Azərbaycanda keçirilən bələdiyyə seçkilərində respublika üzrə seçici fəallığı 30,57 faiz təşkil edib. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzi xəbər verir.
Belə ki, saat 17:00-a olan məlumata görə, səs vermiş seçicilərin sayı 1 520 133 nəfər təşkil edib. Ümumilikdə səsvermə üçün siyahıya daxil olmuş seçicilərin sayı 4 972 356 nəfərdir.