərlərə görə, Ermənistanın bəzi rəsmi şəxsləri təklifin Azərbaycanın maraqlarına uyğun olduğunu bildirməklə, hətta bəyan ediblər ki, sənəd Bakıda tərtib edilə bilərdi”. Hesabat müəllifləri vurğulayır ki, indi Ermənistanın real addımlar atmaması, Qarabağda hələ də qanunsuz məskunlaşma siyasəti aparması savaş təhdidini artırır. Beynəlxalq Böhran Qrupu bu vəziyyəti təhlükəli adlandırır. Bildirilir ki, son aylar Ermənistan-Azərbaycan münasibətləri tərəflərdən birinin digərinin açıqlamasını təxribatçı hesab etməsindən sonra daha da soyuyub. Hər iki tərəf 2019-cu ildə qurulmuş bünövrəyə istinad etməsə, sabit vəziyyət uzun çəkməyə bilər. Hesabatda bildirilir ki, kompromisin axtarılması istiqamətində təkrar səylər gərginliyin yaranmasının qarşısını ala bilər. Amma Ermənistan üzündən bu sahədə ciddi əngəl yaranıb. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva da məsələyə məhz bu prizmadan yanaşır: “Öncə qeyd etmək istərdim ki, biz, əlbəttə ki, Beynəlxalq Böhran Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vacib məsələləri gündəmdə saxlamasını alqışlayırıq. Əslində, BBQ hazırladığı son hesabatında yeni hər hansı bir məsələyə toxunmur; illərdir ki, Azərbaycan tərəfindən qaldırılan, danışıqlar prosesində müzakirə obyekti olan mühüm mövzulara diqqət ayırır. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarında işğalçı Ermənistan tərəfindən qeyri-qanuni məskunlaşdırma siyasətinin həyata keçirildiyi dəfələrlə tərəfimizdən beynəlxalq müstəvidə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan tərəfi ilə keçirilən görüşlərdə qaldırılıb.  BBQ də son hesabatın ölkəmizin işğal olunmuş ərazilərində bu qeyri-qanuni fəaliyyətin davam etdirildiyini qeydə alır. İşğal olunmuş ərazilərdə beynəlxalq sülh missiyasının yerləşdirilməsi və ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma qrupunun (HLPG) bu xüsusda roluna gəldikdə isə qeyd etmək istərdik ki, işğal olunmuş ərazilərdə yaşayan əhalinin, o cümlədən azərbaycanlı və erməni icmalarının təhlükəsizliyi məsələsi bizim üçün önəmlidir. Biz bu səbəbdən ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən müvafiq beynəlxalq ekspertlərin iştrakı ilə risqin qiymətləndirilməsi missiyasının həyata keçirilməsinin tərəfdarıyıq.

Hesabatda qaldırılan status məsələsinə gəldikdə isə, xatırlatmaq lazımdır ki, ümumilikdə status məsələsi Azərbaycanın milli qanunvericiliyi, BMT Nizamnaməsi və Helsinki Yekun Aktında əks olunan fundamental norma və prinsiplərə əsaslanan BMT Təhlükəsizlik Şurasının qətnamələri də daxil olmaqla beynəlxalq hüquq çərçivəsində artıq müəyyən olunub. Bu xüsusda hər zaman ifadə etdiyimiz mövqeyimiz dəyişilməz olaraq qalır. Münaqişənin həlli istiqamətində işğal olunmuş torpaqlarımızdan erməni sialhlı qüvvələri çıxarıldıqdan və öz torpaqlarından didərgin salınmış azərbaycanlılar evlərinə geri qayıtdıqdan sonra gələcək mərhələdə bölgənin statusunun konkret şəkildə müəyyənləşdirilməsi məsələsinə hər iki icmanın iştirakı ilə baxıla bilər. Beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hesabatlarında nəzərə almalıdırlar ki, münaqişənin həllinin hüquqi əsasını təşkil edən qərar və qətnamələrin, birinci növbədə isə BMT TŞ qətnamələrinin yerinə yetirilməsi zəruridir. Onların yerinə yetirilməsi isə yalnız zaman məsələsidir".

Elə  Beynəlxalq Böhran Qrupu da xatırladır ki, azərbaycanlılar müharibə zamanı yaşadıqları  ərazilərdən köçməyə məcbur ediliblər: “Danışıqlar üçün şəraitin yaranması üçün ilk şərtlərdən biri Ermənistanın Dağlıq Qarabağdakı de-fakto rəhbərliyi məskunlaşma planını müvəqqəti olaraq dayandırmağa, Azərbaycanı isə bunun əvəzində beynəlxalq məhkəmələrdə münaqişənin həlli ilə bağlı şikayətlər irəli sürməsini dayandırmağa və sanksiyalar irəli sürməməyə inandırmaqdır. İkinci şərt potensial sülhməramlı qüvvələrin və monitorinq missiyasının tərkibi və mandatı ilə bağlıdır. Bu missiya zorakılığı azaltmağa, sülh sazişi üçün şərait yaratmağa nail ola bilər. Sonuncu məsələ Dağlıq Qarabağın statusudur. Status məsələsi münaqişənin əsasında durur və həlli çətindir. Bakı Azərbaycanın tərkibində Dağlıq Qarabağa özünüidarəçilik verməyi təklif edir”. Hesab edilir ki, Ermənistan bu təklifi qəbul etməsə, Azərbaycanın müharibəyə başlaması qaçılmazdır. Amma bu zaman məsuliyyət daşıyan tərəf qismində Ermənistan çıxış etməli olacaq. Məhz bu da İrəvanın Qarabağ siyasətinin beynəlxalq miqyasda yenidən tənqid hədəfində olduğunu göstərir. Aydındır ki, bu hal həm də Azərbaycanın daha bir diplomatik uğuru da sayıla bilər. İrəvan bundan lazımı nəticə çıxarmasa, düşməni hərblə başa salmaq qaçılmaz olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ