Cümə axşamı günü, 05 noyabr 2026
     

ABŞ Rusiyanın “Şimal qaz axını”nı dayandırdı, Avropanın Azərbaycan qazına ehtiyacı artdı...

Image


Rusiya qazını Avropaya çatdıracaq "Şimal axını-2" layihəsi ətrafında qalmaqal böyüyür. Belə ki, ABŞ-ın bu layihəyə qarşı daha sərt addmları "Şimal axını-2"nin dayanmasına səbəb olub. Artıq İsveçrənin "Allseas" şirkəti ABŞ sanksiyalarının təhdidinə görə "Şimal axını-2" qaz kəmərinin tikintisini dayandırıb. Bu xüsusda şirkətin yaydığı məlumatda bildirilir: "ABŞ-ın hərbi büdcəsinin təsdiqlənməsi ilə bağlı “Allseas” "Şimal axını- 2"də fəaliyyətini dayandırır".

Qeyd edək ki, dekabrın 19-u amerikalı senatorlar Ted Kruz və Ron Conson şirkətin rəhbəri Edvard Xirema təhdidlə dolu mesaj göndərib. Siyasətçilər "Allseas"ın rəhbərinə xəbərdarlıq ediblər ki, şirkət layihədə iştirakını dayandırmasa, onu ağır sanksiyalar gözləyir. Belə ki, siyasətçilər bu baş verməyəcəyi təqdirdə şirkətin bütün aktivlərinin dondurulacağını, onunla işbirliyinə qadağa qoyulacağını və şirkətin təmsilçilərinin ABŞ-a girişinə icazə verilməyəcəyini bildirib. Digər tərəfdən xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 2020-ci maliyyə ili üçün 738 milyard dollar həcmində müdafiə büdcəsini imzalayıb. Müdafiə büdcəsinə Rusiyanın "Şimal axını-2" və "Türk axını" qaz kəmərlərinə sanksiyaların tətbiq edilməsi də daxil edilib. Sanksiyalar "Avropanın enerji təhlükəsizliyinin təmin olunması" tədbirləri kimi nəzərdən keçirilir. Həmçinin sənəddə Rusiya ilə hərbi sahədə əməkdaşlıq da qadağan olunur. Məhz bu vəziyyət "Şimal axını-2" ətrafında qamaqallı bir  durum yaradıb. Xatırladaq ki, 1220 kilometr uzunluğundakı "Şimal axını-2" qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etmək gücünə malik olacaq. Rusiyanın enerji nəhəngi "Qazprom" bəyan edib ki, "Şimal axını-2" layihəsi 2019-cu ilin sonunadək başa çatdırılacaq. Amma il başa çatsa da, "Şimal axını-2"nin hələ nə vaxt tamamlanacağı bilinmir. Rusiya artıq ABŞ-ın bu addımına etiraz edir. Elə Almaniya İqtisadiyyat Nazirliyi də ABŞ-ın "Şimal axını-2" qaz kəmərinə qarşı tətbiq etdiyi sanksiyalara qarşı çıxıb. Bu fonda ABŞ-la Almaniya arasında "Şimal axını-2"  kəməri ilə bağlı qalmaqal böyüyür. Almaniya hökuməti ABŞ-ın "Şimal axını-2" layihəsi ilə bağlı sanksiyasını "Avropanın daxili işlərinə qarışmaq" kimi dəyərləndirib. Məsələ ilə bağlı danışan ABŞ-ın Berlindəki səfiri Riçard Qrenell sanksiya qərarının Avropanın lehinə olduğunu, bir çox avropalı diplomatın Vaşinqtona təşəkkür etdiyini vurğulayıb: "Məqsəd həmişə Avropanın enerji qaynaqlarının müxtəlifliyini və bir ölkənin və ya bir mənbənin enerji ilə Avropaya çox güclü təsir yaratmamasını təmin etməkdir".

Almanya ilə yanaşı, Fransa da ABŞ-ın “Şimal axını2” layihəsinə qarşı tədbirinin əleyhinə çıxır. Fransanın maliyyə və iqtisadiyyat naziri Bruno Lö Mer Fransanın Avropa Birliyinin “Şimal axını 2” layihəsinə münasibətdə hüquqi tətbiqinin müdafiəsini davam etdirdiyini bildirib:“Paris prinsipial olaraq istənilən eksterritorial tədbirlərə qarşı çıxır. Bu təkcə “Şimal axını 2” layihəsilə bağlı məsələ deyil. Fransa bununla bağlı ABŞ rəhbərliyini də xəbərdar edib”. Amma fakt budur ki, ABŞ sankisayaları nəticəsində  "Şimal axını-2"nin inşası dayanıb. Bu vəziyyətdə hesab edilir ki, Avropa gələn il yeni mənbə kimi Azərbaycandan qaz ala biləcək. Xatırladaq ki, Azərbaycan qazının Avropaya nəql edilməsi üçün nəzərdə tutulan “Cənub qaz dəhlizi” son halqas sayılan “Transadriatik” boru kəməri (TAP) məhz 2020-ci ildə istifadəyə veriləcək. İtaliya İqtisadi İnkişaf Nazirliyi tərəfindən Avropa Komissiyasına göndərilmiş Energetika və iqlim üzrə İnteqrasiya edilmiş Milli Plan Layihəsində bu xüsusda deyilir: “İtaliyaya ildə təqribən 8,8 milyard kubmetr qaz idxal etməyə imkan verən, gələcəkdə buraxıcılıq qabiliyyəti ildə 10 milyard kubmetrə qədər artırılacaq TAP kəməri 2020-ci ildə istifadəyə veriləcək”. Xatırladaq ki, TAP kəmərinin ilkin gücünün ildə 10 milyard kubmetrə bərabər olması və gələcəkdə onun daha da artırılması planlaşdırılır. Məhşur  “The National Interest” jurnalı da yazır ki, Avropa əsas diqqəti məhz Azrbaycana, Xəzərə yönəldəcək. Bildirilir ki, “Transxəzər” kəməri də çəkilsə, Avropa üçün Xəzər daha maraqlı olacaq: “Transxəzər” qaz kəməri təbii qazın Xəzər dənizindən nəql edilməsinin iqtisadi baxımdan yeganə məqsədəuyğun üsuludur, çünki maye qazın belə qısa məsafədə dəniz yolu ilə nəql edilməsi sadəcə sərfəli deyil. “Transxəzər” boru kəməri Avropanın enerji landşaftını dəyişə bilər. Azərbaycan 2018-ci ilin ortalarından “Transanadolu” boru kəməri (TANAP) vasitəsilə Türkiyəyə qaz nəql etməyə başlayıb və gələn il “Transadriatik” qaz kəməri vasitəsilə İtaliyaya nəql etməyə başlayacaq. “Cənub qaz dəhlizi”nin layihə gücünün 31 milyard kubmetrə bərabər olduğunu nəzərə alsaq, gələcək “Transxəzər” qaz kəmərindən qaz nəqlini daha da artırmaq mümkün olacaq. “Transxəzər” qaz kəməri Avropa ölkələrinin digər təchizatçıların inhisarından asılılığını da azalda bilər. Üstəlik, keçən il beş Xəzəryanı ölkə tərəfindən imzalanmış Xəzər dənizinin hüquqi statusu barədə konvensiya boru kəmərlərini yalnız layihədə iştirak edən ölkələrin razılığı ilə çəkməyə imkan verir, bu da öz növbəsində yeni imkanlar yaradır. “Transxəzər” boru kəmərini inşa etməzdən əvvəl Bakı və Aşqabad Xəzər dənizində Azərbaycanın və Türkmənistanın offşor yataqları arasında interkonnektor tikilməsi məsələsini həll etməlidir. Türkmənistanın və Azərbaycanın mövcud qaz yataqlarını birləşdirən interkonnektorun tikintisinə cəmi 500 milyon dollar xərc çəkmək lazım gələcək. İnterkonnektorun olması Avropanın uzunmüddətli enerji təhlükəsizliyinə şərait yaradan böyük nailiyyət olardı. Bu mənada, “Transxəzər” boru kəmərinin tikintisinin başa çatdırılması Birləşmiş Ştatlar üçün də xüsusi diqqət mərkəzində yer almalıdır. Yəni ABŞ “Cənub qaz dəhlizi” və “Transxəzər” boru kəməri kimi alternativ mənbələrdən qaz təchizatı layihələrinin həyata keçirilməsini dəstəkləməlidir”. Hesab edilir ki, bu şəraitdə Avropa daha etibarlı şəkildə enerji təhlükəsizliyini təmin edə bilər.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ